Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   ...   19

  9. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi. Bu olduqca mühüm prinsip 
ilk  dəfə  olaraq  BMT  Nizamhaməsində  (1-ci,  55-ci  və  56-cı  maddələr)  ümumi  formda  təsbit 
olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il Ümumdünya 
nsan  Hüquqları  Bəyannaməsində  dəqiqləşdirilmişdir.  Yuxarıda  göstərmişdik  ki,  beynəlxalq 
hüququn  müstəqil  prinsipi  kimi,  o,  Helsinki  Yekun  aktında  əks  olunmuşdur.  Prinsipin 
dövlətlərin üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan hüquqlarına  hörmət 
etsinlər  və  bun  beynəlxalq  səviyyədə  dəstək  versinlər.  Bu  gün,  bütün  insan  hüquqlarına  əmə
etmək
 və onların həyata keçirilməsini təmin etmək kimi ümumi beynəlxalq hüquq normalarının 
mövcudluğundan danışmaq hələ tezdir.  Belə ki, əsas etibarilə, biz hər hansı bir dövlətin insan 
hüquqlarını kobud və kütləvi surətdə pozduğu halda sözü gedən prinsipə əməl olunmamasından 
danışa bilərik. 
10.  Dövlətlərin  bir-biri  ilə  əməkdaşlıq  etmək  prinsipi.  Dövlətlərin  bir-biri  ilə  əməkdaşlıq 
etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və 
təhlükəzliyin  qorunmasında  və  iqtisadi,  sosial,  mədəni  və  humanitar  xarakterli  beynəlxalq 
problemlərin  həllində  əməkdaşlıq  etmək  dövlətlərin  həm  hüququ,  həm  də  vəzifəsidir. 
Dövlətlərin  əməkdaşlığı  onların  siyasi,  iqtisadi,  və  sosial  sistemlərindəki  fərqlərdən  asılı 
olmayaraq həyata keçirilməlidir. 
11.  Beynəlxalq  öhdəlikləri  vicdanla  yerinə  yetirmək  prinsipi.  Beynəlxalq  öhdəlikləri 
vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir və daha çox pacta 
sunt servanda (“müqavilələr yerinə yetirilməlidir”) kimi məlumdur. O, BMT Nizamnaməsinin 
2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur. Burada deyilir ki, Birləşmiş Millətlər 
Təşkilatının  bütün  Üzvləri  “Təşkilata  üzvlükdən  irəli  gələn  hüquq  və  üstünlükləri  özlərinə 
təmin  etmək  üçün,  bu  Nizamnaməyə  uyğun  olaraq  öz  üzərlərinə  götürdükləri  öhdəlikləri 
vicdanla  yerinə  yetirirlər”.  Sözügedən  prinsip  habelə  çox  mühüm  beynəlxalq  müqavilədə  - 

Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında
 (26-cı maddə) öz 
əksini tapmışdır. 
  Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi bütün beynəlxalq hüquq sisteminin 
fəaliyyəti  üçün  əhəmiyyəti  danılmazdır.  Dövlət  BMT  Nizamnaməsinə  uyğun  olaraq,  öz 
üzərlərinə  götürdükləri  bütün  öhdəlikləri,  o  cümlədən  beynəlxalq  hüququn  hamılıqla  qəbul 
edilmiş  prinsip  və  normalarından,  beynəlxalq  müqavilələrdən  və  beynəlxalq  hüququn  digər 
mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına 
öz  beynəlxalq  öhdəliklərindən  imtina  edə  bilməzlər.  Beynəlxalq  öhdəliklərin  yerinə 
yetirilməməsi müvafiq dövlətin beynəlxalq məhsuliyyətini doğurmur. Dövlətlər elə etməlidirlər 
ki,  onların  daxili  qanunvericiliyi  və  inzibati  praktikası  üzərlərinə  götürdükləri  beynəlxalq 
öhdəliklərə  uyğun  olsun.  Belə  bir  norma  mövcuddur  ki,  beynəlxalq  müqaviləni  yerinə 
yetirmədiyinə  bəraət qazandırmaq  üçün  dövlət  öz  daxili  hüququnun  müddəalarına  istinad  edə 
bilməz  (Beynəlxalq  müqavilələr  hüququ  haqqında  1969-cu  il  Vyana  Konvensiyasının  27-ci 
maddəsi) 
 
   Mövzu 4.BEYNƏLXALQ  HÜQUQUN  SUBYEKTLƏR  
Plan: 
1. Beynəlxalq hüquq subyektinin anlayışı 
2. Dövlətlə
3. Dövlətəbənzər qurumlar 
4. Beynəlxalq təkilatlar 
        5. Fərdlərin beynəlxalq-hüquqi subyektliyi 
6. Transmilli korporasiyalar  
 
Ə
dəbiyyat siyahısı. 

  Вельяминов 
Г.М. 
Международная 
правосубъекность//Сов
Ежегодник 
международногоправа.1986. М.,1987. 
      Захарова Н.В. Индивид – субъект международного права //Советское государство и 
право.1989.№1. 
      Корецкий  В.М.  Декларация  прав  и  обязанностей  государств//Избранные  труды
Кн.1.Киев, 1990 
  Курдюков  Г.И.  Государства  в  системе  международно-правового  регулирования. 
Казань,1979. 
  Малинин  С.А.,  Ковалева  Т.М.  Правосубъектность  международных  организаций 
//Правоведение.1992.№5. 
  Труженникова Л.Т. Доктрина международного права о правовом  
положении физического лица //Московский журнал международного права.1994.№4. 
  Ушаков  Н.А.  Юрисдикционные  иммунитеты  государств  и  их  собственности
М.,1993. 
  Фельдман  Д.И.,  Курдюков  Г.И.  Основные  тенденции  развития  международной 
правосубъектностиКазань,1974. 
 
    1.  Beynəlxalq  hüquq  subyektinin  anlayışı.  Beynəlxalq  hüquqdan  irəli  gələn  hüquq  və 
vəzifələri  daşımaq  və  onları  həyata  keçirmək  qabiliyyətinə  malik  olan  quruma  (bəzi 
hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir. 
Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır: 
a) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq; 
b)
  beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və 
ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ; 
c)
  beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti; 

ç) digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən 
imunitetə malik olmaq. 
Beynəlxalq-hüquqi  subyektliyin  bu  ünsürləri  bütövlükdə  yalnız  dövlətlərə  və  müəyyən 
beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər  subyektləri isə, 
aşağıda  göstərəcəyimiz  kimi,  bu  hüquqi  keyfiyyətlrdən  bəzilərinə  malikdir  və  ya  onların 
hamısından cüzi istifadə edə bilər. 
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar: 
1)
  ilkin subyektlik; Bu, yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto 
beynəlxalq hüququn subyektidir. 
2)
  törəmə subyektlik. Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi 
subyektlik  yalnız  dövlətlərin  bu  keyfiyyəti  ona  verməsindən  və  ya  tanımasından  sonra  ortaya 
çıxır. 
  Məsəln,  beynəlxalq  təşkilatlar  dövlətlər  tərəfindən  yaradılır;  fərdlərin  və  ya  trasmilli 
korporasiyaların  beynəlxalq  hüquq  münasibətlərində  iştirakı  dövlətlərin  iradəsindən,  daha 
doğrusu,  dövlətlərin  müvafiq  beynəlxalq  sazişlərdə  onlar  üçün  belə  bir  imkan  nəzərdə 
tutmasından  asılıdır.  Belə  ki,  hər  hansı  bir  qurum  əgər  dövlətdirsə,  deməli,  o,  beynəlxalq-
hüquqi subyektliyə malikdir. Lakin fərd və ya kompaniya özü-özlüyündə beynəlxalq hüququn 
subyekti sayılmlr. 
2. Dövlətlər. Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arsındakı münasibətləri 
nizama  salan  hüquqi  normalar  sistemi  kimi  başa  düşülür.  Bunun  nəticəsində  dövlətlər 
beynəlxalq  hüququn  subyektləri  içərisində  ən  əsası  və  ən  mühümü  kimi  çıxış  edir.  Dövlətlər 
ilkin və universal
 beynəlxalq-hüquqi subyektliyə malikdirlər.  
  Qeyd  etmək  lazımdır  ki,  yalnız  dövlətlər:  a)  Birləşmiş  Millətlər  Təşkilatına  üzv  ola  bilər 
(BMT Nizamnaməsinin 4-cü maddəsi); b) BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası 
qarşısında  beynəlxalq  mübahisə  ilə  bağlı  məsələ  qaldıra  bilər  (BMT  Nizamnaməsinin  35-ci 
maddəsinin  2-ci  bəndi);  BMT  Beynəlxalq  Məhkəməsində  iş  üzrə  tərəf  ola  bilər  (BMT 
Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi). 
  Bəs  hansı  quruma  dövlət  demək  olar?  Beynəlxalq  hüquqa  görə  dövlətin  hansı  meyarları 
vardır?  1933-cü  ildə  bağlanmış  Dövlətlərin  hüquq  və  vəzifələri  haqqında  Montevideo 

Konvensiyası
 bu suala cavab verir (aşağıdakı müddəalar hal-hazırda beynəlxalq hüquq elmində 
və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1-ci maddəsində deyilir: “Beynəlxalq-
hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: a) daimi əhali; b) müəyyəərazi; 
v) hökumət; q) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti”.
  
  Daimi əhali o demək deyil ki, ərazidən kənara adamların miqrasiyası olmur və ya hər hansı 
ərazidə  yaşayan  adamların  dəqiq  müəyyən  olunmuş  sayı  olmalıdır.  Hər  halda  bu  meyar 
müəyyən adamlar qrupunun konkret bir əraziyə müəyyən bağlılığını tələb edir. 
Məsələn,  BMT  Beynəlxalq  Məhkəməsi  Qərbi  Sahara  işi  üzrə  verdiyi  məsləhət  xarakterli 
rəyində qeyd etmişdi ki, Qərbi Saharanın ərazisi torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o 
tərəf-bu tərəfə keçən köçəri tayfalarla məskunlaşmışdır: lakin həmin köçəri tayfaların bu ərazi 
ilə əlaqəsi elədir ki, onlar ümumənQərbi Saharanın ”əhalisi” kimi nəzərdən keçirilə bələr. 
əyyən  ərazi.
  Hər  bir  qurumun  dövlət  kimi  fiziki  mövcudluğu  və  fəaliyyət  göstərməsi 
üçün o, onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olmalıdır. Bu yenə də o demək 
deyildir ki, ərazinin ölçüləri və sərhədlərlə bağlı tam  müəyyənlik olmalıdır. Hazırda dövlətlər 
arasında  xeyli  sayda  sərhəd  mübahisələri  mövcuddur,  lakin  bu,  onların  dövlətçiliyinə  heç  cür 
xələl gətirmir. 
Hökumət.
  Dövlətin  fiziki  mövcudluğu  üçün  ərazi,  siyasi-hüquqi  mövcudluğu  üçün 
hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə 
məsuliyyət  daşıyan  hökumətdən  (geniş  mənada)  gedir.  Başqa  sözlə  desək,  dövlətin  olması 
üçün,hər hansı bir qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində 
olan daimi əhali üzərində nəzarət həyata keçirən hakimiyyət aparatının olması zəruridir. Lakin 
qeyd  edilməlidir  ki,  artıq  mövcud  olan  dövlətin  öz  effektiv  hökumətini  itirməsi  və  ya  iki 
hökumətə  malik  olması  (1980-cı  illərdə  Livanda,  1990-cı  illərdə  Sudanda  və  Əfqanıstanda 
olduğu kimi) onun öz dövlətçiliyini itirməsi demək deyildir. 
Hüquqi  münasibətlərə  girmək  qabiliyyəti.
  Bu  meyar  hüquqi  müstəqilliyin  ön  plana 
çəkilməsini  tələb  edir.  Başqa  dövlətin  qanuni  suveren  hakimiyyəti  olan  ərazi  ”dövlət”  sayıla 
bilməz.  Məsələn,  məlum  olduğu  kimi,  Honq  Konq  çox  yüksək  faktik  muxtariyyətə  malikdir, 
lakin Çinin suverenliyi altında olduğuna görə (1997-ci ilin iyulun 1-dən) dövlət deyildir. Digər 
tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və ya  maliyyə baxımından asılılığı, məsələn, 

Mərkəzi Amerika ölkələrinin ABŞ-dan, MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkələrin 
suveren dövlət olmasına xələl gətirmir. 
 
      3. Dövlətəbənzər qurumlar. Dövlətəbənzər qurumlar müəyyən həcmdə beynəlxalq-hüquqi 
subyektliyə malik olur. Onların öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanlarə olur  və bir sıra 
beynəlxalq müqavilələrdə iştirak edirlər. 
Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar. 
XIX-XX əsrlərdə Krakov, Dansiq və Triyest kimi azad şəhərlər olmuşdur. 
Azad  şəhərlərin  beynəlxalq-hüquqi  subyektliyi  beynəlxalq  müqavilələr  və  bu  şəhərlərin 
konstitusiyaları ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin 
sakinləri  üçün  xüsusi  vətəndaşlıq  tətbiq  olunurdu.  Onlardan  bəziləri  beynəlxalq  müqavilələr 
bağlamaq  və  beynəlxalq  təşkilatlara  daxil  olmaq  hüququna  malik  idi.  Azad  şəhərlərin  ən 
mühüm xüsusiyyətlərindən biri onların hərbsizləşdirilməsi və neytrallaşdırılmasıdır. 
Vatikanın
 beynəlxalq – hüquqi statusu 1929-cu ildə papa nümayəndəsi ilə  taliya hökuməti 
arasında  bağlanmış  və  1984-cü  ildə  yenidən  baxılmış  Lateran  müqaviləsi  ilə  müəyyən 
olunmuşdur. Zahirən o, dövlətin, demək olar ki, bütün atributlarına – kiçik əraziyə, hakimiyyət 
orqanlarına  və  s.  malikdir.  Lakin  Roma  şəhərində  yerləşən  Vatikanın  əhalisi  haqqında  şərti 
dnışmaq  olar:  burada  yalnız  katoliq  kilsəsinin  işləri  ilə  məşğul  olan  vəzifəli  şəxsləri  yaşayır. 
Vatikana  sosial  mənada  dövlət  kimi  baxmaq  olmaz;  o,  əslində  katoliq  kilsəsinin  inzibati 
mərkəzidir. Bununla belə, Vatikan bir çox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz 
daimi  nümayəndəliklərini  təsis  edir.  Vatikanın  nümayəndə  heyəti  beynəlxalq  təşkilatların  və 
konfransların  işində  iştirak  edir.  O,  bir  sıra  beynəlxalq  təşkilatların  (MAQATE,  Beynəlxalq 
elektron rabitəsi ittifaqı, Ümumdünya poçt ittifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və 
digər təşkilatlar yanında daimi müşahidəçiləri vardır. 
4.  Beynəlxalq  təkilatlar. Beynəlxlq təşkilalarən əlamətləri, təşkili və fəaliyyətinin hüquqi 
əsasları  haqqında  qabaqda  ətraflı  bəhs  ediləcəkdir.  Aşağıda  isə  beynəlxalq  təşkilatların 
beynəlxalq-hüquqi subyektliyinin izahı ilə kifayətlənəciyik. 

Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək üçün beynəlxalq təşkilatlar bu və ya 
digər  dərəcədə  beynəlxalq-hüquqi  subyektliyə  malik  olmalıdır.  Lakin  beynəlxalq  təşkilatların 
beynəlxalq-hüquqi subyektliyi müəyyən xüsysiyyətlərə malikdir. Belə ki: 
a)
  onlar beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır  
(beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır); 
b)
  bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatların 
subyektliyi onun məqsəd və vəzifələri ilə şərtlənir): 
c)  beynəlxalq  təşkilatların  və  onların  vəzifəli  şəxslərinin  (baş  katib  və  müavinlərindən 
başqa) imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır; 
ç) beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərif ol bilməzlər;  
d) beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır.  
Təşkilatın  məqsədlərindən  və  fəaliyyət  istiqamətlərindən,  onun  təsis  aktının 
(“konstitusiya”sının)  şərtlərindən  asılı  olaraq,  beynəlxalq-hüquqi  subyektli-yin  dərəcəsi 
müxtəlif ola bilər. Bu mənada Birləşmiş Millətlər Təkilatının beynəlxalq hüquqi subyektliyinin 
həcmi  digər  təşkilatlarda,  məsələn,  Ümumdünya  Səhiyyə  Təşkilatında  olduğundan  xeyli 
genişdir. 
Beynəlxalq təşkilatlar dövlətlərə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, 
zərərin  ödənilməsi  barədə  iddialar  qaldıra  bilər,  milli  yurisdiksiyalardan  immunitetlərə 
malikdir. 
Zərərin  ödənilməsi  haqqında  işdə
  BMT-nin  Beynəlxalq  Məhkəməsi  qeyd  etmişdi  ki,  öz 
funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə beynəlxalq-hüquqi subyektlik zəruridir. 
Bu  ideya  Beynəlxalq  Məhkəmə  tərəfindən  digər  işdə  -  Birləşmiş  Millətlər  imtiyaz 
vəimmunitetləri  haqqında  Konvensiyanın  6-cı  maddəsinin  tətbiq  olunması  haqqında
  məsləhət 
xarakterli  rəydə  bir  daha  bəyan  edilmişdi.  Bu  işdə  BMT-nin  işçisinin  ona  qarşı  hətta  öz 
hökuməti tərəfindən görülən tədbirlə bağlı immuniteti təsdiq olunmuşdur. 
 5. Fərdlərin beynəlxalq-hüquqi subyektliyi. Fərdin beynəlxalq-hüquqi subyektliyi haqqında 
məsələ beynəlxalq hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər 
alimlərin mövqeyinə və müasir beynəlxalq təcrübəyə istinad edərək fərdin məhdud beynəlxalq-

hüquqi  subyektliyə  malik  olması  barədə  nəticə  çıxarmaq  olar.  Məhdud  beynəlxalq  hüquqi 
subyeklik o deməkdir ki,  
 - fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir; 
- fərdin beynəlxalq-hüquqi subyektliyi bütünlüklə dövlətlərin razılığından asılıdır; 
- birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır; 
-  əsas  etibarilə,  insan  hüquq  və  azadlıqlarının  pozulması  ilə  bağlı  müəyyən  beynəlxalq 
sazişlərdə  nəzərdə  tutulmuş  qaydada  və  həcmdə  beynəlxalq  instansiyalar  qarşısında  bu 
pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər. 
Fərdin  beynəlxalq  hüququn  subyekti  kimi  çıxış  etməsinə  başlıca  dəlillərdən  biri  ondan 
ibarətdir  ki,  müəyyən  beynəlxalq  cinayətlərin  törədilməsinə  görə  (təcavüz,  genosid,  müharibə 
cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normaları 
əsasında,  dövlətdaxili  hüququn  bu  əməli  kriminallaşdırmaması  faktından  asılı  olmayaraq, 
məsuilyyətə cəlb oluna bilər. Fərdin birbaşa beynəlxalq hüquqdan irəli gələn vəzifələr daşıması 
prinsipi bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda 
beynəlxalq  tribunalların  Nizamnamə  və  hökümlərində,  Beynəlxalq  cinayət  məhkəməsinin 
Nizamnaməsində,  BMT  Təhlükəsizlik  Şurasının  674  saylı  qətnaməsində  (burada  raq 
liderlərinin  Küveytin  işğalı  zamanı  törətdikləri  müharibə  cinayətləri  və  insanlıq  əleyhinə 
cinayətlərə  görə  şəxsi  məsuliyyət  daşıdığı  bəyan  olmuşdu)  və  b.təsbit  olmuşdur.  Yuxarıda 
göstərilmiş bu prinsip beynəlxalq adət norması kimi tanınmışdır və öz mənbəyini hələ klassik 
beynəlxalq  hüquqda  dəniz  quldurlarının  hostis  humani  generis  (bütün  bəşəriyyətin  düşməni) 
kimi nəzərdən keçirilməsindən götürür. 
Yuxarıda biz qeyd etmişdik ki, yalnız dövlətlər beynəlxalq məhkəmələr qarşısında prosesual 
hüquq  qabiliyyətinə  malikdir.  Lakin  bəzi,  xüsusi  müəyyən  olunmuş  hallarda  bu  hüquqlar 
fərdlərə də verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə orqanı 
qarşısında dayanmaq və hətta məhkəmə icraatını başlamaq hüququ olur. Məsələn, Avropa  nsan 
hüquqları Konvensiyası (34-cü maddədə) və Avropa  kdisadi Birliyi haqqında müqavilə (173-
cü  maddə)  ilə,  müvafiq  olaraq,  Avropa  insan  hüquqları  məhkəməsi  qarşısında  və  Avropa 
Məhkəməsi  qarşısında  şəxsin  bilavəsitə  prosesi  başlamaq  və  prosesdə  müstəqil  tərəf  (iddiaçı) 
kimi iştirak etmək hüququ təsbit edilmişdir. 

 6.  Transmilli  korporasiyalar.  Dövlətlər  öz  ticarət  və  maliyyə  münasibətlərini  təkcə  başqa 
dövlətlərlə  və  ya  müvafiq  beynəlxalq  hökumətlərarası  təşkilatlarla  deyil,  habelə  iri  xarici 
kompaniyalarla da qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və ya bir neçə dövlətin 
daxili qanunvericiliyi ilə nizama salınır. Dövlətin hər hansı bir xarici konpaniya ilə, o cümlədən 
xarici  korporasiya  ilə  əlaqəyə  girməsi  faktı  özü-özlüyündə  axırıncıya  beynəlxalq-hüquqi 
subyektlik vermir. Beynəlxalq-hüquqi subyektlik o zaman mövcuddur ki, münasibət beynəlxalq 
hüquqla  nizama  salınır.  Lakin  dövltlə  xarici  korporasiya  arasındakı  müqavilə  münasibətinin 
beynəlxalq  hüquqla  nizama  salınması  mümkün  haldır.  Məsələn,  Azərbaycan  Respublikasının 
xarici  neft  şirkətləri  ilə  bağlasığı  məlum  müqavilələr  “beynəlxalq  xarakter”  almış, 
müqavilələrin özündə göstərildiyi kimi, Azərbaycanın qanunvericiliyindən üstün qüvvəyə malik 
olan kontraktlardır. 
Bundan əlavə, dövlətlər razılaşa bilər ki, xarici kompaniyalarla onların arasında ortaya çıxa 
bilən mübahisələr beynəlxalq hüquq normalarını tətbiq edən beynəxalq arbitraj tərəfindən həll 
olunacaqdır.  Məsələn,  1964-cü  ildə  bağlanmış  nvestisiya  mübahisələrinin  həll  edilməsi 
haqqında  Konvensiya  daimi  mexanizm  nəzərdə  tutur  ki,  onun  vasitəsilə  iştirakçı  dövlətlər  və 
müvafiq  korporasiyalar  investisiya  sazişlərindən  irəli  gələn  uyğunsuzluqları  həll  edə  bilər. 
Əlbəttə ki, kompaniyanın hüquq və vəzifələrinin beynəlxalq hüquqa uyğun nəzərdən keçirildiyi 
bu cür orqanlarda iştirak beynəlxalq hüquq subyektli doğurur. Lakin qeyd etmək lazımdır ki, bu 
subyekliyin mövcud olması və həcmi son məqamda dövlətlərin razılığından və tanınmasından 
asılıdır. 
 
Mövzu 5     BEYNƏLXALQ  HÜQUQ VƏ DÖVLƏTDAX L   HÜQUQ  
Plan: 
1.Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətinə dair nəzəriyyələr    
2.Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində            implementasiyasы. 
3. Milli qanunvericiliyin beynəlxalq huquq normalarına uyğunlaşdırılması 
   4. Azərbaycan Respublikasının  daxili hüquq sistemi və beynəlxalq hüquq 
5. Beynəlxalq müqavilələrin milli məhkəmələr  tərəfindən tətbiqi 

 
                               Ədəbiyyat siyahısı. 
Буткевич  В.Г.  Соотношение  внутригосударственного  и  международного  права.  Киев, 
1981. 
  Гусейнов  Л.Г.  Конституция  Азербайджанской  Республики,  права  человека  и 
международное право //Beynəlxalq hüquq. Bakı. 1998. №1. С. 16-46. 
  Даниленко Г.М. Применение международного права во внутренней правовой системе 
России: Практика Конституционного Суда //Государство и право.1995. №11. 
  Игнатенко  Г.В.  Взаимодействие  внутригосударственного  и  международного  права. 
Свердловск,1981. 
  Лукашук И.И. Международное права в судах государсвСПб, 1993. 
  Лукашук И.И. Конституции государств и международное правоМ., 1998. 
  Мюллерсон Р.А. Соотношение международного и национального праваМ., 1982. 
  Реализация  международно-  правовых  норм  во  внутреннем  праве(Отв.  ред. 
В.Н.Денисов, В.И.Евинтов). Киев: 1992. 
  Buenrgenthal  T.  Self-Executing  and  Non-Self-  Executing  Treaties  in  National  and  . 
International Law//Collected Courses of the Hague Academy of .International Law.1992. 
  Cassese A. Modern Constitutions and International Law // Collected Courses of the Hague 
Academy of 
.International Law.1985. 
  Conforti B. .International Law and the Role of Domestic Legal Systems.1993. 
  Erades V. Interactions Between International and Municipal Law A Comparative Case Law 
Study. 
Leiden, 1993. 
  Frowein J.A. The Implementaition and Promotion of  International Law Through National 
Courts  //  International  Law as a  Language  for  International  Relations.-Proceedings of the  U 
nited Nations Congress on Public International Law. 
New York, 13-17 March 1995. P. 85-93. 

  Vereshchetin  V.S.  New  Constitutions  and  the  Old  Problem  of  the  Relationship  between 
International Law and National Law //European Journal of International Law. 1996. vol. 7. P. 
29-41. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin