Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   11   12   13   14   15   16   17   18   19

10. Qapalı və ya yarımqapalı dəniz. Qapalı dəniz dedikdə, bir neçə dövlətin sahilini yuyan 
və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz kimi 
başa düşülür. 
  Açıq  dənizin  azadlığı  prinsipi  tam  həcmdə  qapalı  dənizlərə  şamil  olunmur.  Sahilyanı 
olmayan  dövlətlərin  hərbi  gəmilərinin  bu  dənizlərə  buraxılışı  məhduddur.  1982-ci  il 
Konvensiyasında  göstərilir  ki,  sahilyanı  dövlətlər  qapalı  və  yarımqapalı  dənizlərin  canlı 
ehtiyatların  idarə  olumasında,  dəniz  mühitinin  mühafizəsində  və  elmi  tədqiqatların 
aparılmasında üstün hüquqlara malikdirlər. Bir qayda olaraq, sahilyanı dövlətlər öz aralarında 
müqavilələr  bağlamaqla,  bu  dənizlərin  ekologiyası,  balıqçılıq  rejimi  və  s.məsələləri  nizama 
salırlar. 
  Qapalı  dənizlərə  misal  olaraq,  Qara  dənizi  və  Baltik  dənizini  göstərmək  olar.  11.  Xəzə
gölünün beynəlxalq-hüquqi statusu. Sovet  ttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, 
habelə  onun  dibi  və  orada  olan  təbii  ehtiyatlar  ilə  bağlı  mürəkkəb  suallar  ortaya  çıxdı:  bu 
ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər 
bölünməlidirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir?  
  Azərbaycan  Respublikasının  mövqeyi  onun  Konstitusiyasında  birmənalı  şəkildə  elan 
olunmuşdur.  Konstitusiyasının  11-ci  maddəsinə  görə,  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan 
Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.  
  Qeyd edək ki, Xəzər heç bir dənizə və ya okeana çıxışı olmayan qapalı daxili dəniz, daha 
doğrusu, göldür. 
SSR -nin dağılmasına qədər, yalız iki Xəzəryani dövlət var idi:  ran və SSR . 
Problem  burasındadır  ki,  Xəzərdə  Sovet- ran  sərhədləri  heç  bir  vaxt  müəyyən  olunmamışdı. 
Məsələn,  bu  iki  dövlət  arasında  1954-cü  ildə  bağlanmış  Sərhədlərin  nizamlanması  haqqında 
Müqavilə 
Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilir, lakin dənizin özündəki sərhədlə bağlı 
isə  heç  nə  demirdi.  Bundan  əvvəl  bağlanmış  müqavilələrdə  də  dəniz  sərhədi  haqqında  bir 
göstəriş yoxdur. 1940-cı il Sovet  ran müqaviləsi (Ticarət və Gəmiçilik haqqında Müqavilə) hər 
iki tərəf üçün “10 dəniz milli həddində öz sahil sularında müstəsna balıqtutma azadlığı” nəzərdə 
tuturdu. 1935-ci il və 1940-ci il Sovet- ran müqavilələrinə əlavə olunmuş nota mübadilələrində 
bəyan olunurdu ki, Xəzər “hər iki Hökumət tərəfindən Sovet və  ran dənizi sayılır” (1035-ci il) 
və “tərəflər hesab edir ki, Xəzər  rana və Sovet  ttifaqına məxsusdur” (1940-cı il). Bu və digər 
müqavilələr  ran  və  SSR   gəmilərinin  Xəzər  dənizinin  hər  bir  yerində  sərbəst  və  bərabər 
naviqasiya  hüququnu  nəzərdə  tuturdu.  Xəzərin  “Sovet  ttifaqına  və  rana  məxsus  olması” 

haqqında yuxarıda göstərdiyimiz müddəaların mənası ondan ibarət idi ki, heç bir üçüncü dövlət 
bura hər hansı bir hüquqa, o cümlədən naviqasiya hüququna malik deyildi. Qeyd edək ki, Sovet 
ttifaqı “qapalı dəniz” dotirinasının qızğın tərəfdari idi və o, bu doktirinanı Qara dənizə də şamil 
etməyə  san  atmışdı.  ran  Xəzərin  qapalı  dəniz  olması  ilə  razılaşmışdı.  Belə  ki,  Kontinental 
şelfin tədqiqi və istismarı haqqında 19 iyun 1953-cü il tarıxlı  ran qanununda deyilirdi: “Xəzər 
dənizinə gəlincə, buraya beynəlxalq hüququn qapalı dənizlərə aid olan normaları şamil olunur”. 
  Uzun illər ərzində Sovet  ttifaqı Xəzər dənizində, əsas etibarilə, Azərbaycana yaxın sahədə 
tədqiqat və istismar işləri aparırdı və bu fəaliyyət əslində 10 mildən artıq ərazini də əhatə edirdi. 
SSR  heç vaxt bundan əldə etdiyi gəlirin tarısını  rana ödəməmişdi və heç təklif də etməmişdi 
və onu heç vaxt bu fəaliyyətə hər hansı bir formada cəlb etməmişdi. Sovet  ttifaqında belə bir 
mövqe mövcud idi ki, Xəzərin dibi və buradakı ehtiyatlar dənizin müvafiq sahələrində SSR -yə 
və  rana məxsusdur.  ran SSR -nin Xəzərdəki neft fəaliyyətinə heç bir vaxt etiraz etməmişdi və 
bu fəaliyyətdən gələn gəlirin bölünməsinə idiia etməmişdi;  ran da özünə yaxın sahədə birtərəfli 
fəaliyyət aparırdı.  
  SSR   dövründə  respublikalar  arasında  Xəzər  dənizində  formal  sərhədəlr  müəyyən 
olunmamışdı,  praktikada  isə  neftçıxarma  əməliyyatları  bu  və  ya  digər  respublikanın  müvafiq 
müəssisəsinə - həmin respublikanın dəniz zonasına yaxınlıq əsasında – həvalə olunmuşdu. Belə 
ki,  bu  günki  “Günəşli”,  “Çıraq”,  “Azəri”  və  “Kəpəz”  yataqlarının  daxil  olduğu  zona 
Azərbaycanda yerləşən Kaspmor Neftqaz-a həvalə olunmuşdu. Ürkmənistanın oxşar müəssisəsi 
“Kəpəz”dən şərqə olan zona üçün məsul idi. Göstərilən dörd yataq  Kaspmor Neftqaz trəfindən 
təşkil olunmuşdu və “Günəşli” artıq sovet dövründə istismar olunurdu. 
  “Azəri”  yatağının  yerləşdiyi  zona  1991-ci  ilin  yanvarında  SSR   Neft  və  qaz  sənayesi 
nazirliyi və Azərbaycan SSR-in Nazirlər Soveti tərəfindən birgə tenderə qoyulmuşdu. Tenderə 
icazə verən qərarda deyilirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda dörd nəhəng neft və 
qaz  yatağı  kəşf  edilmişdir”.  SSR   parçalandıqdan  sonra  “Günəşli”,  “Çıraq”  və  “Kəpəz” 
yataqları  üçün  kontraktlar  üzrə  danışıqlar  yalız  Azərbaycan  hökuməti  tərəfindən  aparılırdı. 
Eynilə,  Xəzər  dənizinin  Qazxıstana  bitişik  sektorunda  təbii  ehtiyatlarla  bağlı  “Kaspişel 
Konsorsiumu” ilə danışıqlar yalnız Qazxıstan hökuməti ilə aparılırdı. 
  Beləliklə, Sovet dövründəki praktika və adət hüququ Xəzərdə respublikalar arasında daxili 
inzibati sərhədlərin olmasını de facto tanıyırdı. Sovet  ttifaqının dağıdılmasından sonra de facto 
sərhədlər varis dövlətlər tərəfindən qəbul edildi; bu zaman onlardan hər biri öz de facto dəniz 

ərazisi  hüdudlarında  dəniz  ehtiyatlarını  istismar  etməkdə  davam  etdilər.  Azərbaycan  belə  bir 
konkret təklif vermişdi: “sahil xəttinin davamı kimi orta xətt çəkilir; bu xəttin hər bir nöqtəsi 
Xəzərin bitişik və ya əks tərəfində yerləşən dövlətlərin ilkin sahil xəttindən bərabər məsafədə 
olur”. 
  Bəs beynəlxalq hüququn mövqeyi necədir?  
Məlumdur  ki,  okean  sularına  aid  olan  geniş  normalar  sistemi  daxili  dənizlərə  tam  və  birbaşa 
tətbiq  olunmur.  Məsələn,  Dəniz  hüququ  üzrə  1982-ci  il  Konvensiyası  prembulasında  yalnız 
“dəniz  və  okeanlar”dan  danışır;  Konvensiyanın  IX  hissəsi  “qapalı  və  yarımqapalı  dənizlər” 
adlanır, lakin 122-ci maddəyə görə, həmin dənizlərə “başqa dəniz və ya okeana çıxışı olmayan” 
dənizlər aid deyildir. 
  Lakin  dəniz  hüququnun  bütövlükdə  daxili  dənizlərə  birbaşa  şamil  olunmamasının  səbəbi 
ondadır ki, dəniz hüququnun fundamental prinsipi olan gəmiçilik azadlığı daxili dənizlərə tətbiq 
olunmur.  Daxili  dənizlərin  və  göllərin  sərhədyanı  dövlətləri  həmişə  belə  bir  mövqedən  çıxış 
stmişlər ki, (SSR  və  ranın Xəzər dənizi ilə bağlı mövqeyi məhz belə olmuşdur), onlar başqa 
dövlətlərin gəmiçiliyinə icazə verməyə də bilərlər və bu mövqelər hamılıqla qəbul olunmuşdur. 
Lakin  məlum  deyildir  ki,  nəyə  görə  dəniz  hüququnun  digər  normaları  daxili  dənizlərə  tətbiq 
oluna  bilməz.  Məsələn,  dəniz  dibinin  və  buradakı  ehtiyatların  sahilyanı  dövlətlərin  arasında, 
bərabərlik  və  proporsionallığı  təmin  etməklə,  bölünməli  olması  haqqında  norma  bütünlüklə 
daxili  dənizlər  üçün  uyğundur.  Müasir  beynəlxalq  hüquq  dəniz  dibi  və  buradakı  ehtiyatlar 
üzərində müstəsna hüquqları artəq tanımışdır, çünki bu ehtiyatları texnoloji baxımdan istismar 
etmək  mümkün  olmuşdur.  Bu  texnoloji  inkişaf  eyniylə  daxili  dənizlərə  və  göllərə  də  aid 
edilməlidir.  
  Əslində,  əksər  çaylar  və  göllər  sahilyanı  dövlətlər  arasında,  hələ  beynəlxalq  məhkəmələr 
mövcud  olmamışdan  qabaq,  razılaşmalar  yolu  ilə  bölünürdü.  Çaylar  üçün,  adətən  müəyyən 
olunan  sərhəd  talveqdir,  yəni  ən  dərin  kanalın  orta  xəttidir.  Göllər  üçün,  adətən,  sərhəd  kimi 
orta və ya ekvidstansiya xətti götürülür (bəzən xüsusi hallarla bağlı bu dəyişdirilə bilər). Qeyd 
etmək lazımdır ki, indiyə qədər daxili dənizə və ya gölə sahib olma məsələsi ilə bağlı heç bir iş 
beynəlxalq  məhkəməyə  və  ya  arbitraja  verilməmişdir.  Əgər  belə  bir  iş  verilsəydi,  beynəlxalq 
məhkəmə Alman federal məhkəməsinin 1920-ci ildə gəldiyi nəticəyə gələrdi. Beynəlxalq hüquq 
prinsiplərini  tətbiq  etməklə,  federal  məhkəmə  vurğulamışdı  ki,  Konstansa  gölü  ekvidstansiya 
sərhədləri  ilə  bölünmüşdür.  Məhkəmə  belə  bir  nəticəyə  gəlmişdir:  “Belə  bir  nöqteyi-nəzərə 

üstünlük  verilməlidir  ki,  orta  xətt  sərhəd  təşkil  edir.  Beynəlxalq  hüququn  ümumi  normaları 
kondominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.  
  Sahilyanı  dövlətlərin  müstəsna  hüquqlarını  ayıran  sərhəd  xəttləri  anlamı  o  qədər 
inandırıcıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, əgər xüsusi coğrafi və tatixi 
faktlar başqa bir nəticəni şərtləndirmirsə, beynəlxalq adət hüquq norması olması nəticəsinə gələ 
bilər.  
  Nəhayət,  belə  bir  suala  cavb  verək:  Xəzərin  dənizaltı  ehtiyatları  hamıya  məxsus 
olmalıdırmı?  Belə  bir  arqument  irəli  sürülür  ki,  Xəzərin  dibi  və  yeraltı  ehtiyatları  sahilyanı 
dövlətlər  arasında  bölünməməlidir  və  onların  hamısına  və  ya  hər  halda  dörd  keçmiş  sovet 
respublikasına  məxsus  olmalıdır.  Bu  arqumen  üç  faktora  söykənir:  1)  1935-ci  və  1940-cı  il 
Sovet-iran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir; 
3) Beynəlxalq Məhkəmənin (daha doğtusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz 
sərhədləri mübahisəsinə aid iş (Salvador/ Honduras, Nikaraquanın müdaxiləsi ilə
üzrə 1992-ci 
ildə çıxartdığı qərar. 
  Əvvala,  qeyd  edək  ki,  tarixdə  heç  vaxt  göl  və  ya  daxili  dənizlərin  kondominiumu 
olmamışdır. 
  1-ci  arqumentin  əsasız  olmasını  belə  sübut  etmək  olar.  1940-cı  il  müqaviləsi  müstəsna 
balıqçılıq hüquqlarını sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu 
ki, Xəzərin qalan hissəsində bu hüquqlar ümumidir. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz 
dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10 
millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir. 
Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tutur ki, üçüncü dövlətlərin Xəzərdə heç 
bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə 
qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər hətta bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi 
və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər”  ran və SSR  
olur.  Əlbəttə  ki,  heç  bir  varis  dövlət  belə  bir  təfsirlə  razılaşmaz  ki,  güya  Xəzərin  bütün 
ehtiyatlarının 50%-i  rana verilir və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş 
yoxdur. 
  Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas 
vermir ki, Xəzərin dibi və yeraltı ehtiyatları ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə 

problemləri  ilə  mübarizə  məqsədilə  müqavilə  bağlaya  bilər:  belə  bir  müqavilədə,  məsələn, 
ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə halları haqqında xəbərvermə 
və s. məsələlər nizama salına bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz 
dibinə və yeraltı ehtiyatlara sahibli hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada 
arasındakı; Trinidad 
Və  Tobaqo  və  digər  Karib  ölkələri  arasındakı  müvafiq  sazişləri  və  Dəniz  mühitinin 
çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyasını misal göstərmək 
olar. 
  Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qetd edək ki, həmin 
işin  bir  aspekti  Salvador,  Honduras  və  Nikaraquanın  sahilyanı dövlət olduğu Fonseka körfəzi 
üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdi ki, körfəzin tarixi boğaz statusu vardır 
və  onun  suları  (sahildən  üç  mildən  kənarda  olan)  göstərilən  üç  dövlətin  kondominiumuna 
məxsusdur.  Lakin  Xəzər  Fonseka  körfəzindən  köklü  surətdə  fərqlidir.  Beynəlxalq  məhkəmə 
sözü  gedən  işdə  belə  bir  fakta  əsaslamışdı  ki,  Fonseka  körfəzinə,  -  Xəzərdən  fərqli  olaraq,  - 
uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan 
sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirməmişdilər. Bundan əlavə, müstəsna 
olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdi ki, körfəzin coğrafiyası elədir 
ki,  onun  hər  hansı  formada  bölünməsi  həll  olunmaz  praktik  çətinliklər  yaradardı  və  ən  azı, 
göstərilən  dövlətlərdən  birini  açıq  dənizə  çıxışsız  qoyardı.  Xəzərdə  situasiya  tamamilə  başqa 
cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər 
bölünsə,  hər  halda  dəniz  dibi  və  yeraltı  ehtiyatlara  müstəsna  hüquqlar  baxımından,  heç  bir 
praktik çətinlik ortaya çıxmazdı. 
  Beləliklə,  beynəlxalq  hüquq  Xəzər  dənizində  sərhədlərin  delimintasiyasını  tələb  edir  və 
burada sərhədlər, əsas etibarilə, ekvidstansiya prinsipi, yəni bərabərdayanma prinsipi əsasında 
ayır  edilə  bilər.  Azərbaycan  hökumətinin  istinad  etdiyi  bu  prinsip  Qazaxıstan  və  Rusiya 
tərəfindən  də  dəstəklənir  və  müvafiq  ikitərəfli  müqavilələrdə  (Rusiya  –  Qazaxıstan  –  1998, 
Rusiya - Azərbaycan – (2002) öz əksini tapmışdır. 
12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası 
dənizə  heç  bir  təbii  çıxışı  olmayan  dövlətlərin  (qitədaxili  dövlətlərin  –  məsələn,  Avstriya, 
Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir: 

  a)  dənizə  çıxış  hüququ  (bu  məsələ  qitədaxili  dövlət  ilə  dəniz  sahilində  yerləşən  müvafiq 
dövlət arasında müqavilə əsasında həll olunur);  
  b)  müstəsna  iqtisadi  zonaların  canlı  ehtiyatların  bu  və  ya  digər  səbəbə  görə  sahilyanı 
dövlətlər  tərəfindən  istifadə  olunmayan  hissəsinin  istismarında  ədalətli  əsasda  iştirak  etmək 
hüququ; 
  c)  “bəşəriyyətin  ümumi  irsi”ndən,  o  cümlədən  Beynəlxlq  dəniz  dibi  rayonunun 
ehtiyatlarından faydalanmaq hüququ. 
13. Beynılxalq boğazlar vəBeynəlxalq kanallar.Beynəlxalq boğazlar – hər hansı bir dənizin 
hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabə
ə
sasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir. 
Beynəlxalq boğazlara misal olaraq, Pa-de-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur, 
Ormuz və başqa boğazları göstərmək olar.  
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqları 
mövcuddur. Hər  hansı  dövlətin  (və  ya  dövlətlərin)  ərazi  dənizindən  keçən  beynəlxalq 
boğazlarda isə tranzid keçid hüququ əsas görürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız 
boğazdan  fasiləsiz  və  tez  tranzit  məqsədi  üçün  həyata  keçirilir;  tranzit  keçid  hüququndan 
istifadə  edən  gəmilərə  və  uçuş  aparatlarına  maneə  törədilməməlidir.  Lakin  onlar  beynəlxalq 
hüquq  prinsiplərinə,  habelə  fasiləsiz  və  tez  keçid  rejiminə  zidd  olan  fəaliyyətə  yol 
verməməlidir.  
  1982-ci il Konvensiyası, hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş 
beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və 
kiçik Belt, Zund) və Maqellan boğazlaradır. 
  Qara dəniz boğazlararının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiyası ilə 
müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bürün dövltlərin ticarət gəmiləri 
üçün  açıqdır.  Yalnız  Türkiyə  müharibədə  iştirak  etdikdə,  düşmən  tərəfin  gəmiləri  keçid 
hüququndan  məhrum  olunur.  Qara  dəniz  sahilində  yerləşməyən  dövlətlərin  hərbi  gəmilərinin 
dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı 
bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.  

Beynəlxalq  kanallar  –  dəniz  və  okeanları  birləşdirə  və  beynəlxalq  gəmiçilik  üçün  istifadə 
olunan hidrotexniki qurğulardır. 
Beynəlxalq kanal hər hansı suveren dövlətin razılığı ilə onun ərazisində çəkilir. Bu 
zaman həmin dövlət razılaşır ki, onun ərazisinin bir hissəsinin həm fiziki coğrafi statusu, həm 
də hüquqi statusu dəyişdirilsin (müvafiq olaraq, quru ərazisi su ərazisinə çevrilir və bu ərazidən 
dəniz  gəmiçiliyini  həyata  keçirmək  üçün  istifadə  hüququ  tam  bərabərlik  əsasında  və  ayrı-
seçkilik olmadan digər dövlətlərə verilir). Hmin dövlət, kanalın sahbi kimi, sərbəst gəmiçiliyi 
təmin  etməyə  borcludur.  Digər  ölkələr  isə  göstərilən  dövlətin  qanunlarına  və  inzibati 
qaydalarına  hörmət  etməlidir.  Bütün  bu  məsələlər,  adətən,  xüsusi  beynəlxalq  sazişlərdə  öz 
hüquqi həllini tapır (məsələn, Şüveyş kanalında sərbəst üzmənin təmin edilməsinə dair 1988-ci 
il Konvensiyası; 
1977-ci ildə ABŞ və Panama arasında bağlanmış Panama kanalı haqqında və 
Panama  kanalının  daimi  neytirallığı  və  istismarı  haqqında  müqavilələr
).  Lakin  bütün 
dövlətlərin  ticarəy  gəmiləri  üçün  açıq  olan  Kill  kanalının  hüquqi  rejimi  AFR  tərəfindən 
birtərəfli qaydada müəyyən olunmuşdur. 
15.  Beynəlxalq  dəniz  təşkilatları.  Dünya  okeanının  müxtəlif  məqsədlərlə  istifadəsində 
dövlətlərin  səylərini  birləşdirmək  və  onların  əməkdaşlığını  inkişaf  etdirmək  üçün  bir  sıra 
beynəlxalq  təşkilatlar  yaradılmışdır.  Onlardan  ən  əsası  1958-ci  ildə  təsis  olunmuş  Beynəlxalq 
Dəniz  Təşkilatıdır 
(BDT).  BDT-nin  əsas  məqsədləri  aşağıdakılardır:  beynəlxalq  ticarət 
gəmiçiliyinin texniki məslələrinə dair dövlətlərin əməkdaşlığına şərait yaratmaq; bu sahədə yol 
verilən  ayrı-seçkilik  tədbirlərinin  və  məhdudiyyətlərin  aradan  qaldırılmasına  dəstək  vermək. 
BDT  insan  həyatının  dənizdə  mühafizəsi,  dənizin  gəmilərdən  çirklənməsinin  qarşısının 
alınması,  balıqtutan  gəmilərin  təhlükəsizliyi  və  digər  bu  kimi  məsələlər  üzrə  konvensiya 
layihələri işləyib hazırlayır.  
  1897-ci ildə Belçikada təsis olunmuş Beynəlxalq dənizkomitəsinin başlıca məqsədi müvafiq 
hüquq normalarının işləyib hazırlanmasından və dəniz hüququnun unifikasiyasından ibarətdir.  
  Dəniz  və  okeanların  öyrənilməsində  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilmsi  üçün 
YUNESKO yanında fəaliyyət göstərən Hökumətlərarası okeanoqrafiya komissiyası və Dənizin 
tədqiq edilməsi üzrə Beynəlxalq Şura 
böyük əhəmiyyət kəsb edir. 

  1979-cu  uldə  fəaliyyət  göstərən  Beynəlxalq  dəniz  peyk  rabitəsi  təşkilatının  ( NMARSAT) 
məqsədi Yerin süni peykləri vasitəsilə dənizin gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis 
etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəsini gecə-gündüz və tez təmin etməkdən ibarətdir.  
Mövzu12: BEYNƏLXALQ EKOLOG YA HÜQUQU 
Plan: 
1.Beynəlxalq ekologiya hüququnun anlayışı və mənbələri 
2. Beynəlxalq ekologiya hüququnun prinsipləri 
3. Beynəlxalq ekologiya hüququnun mənbələri 
4. Dəniz mühitinin mühafizəsi 
5. Dənizin canlı ehtiyatlarının mühafizəsi 
6. Beynəlxalq çay və göllərin mühafizəsi 
7. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi 
8. Heyvan və bitki aləminin müdafiəsi 
9. Ətraf mühitin müharibə dövründə qorunması  
10. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar 
 
                                              Ədəbiyyat siyahısı.   
  Виноградов С.В. Международного право и охрана атмосферыМ.., 1987. 
  Зашита окружающей среды в международном гуманитарном правеМ..,1995. 
  Кириленко  В.П.,  Сидорченко  В.Ф.  Мореплавание  и  предотварщение  загрязнения 
Мирового океана (международно-правовые). М..,1985. 
  Колбасов О.С. Международно-прававая охрана окружающей средыМ.,1982. 
  Мировой  океан  и  международное  право:  защита  и  сохранение  морской  среды
М..,1986. 

  Сперанская  Л.В.    Международно-прававая  ответственностъ  государств  за 
загрязнение Мирового океанаМ..,1984. 
  Сперанская  Л.В.,  Третъякова  К.В.  Международное  право  окружающей  среды
М.,1995. 
  Тимошенко  А.С.  Формирование  и  развитие  Международного  права  окружающей 
средыМ..,1986. 
  Шишко  А.А.  Предупреждение  трансграничного  загрязнения  (международно-
правовые). Киев, 1990.  
  Brnie P.W., Boyle A.E. International Law and the Environment. Oxford, 1995.  
  Brnie  P.W.,  Boyle  A.E.  Basic  Dokuments  on  International  Law  and  the  Environment. 
Oxford, 1995. 
  Mitchell R.B. International Oil Pollution at Sea. Cambridge, 1994.  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin