MÖVZU 1
Mülki hüquq vƏ xüsusi hüquq
§ 1. Mülki hüquq xüsusi hüququn bir sahə si kimi
1. «Mülki hüquq» termininin tarixi mə nbə yi
Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin (Almaniyanın, Fransanın, Italiyanın, Yaponiyanın, ABŞ-ın və s.)
daxili milli hüquq sistemləri ayrı-ayrı hüquq sahələrindən — konstitusiya hüququndan; cinayət hüququndan;
ə
mək hüququndan; inzibati hüquqdan və s. ibarətdir. Bu hüquq sahələrindən biri mülki hüquq adlanır. Mülki
hüquq hər bir ölkənin dövlətdaxili milli hüquq sisteminin ən geniş, əsas və başlıca sahələrindən biri hesab olu-
nur.
Hər bir hüquq sahəsi ictimai münasibətlərin müəyyən bir sferasını tənzimləyir. Bəs mülki hüquq nəyi nizama
salır? Hansı növ ictimai münasibətlər onun nizamasalma predmetinə daxildir? Hər gün insanlar özlərinə maüa-
zadan, dükandan və bazardan ərzaq məhsulları, geyim şeyləri, ev avadanlıqları, məişət predmetləri və s. alırlar.
Bu kimi hallarda alqı-satqı münasibətləri yaranır. Bakı şəhərində tikinti təşkilatları bizim gözlərimiz önündə hər
gün bir-birindən yaraşıqlı və uca binalar tikir. Tikinti təşkilatları ilə həmin binaların tikilməsini sifariş edən
şə
xslər arasında münasibətlər podrat münasibəti adlanır. Hər gün işzilər (həkimlər, mühəndislər və s.), müəllim-
lər və tələbələr müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə etməklə iş yerlərinə, ali təhsil müəssisələrinə
gəlirlər. Belə halda sərnişinlərlə ictimai nəqliyyat vasitələri arasında daşıma münasibətləri əmələ gəlir. ßdliyyə
orqanlarında öz nizamnaməsini dövlət qeydiyyatından kezirən və sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq niyyə-
tində olan müəssisə (firma) kommersiya bankında hesablaşma hesabı azır. Müştəri (müəssisə) ilə bank arasında
ictimai münasibət meydana gəlir. Universitetə dərsə gələn tələbələr paltolarını saxlamaq üçün qarderoba verir-
lər. Bu cür halda saxlama (saxlanc) münasibətləri göz qabaüındadır. Kəndli (fermer) təsərrüfatı sahibkarlıq fəa-
liyyətini həyata kezirmək üçün kredit təşkilatından kredit alır. Belə halda kredit münasibətləri yaranır. Vətəndaş
öz yaşayış evini yanüından sıüortalamaq üçün sıüorta təşkilatı ilə əlaqəyə girir. Göstərilən hal isə sıüorta müna-
sibətinin əmələ gəlməsinə dəlalət edir. Ata ölür və onun əmlakı vərəsələrə kezir. Bununla vərəsəlik münasibəti
yaranır. Bax, bütün bu və digər münasibətlər mülki hüquqla tənzimlənir və nizama salınır.
Müasir xarici ölkələrin (məsələn, Almaniyanın, Fransanın, Italiyanın, Hollandiyanın, Ispaniyanın və s.) milli
mülki hüquq sistemlərində mülki hüquq dedikdə, əsasən ictimai həyatda və cəmiyyətdə əmələ gələn əmlak
münasibətlərini tənzimləyən hüquq sahəsi başa düşülür. Mülki hüquq sahəsi sivilistika da adlanır. Sivilistika
sahəsinə, bir qayda olaraq, əmlak münasibətlərini nizama salan hüquq normaları daxildir. «Sivilistika» termini-
nin tarixi mənşəyi və kökü isə çox qədim dövrlərə və əyyamlara gedib çıxır. Bu termin «ius civile» anlayışı ilə
bağlıdır. «Ius civile» Roma hüququ tərkibində ayrıca sistem kimi yaranmışdı. Roma hüququnda bir nezə sistem
fərqləndirilirdi. Bu hüquq sistemləri birdən-birə eyni vaxtda yaranmamışdı. Onlar tarixi inkişafın müxtəlif düvr-
lərində tədricən bir-birinin ardınúa təşəkkül tapmışdı. «Ius civile» Roma hüququnun tarixi sistemləri arasında
xüsusi yer tuturdu.
«Ius civile» «mülki hüquq» mənasını ifadə edir. Belə ki, latın dilində mülki sözünə, ümumiyyətlə desək,
«civilis» ifadəsi uyğun gəlir. Latınca «ius» sözü isə «hüquq» mənasını bildirir. Amma Roma hüququnun tarixi
sistemlərindən biri olan sivil hüququ (ius civile) müasir mənada mülki hüquq anlayışına uyğun gəlmir. Roma
mülki hüququnun nizamasalma predmeti sivil hüququn (o cümlədən müasir mülki hüququn) nizamasalma pred-
metindən daha geniş idi. Belə ki, Roma mülki hüququna üz hüquq sisteminin məcmusu uyğun gəlirdi:
●
sivil hüququ (ius civile);
●
xalqlar hüququ (ius gentium);
●
pretor hüququ (ius praetorium və ya honorarium; «honores» - fəxri vəzifə deməkdir).
Sivil hüququ kvirit hüququ da adlandırılır. Kvirit hüququ (ius quiritium) qədim milli Roma hüququ idi.
Bu hüququn adı Roma vətəndaşları olan qədim kvirit qəbilələrinin adı ilə bağlıdır. Kvirit hüququ yalnız Roma
vətəndaşları olan kviritlərə şamil edilirdi. Bu hüquq sistemi sonralar sivil hüququ adını aldı. Sivil hüququ Roma
vətəndaşlarının və şəhər-dövlətlərin (civitas) hüquqlarının milli xarakterə malik olmasını ifadə edirdi. O, qədim
milli Roma hüququ kimi qəbul olunmuşdu.
Roma hüququna daxil olan sistemlərdən biri xalqlar hüququ (ius gentium) adlanırdı. Sivil hüququ bu hü-
quq sisteminə qarşı qoyulurdu. Xalqlar hüququnun yaranması Roma hüququnda mühüm hadisə idi. Belə ki, si-
vil hüququ yalnız Roma vətəndaşlarına tətbiq edilirdi. Yalnız bu vətəndaşlar tam hüquqlu subyektlər hesab olu-
nurdular. Roma iúmasına daxil olmayan insanlar prinsip etibarilə hüquqsuz sayılırdılar. Onlar «düşmənlər»
(hostes) hesab olunurdular və hər hansı bir müdafiədən istifadə etmirdilər. Bu cür vəziyyət qədim iúmanın ma-
lik olduüu qapalı təsərrüfat sistemi üçün xarakterik idi. Istehsal və mübadilənin inkişafı, qonşu xarici ölkələrlə
ticarət dövriyyəsinin genişlənməsi, əyalətlərin, iúmaların, koloniyaların və s. Roma imperiyasına birləşdirilməsi,
Roma vətəndaşlıüının öz əvvəlki məhdud milli xarakterini itirməsi və digər amillər Roma vətəndaşları olmayanlar
(pereqrinlər) üçün əsas hüquqların (mülkiyyət hüququnun, müqavilə baülamaq hüququnun) tanınmasını zərurətə
2
zevirdi. Belə bir şəraitdə xalqlar hüququ (ius gentium) adlı hüquq sistemi yarandı.
Xalqlar hüququ özündə müxtəlif normaları birləşdirmişdi. Onun tərkibinə həm qədim Roma hüququndan,
həm də başqa xalqların hüququndan, xüsusən də yunan hüququndan götürülmüş normalar daxil idi. Beləliklə,
qədim Roma hüququ olan sivil hüququ ilə xalqlar hüququnun dualizmi (ikiliyi) yarandı. Bizim eranın birinci əs-
rində xalqlar hüququ milli Roma hüququ olan sivil hüququ üzərində, necə deyərlər, «qələbə zaldı». Ona görə ki,
o, universal hüquq sistemi sayılırdı. Bu hüquq vətəndaşlıüından asılı olmayaraq ticarət dövriyyəsinin bütün işti-
rakzılarına şamil edilirdi. Xalqlar hüququnun təsir dairəsi pereqrin adlandırılanlar da daxil olmaqla bütün Roma
ə
halisini əhatə edirdi. Belə ki, bu hüquq sistemi həm Roma vətəndaşları arasında, həm pereqrinlər arasında,
həm də onların özlərinin arasında əmələ gələn əmlak münasibətlərini tənzimləyirdi. Xalqlar hüququna daxil
olan normalar Roma pretorları tərəfindən Romada tətbiq olunurdu. Ona görə də həmin hüquq Roma hüququnun
ayrıca bir sistemi hesab edilirdi.
Roma hüququna daxil olan üçüncü hüquq sistemi pretor hüququ adlanırdı. Xüsusi xarakterli bu hüquq sis-
temi tədricən yaranmışdı. Pretor hüququnun əmələ gəlməsi iqtisadiyyatın inkişafı, qul sahiblərinin artması, iri
torpaq sahələrinin və ticarət (və ya sələm) kapitalının quldarlar sinfinin yuxarı təbəqəsinin əlində cəmləşməsi
ilə baülı idi. Yeni sosial-iqtisadi şərait yaranmışdı. Sivil hüququnun normaları bu yeni şəraitə uyğun gəlmirdi.
Yeni sosial-iqtisadi şəraiti qaydaya salmaq üçün sivil hüququ kifayət etmirdi. Zəruri idi ki, sivil hüququ tamam-
lansın və ona əlavələr edilsin. Bu iş məhkəmə magistratları, xüsusən pretorlar tərəfindən yerinə yetirilirdi. Pre-
torların verdiyi ediktlər böyük əhəmiyyətə malik idi. Bunun nəticəsində pretorlar tərəfindən işlənib hazırlanan
bir sıra institutlar yarandı. Bu institutlar müdafiənin yeni vasitələri ilə təmin olundu. Beləliklə, sivil hüququna
paralel olaraq pretor hüququ yarandı. Pretor ediktləri bu hüququn əmələ gəlməsinin əsasını təşkil edirdi.
Söylədiklərimizdən belə bir nəticəyə gəlmək mümkündür ki, Roma hüququ müasir mənada və geniş məz-
munda sivil hüququna uyğun gəlmirdi. Bax, yuxarıda göstərdiyimiz üz sistemin — sivil hüququnun, xalqlar hü-
ququnun və pretor hüququnun məcmusu müasir və geniş mənada Roma mülki hüququ ilə müəyyən dərəcədə
üst-üstə düşürdü. Göstərilən üz hüquq sistemini vahid anlayışla əhatə və ifadə etmək lazım idi. Bu məqsədlə
xüsusi hüquq (ius privatum) kateqoriyasından istifadə olundu. Göstərilən üz sistemi cəm halında ifadə etmək
üçün «ius privatum» ən münasib, ən əlverişli və ən uüurlu termin və anlayış idi. Ona görə ki, xüsusi hüquq ayrı-
ayrı şəxslərin maraq və mənafelərini qoruyan hüquq normalarından təşkil olunmuşdu. Həmin üz hüquq sistemi-
nə daxil olan normalar da ayrı-ayrı şəxslər arasında — Roma vətəndaşları arasında, pereqrinlər (qeyri-Roma və-
təndaşları) arasında, həmzinin onların öz aralarında yaranan əmlak münasibətlərini nizama salırdı. Deməli, mü-
asir və geniş mənada Roma mülki hüququ xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu. Məhz bu səbəbdən «Ro-
ma xüsusi hüququ» və «Roma mülki hüququ» kimi iki anlayışın fərqləndirilməsi qeyri-prinsipial xarakter daşıyır.
Belə ki, hər iki halda söhbət mahiyyətcə Roma hüququnun institusiyalarından gedir.
Beləliklə, mülki hüquq (sivilistika) termini öz başlanüıcını Roma sivil hüququndan götürsə də, «Roma mülki
hüququ», «Roma sivil hüququ» anlayışının sinonimi deyil. Roma mülki hüququna, mahiyyətcə müəyyən
dərəcədə, qeyd etdiyimiz kimi, Roma xüsusi hüququ uyğun gəlir.
2. Ümumi və xüsusi hüquq
Dünya təcrübəsinin təhlili göstərir ki, xüsusi hüquq cəmiyyətdə ictimai mənafelərin münasib balansının sax-
lanılmasında, insan hüquq və azadlıqlarının müdafiə edilməsində və həyata kezirilməsində həmişə müsbət rol
oynamışdır. Xüsusi hüquq bazar iqtisadiyyatının, sahibkarlıüın əsasıdır.
Tarixən bütün hüquq sistemləri şərti olaraq özündə ümumi və xüsusi adlı iki hissəsini birləşdirmişdir. Hü-
ququn ümumi və xüsusi hüquqa bölünməsini dünya hüquq elmi və praktikası zəruri hesab edir. Bu, böyük və
prinsipial əhəmiyyətə malikdir. Bu cür bölgünü hələ lap köhnə əyyamlarda Roma hüquqşünasları da aparmışlar.
Qədim Romada hüququn ümumi hüquq (ius publicum) və xüsusi hüquq (ius privatum) adlı iki sahəsi fərqləndi-
rilirdi. Qədim Roma hüquqşünası Ulpian (b.e. 170-228) belə hesab edirdi ki, ümumi hüquq Roma dövlətinin
vəziyyətinə aid olan hüquq, xüsusi hüquq isə ayrı-ayrı şəxslərin mənafeyinə aid olan hüquqdur. Ümumi hüquq
dövlət işləri sahəsinə, xüsusi hüquq xüsusi işlər sahəsinə aiddir. Bizim eranın birinci əsrində Tit Liviy göstərirdi
ki, XII cədvəl qanunu ümumi və xüsusi hüququn mənbəyidir. Roma xüsusi hüququ qanunvericiliyin və hüquqi
təlimlərin sonrakı inkişafına güclü təsir göstərmişdir. Bu hüquq ən vacib tarixi hüquqi hadisələrdən biridir. Hü-
ququn bu cür «iki yerə» bölünməsini fransız sosioloqu Şarl Lui Monteskye (1689-1755) «Qanunların ruhu»
(1748) adlı məşhur əsərində nəzəri cəhətdən əsaslandırmaüa zalışmışdır. Daha sonra bir çox mütəfəkkirlər (He-
gel, Hobs), habelə rus hüquqşünasları (D.D.Qrim, P.I.Novqorodtsev, N.M.Korkunov, L.I.Petraæitski, G.F.Şer-
ş
eneviz) öz əsərlərində bu fikrin əsaslı olmasını sübut etməyə cəhd göstərmişlər.
Müasir dövrdə bütün inkişaf etmiş və sivil hüquq sistemlərində hüququn ümumi və xüsusi hüquqa bölünmə-
si bu və ya digər formada müvcuddur. Lakin bəzi ölkələrdə hüququn bölgüsü başqa formada ifadə edilir. Məsə-
lən, ingilis hüququnda ümumi və ədalət hüququ kimi hissələr fərqləndirilir. ABŞ hüquq elmində hüququn böl-
3
güsü bir o qədər də dəqiq ifadə edilmir. Lakin hüququn iki yerə bölünməsi ideyası bütün ölkələrdə saxlanılır.
Hüququn bölgüsünü şərtləndirən cəhət ondan ibarətdir ki, ictimai həyatda qüvvədə olan bir qrup hüquq nor-
maları cəmiyyət və dövlət mənafeyi (ümumi əhəmiyyətli ictimai mənafe) ilə baülı məsələləri nizama salır. Mə-
sələn, konstitusiya, cinayət və inzibati hüquq normaları bu qəbildən olan normalardır. Digər qrup hüquq norma-
ları isə ayrı-ayrı şəxslərin mənafeyi ilə baülı olan münasibətləri qaydaya salır. Məsələn, mülki hüquq normaları
bu cür normalara misal ola bilər.
Ümumi hüquq dövlət hakimiyyəti ilə bilavasitə əlaqədardır. Bu hüquqa daxil olan normalar bilavasitə dövlə-
tin mənafeyini qoruyur, dövlətin və dövlət orqanlarının hüquqi vəziyyətini müəyyənləşdirir. Buraya aiddir: döv-
lət orqanlarının quruluşu; dövlət təşkilatlarının və vəzifəli şəxslərin səlahiyyətləri; dövlət hakimiyyətini ifadə
edən aktlar (vergilərin yıüılması, cinayətkarların úəzalandırılması və s.). Qədim Roma hüquqşünaslarının
fikrincə, ümumi hüquq normaları şərtsiz məcburi xarakterə malik olub ayrı-ayrı şəxslərin razılıüı ilə dəyişdirilə
bilməzdi. Bu normalara həmişə əməl olunmalıdır. Roma hüquqşünası Papinian göstərirdi ki, ümumi hüququn
ayrı-ayrı şəxslərin sazişi əsasında dəyişdirilməsi qeyri-mümkündür. Ümumi hüquq normaları, bir qayda olaraq,
dispozitiv yox, imperativ xarakter daşıyır.
Beləliklə, dövlət hakimiyyəti ilə baülı olan münasibətləri nizama salan hüquq normalarının məcmusuna
ümumi hüquq deyilir. Ümumi hüquqa daxildir:
●
konstitusiya (dövlət) hüququ;
●
inzibati hüquq;
●
maliyyə hüququ;
●
cinayət hüququ;
●
cinayət-prosessual hüququ;
●
mülki-prosessual hüquq;
●
ekologiya hüququ.
Xüsusi hüquq əsasən hakimiyyət səlahiyyətlərinə malik olmayan, azad və bərabər hüquqlu mülkiyyətzi kimi
çıxış edən şəxslərin - fiziki və hüquqi şəxslərin mənafeyinə xidmət edərək, onların tələbatını ödəyir və təmin
edir. Bu hüquqa istehsal və mübadilə prosesində xüsusi mülkiyyətzilərin münasibətlərini və mənafelərini qoru-
yan, nizama salan hüquq normaları daxildir. Xüsusi hüquq azad bazar münasibətlərinin mənafeyini müdafiə
edir. Ümumi hüquq isə dövlət hakimiyyət və icra orqanlarının fəaliyyət qaydasını, parlamentlərin, digər nüma-
yəndəlik və hökumət orqanlarının təşkilini və işini, ədalət mühakiməsinin həyata kezirilməsini, müvcud qurulu-
ş
a qarşı edilən qəsdlərlə mübarizəni nizama salan normalardan ibarətdir. ßgər bütün hüquq münasibətlərində tə-
rəflərdən biri kimi dövlət çıxış edərsə, burada söhbət ancaq ümumi hüquqdan gedə bilər. Ümumi hüquq haki-
miyyət və tabezilik sahəsinə aid olan hüquqdur. Xüsusi hüquq isə azad təşəbbüskarlıq sahəsini ifadə edir.
Xüsusi hüquq, hər şeydən əvvəl, xüsusi mülkiyyət institutunun yaranması və inkişafı ilə, habelə bu institut
ə
sasında yaranan münasibətlərin inkişafı ilə bağlıdır. Tarixən «xüsusi hüquq xüsusi mülkiyyətlə eyni vaxtda in-
kişaf edir». Bazar sistemi subyektlərinin ümumi bərabərliyi və hüquqi müdafiəsi, sahibkarlıq, iqtisadi azadlıq,
xüsusi mülkiyyət sivil dünyanın tanıdıüı və qəbul etdiyi vətəndaş cəmiyyətinin ayrılmaz atributlarıdır. Bu atri-
butlar, ələlxüsus da xüsusi mülkiyyət xüsusi hüquqla bilavasitə baülı və əlaqəlidir. Xüsusi hüquq istehsal vasitə-
ləri və üsulları üzərində xüsusi mülkiyyətə və əmtəə təsərrüfatına əsaslanır. Bu hüquq mülkiyyətzilərin xüsusi
mənafeyini, müstəqilliyini və təşəbbüskarlıüını təmin edir.
Ümumi və xüsusi hüququ bir-birindən ayırmaq olmaz. Hüquq sistemində onlar bir-biri ilə sıx surətdə birləş-
miş əlaqədədir. Xüsusi hüquq ümumi hüquqa əsaslanır və ona söykənir. Ümumi hüquq olmadan xüsusi hüquq
fəaliyyət göstərə bilməz. O, xüsusi hüququ müdafiə etmək və qorumaq məqsədinə xidmət edir. Onlar bir-biri ilə
üzvi surətdə qarşılıqlı əlaqədə olub, hüquq sistemini təşkil edir.
Xüsusi və ümumi hüquq arasındakı münasibətlərin xüsusi aspektləri sovet düvrünün tanınmış alimi
M.M.Aqarkov tərəfindən 1920-ci ildə nəşr edilən geniş məqalədə əsaslı surətdə işıqlandırılmışdır. Bu məqalə
1992-ci ildə «Pravovedenie» æurnalının birinci və ikinci nömrələrində yenidən dərú edilmişdir. M.M.Aqarkov
göstərirdi ki, ümumi hüquq dövlət hakimiyyəti ilə, xüsusi hüquq isə xüsusi təşəbbüskarlıqla baülı olan hüquq-
dur.
Hüququn bu cür iki sahəsinin fərqləndirilməsinə dəlalət edən meyarların müəyyənləşdirilməsinə o dövrdə
sovet hüquq ədəbiyyatında xüsusi cəhd göstərilirdi. Müəlliflərdən B.B.×erepaxin qeyd edirdi ki, tənzim olunan
münasibətə hüququn göstərdiyi təsirin üsul və xarakteri ümumi hüququ xüsusi hüquqdan fərqləndirməyə imkan
verən əsas meyardır. Dövlət idarəziliyi sahəsində yaranan münasibətlər iyerarxiya (aşaüıdakıların yuxarılara ta-
beziliyi) prinsipinə əsaslanır. Ona görə də bu münasibətlər ümumi hüququn nizamasalma predmetinə daxildir.
Iqtisadiyyat, hər şeydən əvvəl əmtəə-mal mübadiləsi sahəsində yaranan münasibətlər isə iştirakzıların müstəqil-
liyi və sərbəstliyi prinsipi üzərində qurulur. Ona görə də bu münasibətlər xüsusi hüquqla qaydaya salınır və tən-
4
zimlənir.
Müəlliflərdən S.S.Alekseyevin fikrincə, hüquqi inkişafda əsas rolu xüsusi hüquq oynayır. Xüsusi hüquq bu
sahədə ümumi hüquq institutlarını üstələyir. O qeyd edir ki, xüsusi hüquq əsasən «bazar hüququdur». Ona görə
də bu hüquq MDB zərzivəsində vahid hüquqi məkan yaradılmasında vacib rol oynaya bilər. Belə ki, bazar prin-
sip etibarilə dövlətlərarası sərhədlər tanımır.
Xüsusi hüquq təsərrüfatın bazar iqtisadiyyatı qaydasında təşkilinə əsaslanan hüquq sisteminin bazasını təşkil
edir. Bu hüquq bütün sivil və qabaqcıl hüquq sistemlərində əmlakın mənsubiyyəti və ya əmlakdan istifadə edil-
məsi üzrə müxtəlif münasibətləri (mülkiyyət, icarə, kirayə, lizinq və s. münasibətləri), yəni əmlak münasibətlə-
rini nizama salır. Bu münasibətlərdə iştirak edən subyektlər hüquq bərabərliyinə malikdirlər. Həmin müna-
sibətlər iyerarxiya (yunanca hierarchia — «hieros» müqəddəs + «arche» hakimiyyət) tabeziliyi, hakimiyyət-ta-
bezilik prinsipi üzrə qurulmur. Iştirakzıları bərabər hüquqa malik olmayan əmlak münasibətləri xüsusi hüququn
nizamasalma predmetini təşkil etmir. Məsələn, hüquq pozuntusuna görə cərimənin alınması və ya vergi yıüıl-
ması yolu ilə dövlət büdcəsinin formalaşdırılması zamanı da əmlak münasibətləri yaranır. Bu münasibətlərdə
çıxış edən iştirakzılar bərabər hüquqa malik deyillər. Burada tərəflərin iradə azadlıüını istisna edən hakimiyyət
— tabezilik münasibətləri var. Belə ki, cərimə alınması əsasında yaranan əmlak münasibətində dövlət yol polisi
və yol hərəkəti qaydalarını pozan sürücü çıxış edir. Vergi yıüılması ilə əlaqədar yaranan əmlak münasibətinin
iştirakzıları isə dövlət və vergi ödəyiciləridir (fiziki və hüquqi şəxslərdir). Bu cür əmlak münasibətləri hakimiy-
yət-iyerarxiya tabeziliyinə əsaslanır. Tərəflər arasında hakimiyyət-iyerarxiya tabeziliyinə əsaslanan bu cür mü-
nasibətlər, həmzinin digər vergi və ya başqa maliyyə münasibətləri xüsusi hüququn yox, inzibati və maliyyə hü-
ququnun, başqa sözlə desək, ümumi hüququn nizamasalma predmetini təşkil edir. Deməli, iştirakzıları bərabər
hüquqa malik olan əmlak münasibətləri xüsusi münasibətlər hesab olunur. Bu münasibətlər xüsusi hüququn ni-
zamasalma predmetinə daxildir. Dəyişmə, alqı-satqı, daşıma, podrat, icarə, kirayə və digər müqavilələrdə tərəf-
lər bərabər hüquqlara malikdirlər. Bu müqavilələrlə əlaqədar yaranan əmlak münasibətləri xüsusi hüquq müna-
sibətləri sayılır.
Qədim Romada xüsusi hüquq dedikdə, ayrı-ayrı şəxslərin digər şəxslərlə qarşılıqlı münasibətlərində onların
mənafeyini müdafiə edən hüquq normalarının sistemi başa düşülürdü. Xüsusi hüquq sahəsinə mülkiyyət, vərə-
səlik, öhdəlik, ailə və digər münasibətlər daxil idi. XII cədvəl qanunlarında göstərilirdi ki, şəxs borc müqaviləsi
baüladıüı və mülkiyyətzi olduüu hallarda, onun şifahi sərəncamı hüquq norması kimi qəbul edilir. Roma hüquq-
ş
ünaslarına görə, xüsusi hüquq üz sahəyə bölünür: Roma dövlətində yaşayan şəxslər arasında şəxsi hüquqları və
şə
xsi münasibətləri tənzimləyən hüquq normalarına; şəxslər arasında əmlak münasibətlərini nizama salan hü-
quq normalarına; şəxsi və əmlak xarakterli subyektiv hüquqların müdafiəsini təmin edən hüquq normalarına.
Roma xüsusi hüququ bir az əvvəldə güstərdiyimiz kimi, üz tarixi hüquq sistemini əhatə edirdi: sivil hüququnu;
pretor hüququnu; xalqlar hüququnu. Bu hüquq, ələlxüsus bizim eradan əvvəl axırıncı əsrlərdə və bizim eranın
II-III əsrlərində daha intensiv surətdə inkişaf etmişdir. Roma xüsusi hüququ sözün əsl mənasında hüquqi
mücüzə idi. O, bütün zamanlarda hüquq mədəniyyətinin və incəsənətinin öz əhəmiyyətini itirməyən böyük əsə-
ridir. Roma hüququ müəyyən mənada bəşəriyyətin hüquqi tərəqqisini təyin edir və şərtləndirir. O, dünyanın şah
ə
səri olmaqla insan aülı və zəkasının nəticəsidir.
Beləliklə, xüsusi hüquq odur ki, bu hüquq özündə fiziki və ya hüquqi şəxslər arasında yaranan münasibətlə-
ri tənzimləyən hüquq normalarını birləşdirir. Bu hüquq müstəqil bazar subyektlərinin mənafeyini müdafiə edir.
ßmtəə istehsalı və mübadiləsi prosesində xüsusi mülkiyyətzilər arasında əmələ gələn münasibətləri qaydaya sa-
lan və tənzimləyən hüquq normaları xüsusi hüququn əsasını təşkil edir. Onun əsas funksiyası maddi və qeyri-
maddi (ideal) nemətləri bölüşdürməkdən, bu nemətlərin müəyyən subyektlərə verilməsini hüquqi cəhətdən tə-
min etməkdən ibarətdir.
3. Xarici hüquq sistemlə rində xüsusi hüquq
Qədim Roma hüquqşünasları tərəfindən hüququn ümumi və xüsusi hüquq sahələrinə bölünməsi müasir
xarici hüquq sistemlərinin çoxu tərəfindən qəbul edilmişdir. Bir çox dövlətlərin qanunvericiliyində Roma hü-
quqşünasları tərəfindən işlədilən «xüsusi hüquq» termini indi də saxlanılır. Xüsusi hüquq kontinental Avropa
ölkələrinin hüquq sistemi (roman-german hüquq ailəsi) üçün xarakterikdir. Almaniya milli hüquq sistemi xüsu-
si hüququ özünün bir sahəsi hesab edir. Hamıya məlumdur ki, XII əsrdən başlayaraq bütün feodalizm dövrünün
ə
n vacib tarixi proseslərindən biri olan Roma hüququnun resepsiyası (latınca receptio — qəbul etmək, qəbul)
başlayır. Roma hüququnun resepsiyası dedikdə, Roma hüququnun bu və ya digər düvlət tərəfindən qüvvəyə
malik olan hüquq kimi qəbul olunması, tanınması və mənimsənilməsi başa düşülür. XVII əsrdə Roma hüququ
rəsmi surətdə Almaniyanın qüvvədə olan hüququ kimi qəbul edilmişdir. Aralıq dənizi sahillərində məskunlaşan
xalqlar arasında iqtisadi əlaqələri tənzimləmək üçün yaradılan Roma hüququ bütün müasir Avropa xalqlarının
mülki hüquq tarixində misilsiz və qeyri-adi rol oynamışdır. Bu hüquq müəyyən mənada bütün antik dünyanın
5
ümumi hüququna zevrilmişdi. Müxtəlif xalqların təsərrüfat-ticarət dövriyyəsini tənzimləmək üçün Roma xüsusi
hüququ qanun qüvvəsinə malik idi. Təsadüfi deyildir ki, görkəmli və məşhur alman hüquqşünası Rudolf fon Ie-
rinq Roma xüsusi hüququnun bir sahəsi olan xalqlar hüququnu «beynəlxalq ticarət hüququ» adlandırırdı.
XIX əsrdə alman hüquqşünasları Roma hüququ ehkamlarının (doqmalarının) hazırlanmasında xeyli iş gördü-
lər. Roma hüquq institutlarının öyrənilməsi onlar üçün vacib və zəruri idi. Belə ki, Almaniyada Roma hüququ
qüvvədə olan hüquq kimi qəbul edilmiş və tanınmışdı. Brints, Vindşayd, Dernburq və digər tanınmış hüquqşü-
naslar «Pandektlər» adlı çoxcildlik kurs yaratdılar. Dünya elminin irsi hesab olunan bu əsərlə onlar xüsusi hü-
quq barədə müasir nəzəriyyənin təməlini qoydular.
Almaniyada (o cümlədən bəzi Qərbi Avropa ölkələrində, məsələn, Fransada, Ispaniyada, habelə ×exiyada və
s.) xüsusi hüquq (privatrecht) baş
Поделитесь с Вашими друзьями: |