Beynəlxalq boğazlar
Beynəlxalq boğazlar - hər hansı bir dənizin hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir.
Beynəlxalq boğazlara misal olaraq Pa-dc-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur, Ormuz və başqa boğazlan göstərmək olar.
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqlan mövcuddur. Hər hansı dövlətin (və ya dövlətlərin) ərazi dənizindən keçən beynəlxalq boğazlarda isə tranzit keçid hüququ əsas götürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız boğazdan
256
fasiləsiz və tez tranzit məqsədi üçün həyata keçirilir; tranzit keçid hüququndan istifadə edən gəmilərə və uçuş aparatlanna maneə törədilməməlidir. Lakin onlar bejməlxalq hüquq prinsiplərinə, habelə fasiləsiz və tez keçid rejiminə zidd olan fəaliyyətə yol verməməlidir.
1982-ci il Konvensiyası hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və Kiçik Belt, Zund) və Magellan boğazlarıdır.
Qara dəniz boğazlarının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiya ilə müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bütün dövlətlərin ticarət gəmiləri üçün açıqdır. Yalnız Türkiyə müharibədə iştirak etdikdə düşmən tərəfin gəmiləri keçid hüququndan məhrum olunur. Qara dəniz sahilində yerləşməyən dövlətlərin hərbi gəmilərinin dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.
Dostları ilə paylaş: |