Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi



Yüklə 0,96 Mb.
səhifə166/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   219
beynelxalq huquq

Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi

Kosmos iki ərazidən -- kosmik fəzadan və səma cisimlərindən ibarətdir. «Kosmikfəza» anlayışı hava fəzasının xarici sərhədindən Ay orbitinin hüdudlarına qədər uzanan geniş ərazini (yaxın kosmos) və bu hüdudlardan kənarda, yəni 384 km-dən o tərəfə yerləşən ərazini (uzaq kosmos) bildirir. Təbii səma cisimləri öz daimi orbiti üzrə hərəkət edən, istifadə üçün yararlı olan, üzərində insan yaşamayan kosmik cisimlərdir. Ay haqqında Sazişə görə. Yer səthinə təbii yolla çatan asteroid, meteorit və

s. kimi materiallar bu anlayışa daxil deyildir; təbii səma cisimləri bəşəriyyətin ümumi irsi olduğu halda, bu materiallar hansı dövlətin ərazisinə düşürsə, həmin dövlətin mülkiyyəti hesab edilir.

Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi, əsas etibarilə, 1967-ci il Müqaviləsi ilə və Ay haqqında Sazişlə müəyyən olunmuşdur. Bu müqavilələrə görə, kosmik fəza və səma cisimləri bütün dövlətlər tərəfindən bərabər əsasda, ayn-seçkilik olmadan tədqiq edilə və istifadə oluna bilər. Heç bir dövlət öz suverenliyini bu və ya digər şəkildə bu ərazilərə şamil edə bilməz. Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimində müəyyən fərqlər mövcuddur. Kosmosdan fərqli olaraq. Ay və digər səma cisimləri müstəsna olaraq dinc məqsədlərlə istifadə olunmalıdır; onların üzərində hərbi bazalar və qurğular yaratmaq, istənilən tip silahı sınaqdan çıxarmaq, hərbi manevrlər həyata keçirmək, güclə hədələmək və ya güc tətbiq etmək, isənilən digər düşmən hərəkətləri törətmək və ya belə hərəkətlərin törədilməsi ilə hədələmək qadağan olunmuşdur.

Ay və onun təbii ehtiyatlan bəşəriyyətin ümumi irsi elan olunmuşdur.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin