Dənizin canlı ehtiyatlarının mühafizəsi
Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və balıqçılığın tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə mövcuddur. Bu məsələ ilə bağlı əsas prinsip və mexa- nizmlər Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakı dövlətlərdən canlı ehtiyatların qorunub saxlanması üçün bütün zəruri tədbirlərin görülməsini tələb edir. Dövlətlər bu sahədə bir-biri ilə əməkdaşlıq etməli, müvafiq subregional və regional təşkilatlar vasitəsilə müəyyən ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər.
Bir çox konkret balıq növlərinin qorunub saxlanması və rasional istifadəsi məsələlərini nizama salmaq məqsədilə 1995-ci ildə Dəniz hüququ üzrə BM'I' Konvensiyasının müvafiq müddəalarının həyata keçirilməsi haqqında xüsusi Saziş bağlanmışdır. Maddi normalardan başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutur.
Dünya okeanının canlı ehtiyatlarının mühafizəsi sahəsində bağlanmış digər müqavilələrə misal olaraq aşağıdakılan göstərmək
olar: Atlantik okeanın şimal-qərb hissəsində balıqçılıq üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-ci il Konvensiyası və b. Bu və digər müqavilələrdə Dünya okeanının müvafiq akvatoriyasında canlı ehtiyatların qorunub saxlanması ilə bağlı dövlətlərin öhdəlikləri müəyyən edilmiş, bu öhdəliklərin yerinə yetirilməsi üzərində milli və beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |