nizamlanması
Beynəlxalq mübahisələrin dinc vasitələrlə həll olunması prinsipi ATƏT-in fəaliyyətinin əsasında dayanan fundamental prinsiplərdən biridir. Bu prinsip Al'ƏI'-in (1994-cü ilə qədər - A fƏM-in) bütün əsas sənədlərində öz dolğun və birmənalı ifadəsini tapmışdır. Bu prinsipin həyata keçirilməsi istiqamətində A'fƏ'f çərçivəsində xüsusi prosedur və mexanizmlərin yaradılmasını nəzərdə tutan bir neçə mühüm sənəd qəbul olunmuşdur. Onlardan biri «Mü- bahisələrin nizamlanması prinsipləri və ATOM-in mübahisələrin dinc nizamlanması üzrə prosedur müddəaları»dır (Valetta, 8 fevral
1991- ci il). Sənədə müvafiq olaraq, Mübahisələrin nizamlanması üzrə xüsusi ATƏM Mexanizmi təsis olunur. Mexanizm dövlətlərə mübahisənin nizamlanmasının optimal prosedurları ilə bağlı tövsiyələr verir; uğur əldə cdilmədikdə, Mexanizm, tərəflərdən birinin tələbi ilə, mübahisənin mahiyyəti üzrə məsləhətlər verə bilər. Mexanizm tərəfindən işin araşdıniması, tövsiyə və məsləhətlər verilməsi konfıdensial xarakter daşıyır. Daha bir mühüm sənəd «Mübahisələrin dinc nizamlanması üzrə
ATƏM Müşavirəsinin nəticələri» (Cenevrə, 12-23 oktyabr
1992- ci il) adlanır. Bu sənəd vasitəsilə A'fƏT-in dinc nizamlama mexanizmi daha təkmil sistem şəklinə salınmışdır. Həmin sistem dörd ünsürdən ibarətdir: 1) Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi; 2) ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya; 3) Barışdırma üzrə Komissiya və 4) Direktiv barışdırma haqqında Müddəalar.
Qeyd etmək lazımdır ki, bu prosedur və mexanizmlərin praktik əhəmiyyəti olduqca azdır. Ciddi mübahisə və ya situasiyaların həlli üçün onlar kifayət qədər səmərəli deyildir. Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişənin ATƏ'f çərçivəsində nizamlanması prosesi yaxşı məlumdur.
Dostları ilə paylaş: |