Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə45/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   219
beynelxalq huquq

Dualizm nəzəriyyəsi


Bu nəzəriyyəyə görə (əsas nümayəndəsi məşhur alman alimi Tripeldir), beynəlxalq hüquq və dövlətdaxili hüquq bir-birindən ayrılıqda mövcud olan və fəaliyyət göstərən iki tamamilə müstəqil hüquq sistemləridir. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salır, dövlətdaxili hüquq isə dövlətin ərazisində fərdlərin hüquq və vəzifələrini müəyyən edir. Dualizm beynəlxalq hüququn və dövlətdaxili hüququn eyni sferada fəaliyyət göstərməsini inkar edir, lakin qəbul edir ki, onların eyni predmeti vardır. Bu predmeti beynəlxalq hüquq beynəlxalq səviyyədə, milli hüquq isə dövlət daxilində tənzimləyir. Məsələn, əgər fərdin beynəlxalq hüquqla təminat verilən hər hansı hüququ dövlət tərəfindən pozulub- sa, milli məhkəmə bu zaman milli hüququ tətbiq edəcəkdir. Dövlət öz öhdəliklərini beynəlxalq səviyyədə poza bilər, lakin bu, beynəlxalq məhkəməyə aid olacaqdır. Başqa sözlə, beynəlxalq məhkəmələr beynəlxalq hüququ, milli məhkəmələr isə milli hüququ tətbiq edir. Dualizm doktrinasından belə alınır ki, dövlətin hərəkəti öz ərazisində tam qanuni ola bilər, lakin bununla belə həmin davranış beynəlxalq məsuliyyət doğura bilər.

  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin