vətəndaşlığın anlayışı
Vətəndaşlıq - fiziki şəxslə dövlət arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan möhkəm hüquqi əlaqədir.
Demək olar ki, analoji tərif Azərbaycan Respublikasının Konstitusiyasında (52-ci maddə) və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr tarixli Qanununda verilmişdir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır». Yeri gəlmişkən, «siyasi bağhhq» ifadəsi uğurlu sayıla bilməz. Vətəndaşlıq hüquqi əlaqədir.
Mənsub olduğu dövlətin hüdudlarından kənarda olsa da, vətəndaş həmin dövlətlə hüquqi əlaqəsini saxlayır; o öz dövlətində ona verilmiş hüquqlara malik olmaqda davam edir və onun qarşısında vətəndaş öhdəliklərini yerinə yetirməyə borcludur. Öz növbəsində, dövlət ona mənsub olan şəxslərin öz hüquqlarını həyata keçirməsinə tam təminat verir, hansı dövlətin ərazisində olmasına baxmayaraq, onları diplomatik və digər qaydada müdafiə edir.
«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 8-ci maddəsində deyilir: «Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikasının vətəndaşlığının xitamına səbəb olmur». Digər tərəfdən, Qanunun 9-cu maddəsində bəyan olunur ki,
«Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onlann vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərin, xarici dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün
hüquqlardan tam həcmdo istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onlann qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər gönnəyə borcludurlar».
Yuxarıda qeyd etdik ki, vətəndaşlıq, prinsip etibarilə, dövlətin daxili qanunvericiliyi ilə tənzim olunur. Vətəndaşlığın əldə edilməsi və itirilməsi şərtlərini hər bir dövlət özü müəyyən edir. Təbii ki, bu halda müxtəlif dövlətlərin vətəndaşlıq haqqında qanunlarında mütləq müxtəliflik (kolliziyalar) ortaya çıxmalıdır. Beynəlxalq münasibətlərdə müəyyən gərginliyə gətirib çıxara bilən bu kolliziyaların qarşısını almaq və ya onları aradan qaldırmaq üçün dövlətlər beynəlxalq müqavilələr bağlayırlar, yəni bcynəlxalq- hüquqi tənzimləməyə müraciət edirlər.
Dostları ilə paylaş: |