Beynəlxalq təşkilaäarın təşkilati strukturu
olur:
Bir qayda olaraq, beynəlxalq təşkilat aşağıdakı orqanlardan ibarət
ali orqan
icra orqanı
inzibati orqan (beynəlxalq təşkilatların katibliyi)
xüsusi komitə və komissiyalar.
Ali orqan (məsələn. Konqres (Ümumdünya Poçt İttifaqı); Assambleya
(İKAO, İMO, Ümumdünya Səhiyyə Təşkilatı); Baş Konfrans (YUNESKO, Beynəlxalq Əmək Təşkilatı) və s.) üzv olan bütün dövlətləri əhatə edir. O, adətən, aşağıdakı səlahiyyətləri həyata keçirir: a) Təşkilata yeni üzvlərin qəbul edilməsi; b) Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi; c) icra orqanı üzvlərinin seçilməsi; ç) büdcənin müəyyən edilməsi; d) Təşkilatın fəaliyyəti barədə hesabatlann dinlənilməsi; e) Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi.
icra orqanı (məsolon, Şura (Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Dəniz Təşkilatı (İMO), Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO)); İcra Şurası (Ümumdünya Poçt İttifaqı), İnzibati Şura (Beynəlxalq Elektron Rabitəsi İttifaqı və s.) ali orqanın sessiyaları arasındakı müddətdə Təşkilatın fəaliyyətinə rəhbərlik edir. O, ali orqan tərəfindən, üzv olan dövlətlərin sırasından seçilir. İcra orqanının əsas funksiyaları aşağıdakılardır: a) Təşkilatın səmərəli fəaliyyətinin təmin edilməsi: b) üzv olan dövlətlərlə və digər beynəlxalq təşkilatlarla əlaqənin həyata keçirilməsi;
Təşkilatın büdcəsinin tərtib olunması; ç) ali orqanın iclaslannm gündəliyinin hazırlanması; d) heyətlə bağlı məsələlərə baxılması.
İcra orqanlarında dövlətlərin təmsil olunması müəyyən prinsiplərə (meyarlara) söykənir:
Ədalətli coğrafi təmsilolunma prinsipi (BMT Təhlükəsizlik Şurası, Ümumdünya Meteorologiya Təşkilatı)
Dostları ilə paylaş: |