Diplomatik nümayəndəliyin başçısıtəmsil olunan dövlətin qəbul edən dövlətdə daimi əsasda fəaliyyət göstərən bütün nümayəndələri ilə müqayisədə ən yüksək təmsilçisi hesab olunur. O öz dövlətini qəbul edən dövlətdə bütün məsələlər üzrə təmsil edən yeganə şəxsdir. 1961-ci il Vyana Konvensiyası diplomatik nümayəndəliklərin başçılarının üç dərəcəsinimüəyyən etmişdir: 1) dövlət başçıları yanında akkreditə olunan səfir və nuntsilər; 2) dövlət başçılan yanında akkreditə olunan elçi və intemuntsilər və 3) xarici işlər nazirləri yanında akkreditə olunan işlər müvəkkilləri. Əslində son illərin praktikasında elçilərin və daimi işlər müvəkkillərinin təyin olunmasına çox az-az rast gəlinir.
1961-ci il Vyana Konvensiyasına görə, diplomatik nümayəndəliyin heyəti üç kateqoriyaya bölünür: