Üçlər qrupu Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə nəzarət edir.
Əlillərin hüquqları üzrə Komitə Əlillərin hüquqlan haqqında 2006-cı il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən, 18 müstəqil ekspertdən ibarət orqandır. Komitə Konvensiyaya iştirakçı olan dövlətlərin təqdim etdikləri məruzələri yoxlamaq və həmin məruzələr üzrə təklif və ümumi tövsiyələr vermək, habelə Konvensiyanın Fakültativ Protokoluna əsasən fərdi şikayətlərə baxmaq səlahiyyətinə malikdir.
Məcburi yoxaçıxmalar .. *'*ı7a Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi haqqında 2006-cı il Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə nəzarət etmək üçün yenicə yaradılan qurumdur. Komitə 10 ekspertdən ibarət təşkil olunmuşdur. O, Konvensiyaya iştirakçı olan dövlətlərdən məruzələr qəbul etmək və fərdi şikayətlərə baxmaq səlahiyyətinə malikdir.
Regional səviyyədə mövcud olan müqavilə mexanizmlərinə aşağıdakılar daxildir; Avropa İnsan Hüquqları Məhkəməsi; Ameri- kaarası İnsan Hüquqları Komissiyası və Amerikaarası İnsan Hüquqları Məhkəməsi; İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası; İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa komitəsi və b.
Avropa İnsan Hüquqları Məhkəməsi 1998-ci il noyabnn 1-ə qədər, yəni 11 saylı Protokolun qüvvəyə minməsinə qədər Avropa İnsan Hüquqları Məhkəməsi ilə yanaşı daha bir orqan - Avropa İnsan Hüquqları Komissiyası da mövcud idi. Göstərilən andan isə daimi və vahid orqan kimi Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. Qeyd edək ki, bu məhkəmə insan hüquqlannm müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır.
Avropa İnsan Hüquqlan Konvensiyasının 19-cu maddəsinə görə, dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini yerinə yetirməsini təmin elmək üçün Avropa İnsan Hüquqları Məhkəməsi yaradılır. Məhkəmənin tərkibinə daxil olan hakimlərin sayı Konvensiyanın iştirakçı dövlətlərinin sayına bərabərdir; lakin onlann içərisində eyni dövlətin bir nəfərdən artıq vətəndaşı ola bilməz. Hakimlər öz dövlətlərini təmsil etmirlər. Onlar Parlament Assambleyası tərəfindən Avropa Şurası üzvlərinin irəli sürdüyü şəxslərin siyahısından səs çoxluğu ilə seçilir. Hakimlər altı il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilərlər. 70 yaşına çatdıqda hakimin vəzifə müddəti qurtarır.
Məhkəmənin yurisdiksiyasına fərdi və dövlətlərarası şikayətlər aiddir. Hər iki prosedur məcburidir; Konvensiyanın iştirakçısı olan hər bir dövlətə qarşı həm fərdi, həm də dövlətlərarası şikayət
irəli sürülə bilər. Məhkəmə fərdi şikayətləri yalnız müəyyən şərtlər daxilində öz icraatına qəbul edə bilər: a) bütün dövlətdaxili hüquq müdafiə vasitələri tükəndikdən sonra; b) müvafiq dövlətdaxili orqanın qəti qəran qəbul edildiyi tarixdən altı ay ərzində; e) ərizə anonim olmadıqda; ç) ərizə Məhkəmə tərəfindən artıq baxılmış şikayət ilə mahiyyətcə eyni olmadıqda və ya digər beynəlxalq orqan tərəfindən baxılmamış olduqda və s.
Avropa İnsan Hüquqlan Konvensiyasının 41-ci maddəsinə uyğun olaraq, dövlət tərəfindən Konvensiyada nəzərdə tutulan hər hansı insan hüququnun pozulduğunu aşkar etdikdə, Məhkəmə öz qəran ilə zərərçəkmiş tərəfə «ədalətli satisfaksiya» təqdim edir. Bu, əsasən, o deməkdir ki, Məhkəmə dövlətin üzərinə şəxsə dəymiş maddi və ya mənəvi zərəri ödəmək vəzifəsini qoya bilər. Lakin Məhkəmə dövlətin üzərinə belə bir vəzifə qoymaya da bilər; məsələn, bəzi hallarda fərdin hüququnun pozulması faktının Məhkəmə tərəfindən bəyan edilməsinin özü «ədalətli satisfak- siya» hesab olunur. Qeyd edək ki, Avropa İnsan Hüquqlan Məhkəməsi dövlətə müəyyən qanunu və ya inzibati aktı dəyişmək və ya onu ləğv etmək, habelə hər hansı məhkəmə qərannı ləğv etmək göstərişi verə bilməz. Lakin praktikada dövlətlər gələcəkdə analoji pozuntulara yol verməmək üçün özləri bu cür qanun və ya qərar- lan dəyişdirir və ya ləğv edirlər.
Məhkəmənin iş üzrə çıxardığı qərar qətidir və dövlətlər onu icra etməlidirlər. Qərarlann icrası üzərində nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirir.
Avropa İnsan Hüquqları Məhkəməsi insan hüquqlarının bey- nəlxalq-hüquqi müdafiəsinə, insan hüquqlarının düzgün təfsirinə əhəmiyyətli töhfə vermişdir. Formal olaraq presedent sayılmasa da, bu qərarlara həm Məhkəmənin Ö2üinün və digər müvafiq beynəlxalq orqanlann, həm də milli məhkəmələrin praktikasında bu və ya digər işlərin həllində geniş istinad edilir.
Dostları ilə paylaş: |