müqavilə öhdəlikləri və beynəlxalq adətdən irəli gələn öhdəliklər:
ümumi və konkret öhdəliklər; konkret öhdəliklər öz növbəsində
əsas və törəmə öhdəliklərə bölünür;
nəticə öhdəlikləri və davranış öhdəlikləri;
pozitiv və neqativ öhdəliklər;
«dərhal» və «tədricən» yerinə yetirilməli olan öhdəliklər.
Ümumi və konkret öhdəliklər. Bu və ya digər müqavilənin
iştirakçısı olmaqla, dövlət öz üzərinə konkret insan hüquqlan ilə bağlı öhdəliklərlə yanaşı, həmin müqavilədə təsbit olunmuş bütün hüquqlara aid olan ümumi öhdəliklər də götürür; məsələn, insan hüquqlarına hörmət etmək; insan hüquqlannın tədricən həyata keçirilməsinə səy göstərmək; insan hüquqlannı təmin etmək; insan hüquqlarını həyata keçirərkən ayrı-seçkiliyə yol verməmək; qanunvericilik və digər tədbirləri həyata keçirmək; səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etmək və s. (bax; Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; Avropa İnsan Hüquqlan Konvensiyasının 1-ci maddəsi və s.). Ayrı-ayrı insan hüquqlanna uyğun olan konkret öhdəlikləri öz növbəsində əsas və törəmə öhdəliklərə ayırmaq olar. Əsas öhdəlik insan hüququnun bilavasitə məzmununu təşkil edir. İnsan hüququnun pozulması - ilk növbədə, əsas öhdəliyin pozulmasıdır. Məsələn, yaşamaq hüququnun pozulması, hər şeydən əvvəl, dövlət tərəfindən şəxsin özbaşına və ya qanunsuz öldürülməsində ifadə olunur. Törəmə öhdəliklər isə birbaşa və ya dolayı yolla əsas öhdəliklərin məzmunundan irəli gəlir və onlan tamamlayır. Məsələn, yaşamaq hüququ ilə bağlı olan aşağıdakı törəmə
öhdəlikləri göstər
mək olar: insan həyatının qorunmasına yönəlmiş qanunvericilik aktlannm qəbul edilməsi; qəsdən adamöldürmə aktının istintaqının apaniması; təqsirli şəxslərin cəzalandınlması və s. Təbii ki, bu öhdəliklər pozulanda dä dövlət məsuliyyət daşıyır.
Nəticə öhdəlikləri və davranış öhdəlikləri Nəticə öhdəlikləri dövlətdən müəyyən nəticənin və ya məqsədin əldə olunmasını tələb edir; dövlət bu nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində insan hüquqlan sahəsindəki öhdəliklərin böyük əksəriyyəti nəticə öhdəlikləridir, belə ki, qanunvericilik, inzibati və özünün lazım bildiyi digər tədbirləri görməklə, dövlət son nəticədə fərdin hüququnu təmin etməlidir. Məsələn, əgər polis hər hansı şəxsi özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər. Yalnız əks halda dövlətin beynəlxalq məsuliyyəti ortaya çıxa bilər. Davranış öhdəlikləri isə dövlətdə müvafiq normada konkret müəyyən olunmuş əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz beynəlxalq öhdəliyini pozmuş olur. Misallara müraciət edək. Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 25-ci maddəsində deyilir ki, «müharibə təbliğatı qanunla qadağan edilir». Avropa Sosial Xartiyasının 7-ci maddəsinin 2-ci hissəsində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minimal yaş həddini müəyyən etsinlər. Avropa İnsan Hüquqlan Konvensiyasının 2-ci maddəsinin 1-ci hissəsində göstərilir ki,
«hər bir kəsin həyatı qanunla qorunur». Bütün gətirilən misallarda davranış öhdəliyi müvafiq qanunun qəbul olunmasıdır. Belə bir qanunun qəbul edilməməsi dövlətin beynəlxalq öhdəliyinin pozulması deməkdir.
«Pozitiv» və «neqativ» öhdəliklər. Mühüm praktik əhəmiyyətə malik olan bu bölgünün əsasında bu və ya digər insan hüququnun həyata keçirilməsi üçün dövlətdən tələb olunan davranışın xarakteri dayanır. Əgər.fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.), yəni şəxsi azadlıqlar sferasına müdaxilə etməkdən
çəkinmək tələb olunursa, bu, neqativ öhdəlikdir. Pozitiv öhdəliklər isə, əksinə, dövlətdən «aktiv müdaxilə», yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Hazırda elə bir insan hüququ yoxdur ki, onun tam təmin edilməsi dövlət tərəfindən hansısa pozitiv hərəkətlər olmadan mümkün olsun. Bu, həm «klassik» hüquqlara, həm də ikinci nəsil hüquqlara aiddir. Doğrudur, bu zaman dövlətdən tələb olunan «müdaxilənin» dərəcəsi müxtəlif ola bilər: təbii ki, iqtisadi hüquqların həyata keçirilməsi üçün daha əhatəli və daha intensiv səylər tələb olunur.
Məsələn, belə görünə bilər ki, işgəncəyə məruz qalmamaq hüququ dövlətin üzərinə yalnız neqativ öhdəlik qoyur. Lakin beynəlxalq praktikada dəfələrlə qeyd edilmişdir ki, bu «klassik» hüquq həm də pozitiv öhdəliklər doğurur; məsələn, dövlət təmin etməlidir ki, həbsxana gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla rəftar haqqında BMT-nin minimal standart qaydaları ilə tanış edilsin; baş vermiş bütün işgəncə hallan araşdınlsm; təqsirli şəxslər cəzalandınlsm və s. Burada habelə yaşamaq hüququ ilə bağlı yuxanda göstərdiyimiz misalı xatırlamaq olar. Sırf «klassik» hüquq sayılan yaşamaq hüququ dövlətlər üçün bir sıra pozitiv öhdəliklər müəj^ən edir: insan həyatının qorunmasına yönəlmiş qanunvericilik aktlannın qəbul edilməsi; qəsdən adamöldürmə aktlannın səmərəli istintaqının aparılması; təqsirli şəxslərin cəzalandıniması və s.
«Dərhal» və «tədricən» yerinə yetirilməli olan öhdəliklər. Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin bu təsnifatına İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 2-ci maddəsi «səbəb olmuşdur». Həmin maddənin 1-ci hissəsində deyilir: «Bu Paktda iştirak edən hər bir dövlət öz üzərinə vəzifə götürür ki. Paktda tanınmış hüquqlann tədricən tam həyata keçirilməsini təmin etmək üçün, fərdi qaydada və beynəlxalq yardım və əməkdaşlıq çərçivəsində, özündə olan ehtiyatlardan maksimum istifadə etməklə... tədbirlər görsün». Bu müddəa, sözügedən Paktın mərkəzi müddəası olmaqla. Paktdan irəli gələn bütün digər öhdəliklərin təbiətini müəyyən edir. Verdiyimiz ayırmalardan görünür ki, iqtisadi, sosial və mədəni hüquqlar müəyyən hallardan - dövlətin lazımi ehtiyatlara (maddi ehtiyatlar, insan ehtiyatları və s.) malik olmasın
dan və beynəlxalq yardımın olmasından asılı olaraq tədricən də həyata keçirilə bilər, yəni iştirakçı dövlətlərin Paktda təsbit olunmuş hüquqlara təminat vermək kimi birbaşa hüquqi öhdəliyi yoxdur (bu deyilənlər Paktın 8-ci maddəsinə (həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq) və 3-cü maddəsinə (qadın və kişilərin hüquq bərabərliyi) şamil olunmur). Başqa sözlə, fərdə qısa müddətdə, tutaq ki, işləmək hüququnun və ya minimal həyat səviyyəsi hüququnun təmin edilməməsi dövlətin öz beynəlxalq öhdəliyini pozması kimi tövsif edilə bilməz. Dövlət əsaslı surətdə göstərə bilər ki, o öz ehtiyatlarını maksimum səfərbər etməklə bütün zəruri tədbirləri görür və bu hüquqlar tədricən həyata keçiriləcəkdir. Yaponiya Ali Məhkəməsinin 1989-cu ildə Şiomi işi üzrə çıxardığı qərar bu baxımdan diqqətəlayiqdir. Məhkəmə birmənalı şəkildə qeyd etdi ki, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-cu maddəsi (sosial təminat hüququ) fərdlərə dərhal verilməsi tələb olunan konkret hüquq nəzərdə tutmur. Bu, Paktın 2-ci maddəsinin 1-ci hissəsindən aydın
görünür».
Şübhəsiz ki, deyilənlər İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın «zəif» cəhətidir və bu, özü-özlüyündə həmin hü- quqlann xarakteri ilə bağlıdır. Əgər sözügedən müddəanı Vətəndaş və siyasi hüquqlar haqqında Paktın ekvivalent müddəası ilə müqayisə etsək, biz əhəmiyyətli fərqi görə bilərik. Həmin Paktın 2-ci maddəsində iştirakçı dövlətlərin bütün müvafiq hüquqlan təmin etmək vəzifəsi təsbit olunmuşdur. Deməli, Vətəndaş və siyasi hüquqlar haqqında Paktdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini dövlət özü istədiyi kimi, tutaq ki, maliyyə çətinliklərinə və ya ölkədə siyasi və ya iqtisadi sabitliyin olmamasına istinad etməklə, təxirə sala bilməz. Bu öhdəliklər dərhal yerinə yetirilməli olan öhdəliklərdir.
Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı bir işi (Guincho işi) misal gətirək. Portuqaliyada birinci məhkəmə instansiyasında avtomobil qəzası ilə bağlı bir işə baxılması təxminən dörd il (1978-ci ilin dekabnndan 1982-ci ilin oktyabnna qədər) çəkmişdi. Avropa məhkəməsi qarşısında Portuqaliya hökumətinin nümayəndəsi bu pozuntunu (söhbət işin ağlabatan müddətdə araşdırılması hüququ
nun pozulmasından gedir) ölkədə son illər baş vermiş çətinliklərlə əsaslandırmağa çalışırdı; onun fikrincə, bu çətinliklər 1974-cü ildə demokratiyanın ölkədə bərpa edilməsindən və elə bu dövrdə Portuqaliyanın bir sıra müstəmləkələrinin müstəqillik qazanmasından sonra bir milyona yaxın adamın yenidən Portuqaliyaya qayıtması ilə bağlı ortaya çıxmışdı. Lakin Məhkəmə bu dəlilləri əsassız saydı və qeyd etdi ki, Avropa İnsan Hüquqlan Konvensiyasını ratifikasiya etməklə, Portuqaliya öz üzərinə bu Konvensiyada təsbit olunmuş bütün hüquqlan, o cümlədən işin məhkəmədə ağlabatan müddətdə araşdınlması hüququnu təmin etmək vəzifəsini götürmüşdür.
Dostları ilə paylaş: |