Müstəsna iqtisadi zona
Müstəsna iqtisadi zona - ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur.
Müstəsna iqtisadi zonanın eni ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən hesablanır.
Müstəsna iqtisadi zona, ilk dəfə olaraq Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası ilə nəzərdə tutulmuş xüsusi hüquqi rejimə malikdir. Bir tərəfdən o, açıq dənizin bir hissəsidir, digər tərəfdən isə sahilyanı dövlət bu zonada bir sıra iqtisadi xarakterli suveren hüquqlar həyata keçirir: a) burada olan bütün təbii ehtiyatların kəşfiyyatı və istismarı sahilyanı dövlətin müstəsna hüququdur: xarici dövlətlərin bu fəaliyyətdə iştirakı yalnız sahilyanı dövlətlə razılaşma əsasında ola bilər; b) sahilyanı dövlət burada iqtisadi
245
məqsədlərlə süni adalar və qurğular yarada bilər, elmi tədqiqatlar apara bilər; c) dəniz mühitinin qorunub saxlanması da sahilyanı dövlətin yurisdiksiyasına aiddir.
Müstəsna iqtisadi zona açıq dənizin bir hissəsi olduğu üçün bütün dövlətlər burada açıq dənizin məlum azadlıqlarından (gəmiçilik, uçuş, kabel və boru çəkmək) istifadə edirlər. Bu zaman onlar sahilyanı dövlətin hüquq və qanuni mənafelərini nəzərə almalıdırlar.
Dostları ilə paylaş: |