Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə211/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   207   208   209   210   211   212   213   214   ...   219
beynelxalq huquq

MÜXTƏLİF MÜDDƏALAR
Maddo 102




  1. Bu Nizamnamənin qüvvəyə mindiyi andan sonra Təşkilatın istənilən Üzvünün bağladığı hər bir müqavilə və hər bir beynəlxalq saziş mümkün qədər tez bir müddətdə Katiblikdə qeydiyyata alınmalı və Katiblik tərəfindən dərc olunmalıdır.

  2. Bu maddənin I-ci bəndinə uyğun olaraq qeydiyyata alınmamış hor hansı belə bir müqavilənin və ya beynəlxalq sazişin heç bir iştirakçısı Birləşmiş Millətlər Təşkilatının hər hansı orqanı qarşısında həmin müqaviləyə və ya beynəlxalq sazişə istinad edə bilməz.

Maddə 103
Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn öhdəlikləri ilə onların istənilən digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasında ziddiyyət olduqda, onların bu Nizamnamədən irəli gələn öhdəlikləri üstün qüvvəyə malik olur.

Maddə 104

Təşkilat öz Üzvlərindən hər birinin ərazisində funksiyalarını həyata keçirmək və məqsədlərinə nail olmaq üçün zəruri olan hüquq qabiliyyətinə malikdir.

Maddə 105



  1. Təşkilat öz Üzvlərindən hər birinin ərazisində məqsədlərini yerinə yetirmək üçün zəruri olan imtiyaz və immımitetlərdən istifadə edir.

  2. Habelə Birləşmiş Millətlər Təşkilatın Üzvlərinin nümayəndələri və Təşkilatın vəzifəli şəxsləri Təşkilatla əlaqədə öz funksiyalarını müstəqil həyata keçirmək üçün zəruri olan imtiyaz və immunitetlərdən istifadə edirlər.

  3. Baş Məelis bu maddənin I-ci və 2-ci hissələrinin tətbiqi ilə bağlı ayrı-ayn detalları müəyyən etmək üçün tövsiyələr edə bilər və ya bu məqsədlə Təşkilatın Üzvlərinə konvensiyalar təklif edə bilər.

    1. FƏSİL KEÇİD DÖVRÜNDƏ TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏDBİRLƏR

Maddə 106

Təhlükəsizlik Şurasının fikrincə, 42-ci maddəyə əsasən vəzifələrini ona həyata keçirməyə başlamağa əsas olan 43-cü maddədə göstərilmiş xüsusi sazişlərin qüvvəyə minməsinə qədər, 30 oktyabı 1943-cü ildə imzalanmış Dörd Dövlətin Bəyannaməsinin iştirakçılan və Fransa, Bəyannamənin 5-ci bəndinin müddəalanna uyğun olaraq. Təşkilatın adından beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan birgə tədbirlər görmək məqsədilə bir-biri ilə və zərurət olduqda, Birləşmiş Millətlər Təşkilatının digər Üzvləri ilə məsləhətləşəcəklər.



Maddə 107
Bu Nizamnamodo heç no, İkinci Dünya müharibəsi zamanı, bu Nizamnaməni imzalayanlardan hər hansı birinin düşməni olmuş dövlətə qarşı həmin müharibənin nəticəsində müvafiq tədbirlər görməyə məsul olan Hökumətlər tərəfindən görülən və ya görülməsinə səlahiyyət verilən tədbirləri hüquqi qüvvədən məhrum etmir və ya onların tətbiqinə maneə yaratmır.
XVIIl FƏSİL DÜZƏLİŞLƏR

Maddə 108

Bu Nizamnaməyə düzəlişlər Təşkilatın bütün Üzvləri üçün Baş Məclisin üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edildikdən və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri daxil olmaqla, Təşkilatın Üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir.

Maddə 109

  1. Bu Nizamnaməyə yenidən baxmaq məqsədilə. Baş Məclisin üzvlərinin üçdə iki səs çoxluğu və Təhlükəsizlik Şurasının doqquz daimi üzvünün səsi ilə müəyyən edilməli olan vaxtda və yerdə Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin Ümumi Konfransı çağırıla bilər. Təşkilatın hər bir Üzvü Konfransda bir səsə malik olacaqdır.

  2. Konfransın üçdə iki səs çoxluğu ilə bu Nizamnaməyə tövsiyə etdiyi hər hansı düzəliş, Təhlükəsizlik Şurasının bütün daimi üzvləri daxil olmaqla. Təşkilatın Üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir.

  3. Əgər belə bir konfrans bu Nizamnamənin qüvvəyə mindiyi andan hesablanmaqla, Baş Məclisin onuncu illik sessiyasına qədər olmamışsa, belə bir konfransın çağırılması barədə təklif Baş Məclisin həmin sessiyasının gündəliyinə daxil edilir və Baş Məclisin üzvlərinin sadə səs çoxluğu ilə və Təhlükəsizlik Şurasının hər hansı yeddi üzvünün səsi ilə belə qərar alınarsa, konfrans çağırılır.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin