Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə210/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   219
beynelxalq huquq

Səsvermə
Maddə 89

  1. Qəyyumluq Şurasının hər bir üzvü bir səsə malikdir.

  2. Qəyyumluq Şurasının qərarları iştirak edən vo səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur.


Prosedur

Maddə 90

  1. Qəyyumluq Şurası öz Sədrini seçmək qaydası da daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir.

  2. Qəyyumluq Şurası, buna lüzum olduqda, öz qaydalarına uyğun olaraq çağırılır; bu qaydalar Şuranın üzvlorinin əksər hissəsinin tələbi ilə iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir.

Maddə 91

Qəyyumluq Şurası, lüzum olduqda, İqtisadi və Sosial Şuranın və müvafiq olaraq maraqlı olduqları məsələlərlə bağlı ixtisaslaşmış təsisatların köməyindən istifadə edir.


    1. FƏSİL

BEYNƏLXALQ MƏHKƏMƏ

Maddə 92

Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. O bu Nizamnaməyə əlavə edilən Statuta uyğun olaraq fəaliyyət göstərir; həmin Statut Daimi Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna əsaslanır və onun ayrılmaz tərkib hissəsini təşkil edir.
Maddə 93


  1. Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri ipso facto Beynəlxalq Məhkəmənin Statutunun iştirakçılarıdır,

  2. Birləşmiş Millətlər Təşkilatının Üzvü olmayan dövlət, hər bir halda Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən müəyyən olunan şərtlərlə. Beynəlxalq Məhkəmənin Statutunun iştirakçısı ola bilər.

Maddə 94



  1. Birləşmiş Millətlər Təşkilatının hər bir Üzvü, tərəf kimi çıxış etdiyi istənilən işdə Beynəlxalq Məhkəmənin qərarına əməl etməyi öz öhdəsinə götürür.

  2. Əgər iş üzrə tərəflərdən biri Məhkəmənin çıxardığı qərarla onun üzərinə qoyulmuş öhdəlikləri icra etmirsə, o biri tərəf Təhlükəsizlik Şurasına müraciət edə bilər; Təhlükəsizlik Şurası, zəruri hesab etdikdə, tövsiyələr edə bilər və ya həmin qərarın həyata keçirilməsi üçün görülməli olan tədbirlər barəsində qərar qəbul edə bilər.

Madda 95
Bu Nizamnamədə heç nə Birləşmiş Millətlər l’əşkilatı Üzvlərinin öz mübahisələrinin həllini artıq qüvvədə olan və ya gələcəkdə bağlana bilən sazişlər əsasında başqa məhkəmələrə həvalə etməsinə maneə yaratmır.
Maddə 96

  1. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər.

  2. Baş Məclis tərəfindən istənilən vaxt buna icazə ala bilən Birləşmiş Millətlər Təşkilatının digər orqanları və ixtisaslaşmış təsisatlar da onların fəaliyyəti çərçivəsində ortaya çıxan hüquqi məsələlər üzrə Məhkəmədən məsləhət xarakterli istəyə bilər.



    1. FƏS İL KATİBLİ K

Maddə 97


Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir. Baş Katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən təyin olunur. Baş Katib Təşkilatın baş inzibati vəzifəli şəxsidir.
Maddə 98
Baş Katib bu keyfiyyətdə Baş Məclisin, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şuranın və Qəyyumluq Şurasının bütün iclaslarında fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir. Baş Katib Təşkilatın işi barədə Baş Məclisə illik məruzə təqdim edir.
Baş Katib beynəlxalq sülhün və təhlükəsizliyin qonmub saxlanmasına, onun fikrincə, təhlükə törədə bilən istənilən məsələni Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər.

Maddo 100




  1. Öz vozifolorini icra cdorkon Baş Katib və Katibliyin heyəti hər hansı hökumətdən və ya Təşkilat üçün kənar olan hər hansı digər orqandan göstərişlər istəməməli və almamalıdır. Onlar yalnız Təşkilat qarşısında məsuliyyət daşıyan beynəlxalq vəzifəli şəxslər kimi statuslarına təsir göstərə bilən hor hansı horəkotdən daşınmalıdırlar.

  2. Birləşmiş Millətlər Təşkilatının hor bir Üzvü Baş Katibin və Katibliyin heyətinin vəzifələrinin sırf beynəlxalq xarakterinə hörmət elməyi və onlara öz vəzifələrini yerinə yetirərkən təsir göstorməyə cəhd etməməyi öhdələrinə götürürlər.



Maddo 101

  1. Katibliyin heyəti Baş Katib tərəfindən Baş Məclisin müəyyən etdiyi qaydalara əsasən təyin olunur.

  2. Müvafiq heyət daimi əsasda işləmək üçün İqtisadi və Sosial Şuraya, Qəyyumluq Şurasına və buna lüzum oluqda, Təşkilatın digər orqanlarına ayrılır. Bu heyət Katibliyin bir hissəsini təşkil edir.

  3. Heyəti işə qəbul edərkən və xidmət şərtlərini müəyyən edərkən yüksək iş qabiliyyəti səviyyəsinin, solahiyyətliliyin və təmizliyin təmin edilməsinin zəruriliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir.



    1. FƏSİL


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin