Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktlarının 1-ci maddəsində, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra qərarlarında və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci il) Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, xalqların öz müqəddəratını təyin etmək hüququ erga omnes hüquqdur, yəni bütün dövlətlər bu hüquqa hörmət etməlidirlər və onun həyata keçirilməsinə maneə törətməməlidirlər.
Prinsipin məzmununu açıqlamaq üçün iki anlayışın - «xalq» və «öz müqəddəratını təyin etmə» anlayışlarının məna yükünü düzgün bilmək lazımdır.
Göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq hüquqda «xalq», bir qayda olaraq, etnik anlamda başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi «xalq» hər hansı milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qanunsuz məhrum edilmiş ərazinin) bütün əhalisini bildirir. Yəni «xalq» etnos kimi yox, demos kimi başa düşülür. Yalnız xalq bütövlükdə bu hüqu-
qun daşıyıcısıdır. Xalqın bir hissosinin, o cümlədən milli azlıqların belə bir hüququ yoxdur. Bu tezis beynəlxalq hüquqda geniş qəbul edilmişdir.
«Öz müqəddəratını təyin etmə» o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilər. Müstəmləkə altında olan və ya işğal olunmuş ərazinin bütün əhalisi üçün bu:
müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;
hər hansı bir müstəqil dövlətə qoşulmaqda və ya
hər hansı müstəqil dövlətlə birləşməkdə ifadə oluna bilər.
Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da öz müqəddəratını təyin etmək hüququna malikdir. Məmin xalqlar üçün öz müqəddəratını təyin etmə, hər şeydən öncə demokratik idarəetmə hüququ deməkdir. Yəni xalq daxildən və xariedən təzyiq və ya müdaxilə olmadan demokratik vasitələrlə öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək imkanına malik olmalıdır. Əlbəttə ki, bu xalqlar öz siyasi statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər.
Xüsusi vurğulanmalıdır ki, öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyaya (dövlətdən müəyyən ərazinin ayrılmasına) yol verə bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil, demokratik dövlətin parçalanması üçün əsas ola bilməz.
Dostları ilə paylaş: |