Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən



Yüklə 0,96 Mb.
səhifə27/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   219
beynelxalq huquq

Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən.


BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası «...hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər».


5. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi

BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri «öz beynəlxalq mübahisələrini dine vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın».

Əsas bir eəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi yuxanda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx surətdə bağlıdır və onun məzmununu tamamlayır. Doğrudur, sözü gedən prinsip ümumi beynəlxalq hüquq norması kimi bir qədər əvvəl - hələ İkinci Dünya müharibəsindən qabaq formalaşmışdır. Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haaqa Konvensiyasında (1-ci və 2-ci maddələr) və Millətlər Liqasının Statutunda (12-ci, 13-cü, 15-ci və 17-ci maddələr) məhdud çərçivədə təsbit olunmuş bu prinsip bugünkü anlamda, yəni heç bir qeyd-şərtsiz və imperativ formada ilk dəfə olaraq 1928-ci il Brian-Kelloq Paktında öz əksini tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz aralarında ortaya çıxan bütün mübahisə və ya münaqişələrin - onların xarakterindən və mənşəyindən asılı olmayaraq - yalnız dinc vasitələrlə həll etməlidirlər. Sonralar BMT Nizamnaməsində təsbit olunmuş bu mühüm norma habelə əsas regional təşkilatların nizamnamələrində birbaşa əks olunmuşdur.

Prinsipin normativ məzmununa keçməzdən qabaq «bcynəlxalq mübahisə» anlayışını açıqlamağa ehtiyac vardır.

35

Meç bir bcynolxalq sazişdo, o cümlodon BMT Nizamnamosində beynəlxalq mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə bir neçə dəfə bu məsələ ilə qarşılaşmışdır. Daimi Beynəlxalq Ədalət Məhkəməsi Mavromatis işində (1924-cü il) qeyd etmişdi ki, «mü- bahisə - iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidin). Oxşar tərif Cənub-qərbi Afrika işində (ilkin etirazlar mərhələsi, 1962-ci il) verilmişdi. Sadəcə, belə demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə qarşı iddia irəli sürür, o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək olar:



    1. iki və ya daha artıq tərəfin - beynəlxalq hüquq subyektlərinin olması;

    2. mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması;

    3. mübahisə edən tərəflərin qarşılıqlı iddialarının olması;

    4. tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi;

    5. mübahisənin yaranması anının müəyyən edilməsi.

Mübahisə «situasiya»dan fərqləndirilməlidir. Doğrudur, çox

zaman bu iki termin bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habelə Beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyaların qarşısının alınması və aradan qaldırılması BMT-nin bu sahədə rolu haqqında Bəyannaməni göstərmək olar. Situasiya dövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır, lakin bu zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəjlər olmw\ yəni qarşılıqlı iddialar yoxdur. Belə demək olar ki, hər bir mübahisə situasiyadır, lakin heç də hər bir situasiya mübahisə deyildir. Mübahisə və situasiyanın fərqləndirilməsi nəzəri məsələ deyildir; bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü qərar qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müddəa situasiyalara şamil olunmur. BMT Nizamnaməsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən. Təhlükəsizlik Şurası həm mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedur və ya metodlan tövsiyə edə bilər. 37-ci

və 38-ci maddələrə görə isə, 'ləhlükəsizlik Şurası tərəflərə situasiyanın yox, mübahisənin həlli şərtlərini tövsiyə edə bilər. Nəhayət, BMT Beynəlxalq Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər.

Lakin istənilən halda, beynəlxalq mübahisələri dine yolla həll etmək prinsipi həm beynəlxalq mübahisələrə, həm də beynəlxalq situasiyalara şamil olunur.



Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin aşağıdakı hüquq və öhdəliklərində öz ifadəsini tapır:

  1. Dövlətlər öz mübahisələrini, onlann xarakterindən və mənşəyindən

asılı olmayaraq, yalnız və yalnız dinc vasitələrlə həll etməlidirlər. Lakin prinsipin məzmunundan belə alınmır ki, dövlətlər öz beynəlxalq mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq hüquqda dövlətlərdən bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn tələb etdiyi budur ki, əgər dövlət öz mübahisəsini nİ7.amlamaq qəranna gəlibsə, bunu yalnız dinc yolla etməlidir.

  1. Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər hansı nizamlama vasitəsinə razılaşa bilərlər.

Məsələn, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında mübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur ki, bunlardan hər birini iştirakçı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən yazılı bəyanat vasitəsilə seçə bilər:

  1. Dəniz hüququ üzrə Beynəlxalq tribunal; 2) BMT-nin Beynəlxalq Məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4) Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj.

  1. Dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisələrə aid deyildir.

  2. Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola

bilən hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada

bilon, habelo mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən hərəkətlər qadağan olunur.



  1. Dövlətlər öz mübahisələrini beynəlxalq hüquq və ədalət əsasında

həll etməlidirlər.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin