Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi
Bu prinsip dövlollərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində deyilir: «Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə ctsin». Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər Təşkilatının üzərinə qoyulmuşdur. Lakin məntiqi təfsir belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyi BM'f-nin bütün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədlərdə, o cümlədən Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi, onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsində, yuxanda adı çəkilmiş 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır.
«Dövlətin daxili yurisdiksiyasında olan məsələlər» onun ərazisi daxilində olan məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər, ~ misal üçün, xariei səfirliyin binasına basqın edilməsi, - heç də onun daxili işi sayılmır. Digər tərəfdən, ilk baxışdan, «beynəlxalq» sayılan hər hansı məsələ, - misal üçün, dövlətin başqa bir dövlət ilə üçüncü tərəfin hüquq və mənafelərinə toxunmayan müqavilə bağlaması, - həmin dövlətlərin daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi olmasını beynəlxalq hüquq müəyyən etmir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər hansı məsələ üzrə dövlət öz üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu, artıq onun daxili məsələsi sayıla bilməz. Daimi Beynəlxalq Ədalət Məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki, «dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərim) həcmi sabit deyildir və bu, bey-
30
nəlxalq hüququn inkişafı ilə dəyişə bilər. ıMəsələn, o vaxtlar vo ondan sonrakı illərdə də dövlətlərin sırf daxili işi olan insan hüquqlarının milli qanunvericilikdə təsbiti və qorunması məsələsi bu gün prinsip etibarilə beynəlxalq məsələyə çevrilmişdir. Nəhayət, burada bir məqamı da vurğulamaq lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya situasiya beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və BMT Təhlükəsizlik Şurası bu hallarda BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri tətbiq edə bilər; təbii ki, həmin kollektiv sanksiyalar qətiyyən dövlətin daxili işlərinə qarışmaq deyildir.
Sözü gedən prinsipin normativ məzmunu aşağıdakılardan ibarətdir:
dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslanna qarşı yönəlmiş silahlı müdaxilə və digər müdaxilə fonnalan qadağandır;
heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz;
başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı vo ya terrorçu fəaliyyətin təşkili, yaxud dəstəklənməsi yolverilməzdir;
başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır;
hər bir dövlət digər dövlətlərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.
Dostları ilə paylaş: |