dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtamnmış normalardır.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir. Həmin maddənin 6-cı bəndində isə deyilir: «Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət ctsinlər».
çj ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jıts cogens normalarıdır.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır.