Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq təşkilatların qətnamələri



Yüklə 0,96 Mb.
səhifə18/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   219
beynelxalq huquq

Beynəlxalq təşkilatların qətnamələri

Bcynolxalq təşkilatların öz nizamnamə fəaliyyəti çərçivəsində çıxardığı qərar və qətnamələr, prinsip etibarilə beynəlxalq hüququn

«köməkçi» mənbəyidir. Çünki onlar formal-hüquqi baxımdan məeburi norma yaratmır; bu qərar və qətnamələrdə ya beynəlxalq hüququn qüvvədə olan prinsip və normaları bəyan edilir, ya da tövsiyə xarakterli yeni normalar əks olunur. Deyilənlər müəyyən mənada BMT Baş Məclisinin qətnamələrinə də aid edilə bilər. Bu qətnamələr yekdil səslə qəbul olunsa da, hüquqi cəhətdən məcburi deyildir. Yəni dövlət Baş Məclisinin qətnaməsində öz əksini tapmış davranış qaydasına, hətta o bu qətnamənin lehinə səs vermiş olsa da, əməl etməyə borclu deyildir.

Cənub-Qərbi Afrika işi üzrə qərarında (1966) BMT Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, BMT Baş Məclisinin qətnamələri... hüquqi cəhətdən məcburi deyildir və yalnız tövsiyə xarakteri daşıyır».

Bununla belə, bu qətnamələr beynəlxalq hüquqda çox mühüm rol oynayır və xüsusən dövlətlərin praktikasının müəyyən yönümdə inkişafına və opinio juris-in formalaşmasına böyük təsir göstərir. Həmin qətnamələr ya müəyyən beynəlxalq hüquqi adətin formalaşması üçün təkan, ya da belə bir adət normasının artıq təşəkkül tapdığını göstərən ən mühüm sübut rolunu oynaya bilər. Bu baxımdan, BMT Baş Məclisinin qətnamələri ilə qəbul olunmuş bir sıra müstəsna əhəmiyyətli sənədləri, məsələn, 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqlan Bəyannaməsini, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsini, Təcavüzün tərifi haqqında 1974- cü il Qətnaməsini müəyyən mənada müvafiq beynəlxalq adət hüququ nonualarının «yaradıcısı» hesab etmək olar.



Bununla belə, BMT Baş Məclisinin BMT-nin daxili fəaliyyəti ilə bağlı çıxardığı qətnamələr, o cümlədən BMT-yə yeni dövlətlərin qəbul edilməsi, BMT Beynəlxalq Məhkəməsinin hakimlərinin seçilməsi, büdcə və s. məsələlər üzrə qətnamələr BMT-nin bütün üzvləri üçün məcburi qüvvəyə malikdir.

        1. Yüklə 0,96 Mb.

          Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin