Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyildir.
Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. Bu prinsiplər:
beynəlxalq hüququn ən mühüm normalarıdır.
Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ-hüquqi əsasını təşkil edir. Dövlətlərin beynəlxalq hüquq normalarının yaradılması və həyata keçirilməsi ilə bağlı bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir.
öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır.
Beynəlxalq hüququn əsas prinsipləri bir növ oriyentir rolunu oynayır. Onlar dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranışının ümumi istiqamətlərini müəyyən edir. Bu prinsiplər beynəlxalq münasibətlərin istənilən sahəsinə sirayət edir və dəqiq ifadə olunmuş davranış qaydalarında konktretləşdirilir.