Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq humanitar hüququn tətbiq sferası



Yüklə 0,96 Mb.
səhifə115/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   219
beynelxalq huquq

Beynəlxalq humanitar hüququn tətbiq sferası

Beynəlxalq humanitar hüquq yalnız silahlı münaqişə zamanı istənilən silahlı münaqişə zamanı tətbiq olunur. Buna görə də silahlı münaqişəyə nəyin aid edildiyini bilmək olduqca zəruridir.

Beynəlxalq humanitar hüququn əsas tətbiq sferası beynəlxalq silahlı münaqişələrdir. Belə ki, 1949-cu il Cenevrə Konvensiyala- nnın 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi beynəlxalq müharibələrə həsr olunmuşdur. Beynəlxalq silahlı münaqişƏf müharibənin elan olunub-olunmamasından, xarakterindən tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasın- dan asılı olmayaraq, - iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.

Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir:

«Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu Konvensiya iki və ya daha artıq Razılığa gələn Yüksək Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, - həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, - tətbiq olunur. Konvensiya habelə Razılığa gələn Yüksək Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda ~ bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə - tətbiq olunur».

öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək üçün müstəmləkə hökmranlığına və xarici işğala, habelə irqçi rejimlərə qarşı xalqların apardıqları silahlı mübarizə də beynəlxalq silahlı münaqişə hesab edilir (bax: Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 1-ci maddəsinin 4-cü bəndi).

Bundan əlavə, beynəlxalq humanitar hüquq qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə şamil edilir. Bu, Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə göstərilmişdir. Cenevrə Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir:



  • bir dövlətin ərazisində baş verir;

  • həmin dövlətin silahlı qüvvələri ilə müxtəlif silahlı qüvvələr və ya digər mütəşəkkil silahlanmış qruplar arasında olur;

  • hökumət əleyhinə olan qüvvələr məsul komandanlıq altında olmaqla, dövlətin ərazisinin bir hissəsi üzərində elə nəzarət həyata keçirirlər ki, bu, onlara fasiləsiz və razılaşdınlmış hərbi əməliyyatlar aparmağa və müvafiq beynəlxalq humanitar hüquq normalarını tətbiq etməyə imkan verir.

Cenevrə Konvensiyalan üçün ümumi olan 3-cü maddədə dövlətlərin suverenliyi və ərazi bütövlüyü baxımından belə bir mühüm müddəa təsbit olunmuşdur ki, müvafiq beynəlxalq humanitar hüquq normalarının tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl gətirmir.

Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan qarışıq silahlı münaqişələr - beynəlxalq münaqişələrin əlamətlərini kəsb edən, yəni digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı münaqişələr - dövründə də tətbiq olunur.



Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi, Amerika Birləşmiş Ştatlannm Nikaraquadakı «kontras»lara yardımı məsələsini nəzərdən keçirərkən, nəinki müdaxilə edən dövlətin özünün humanitar hüquqa riayət etməli olduğunu qeyd etmişdi, həmçinin göstərmişdi ki, həmin dövlət, - Cenevrə Konvensiyalan üçün ümumi olan 1-ci maddənin tələblərindən irəli gələrək, - yardım etdiyi qüvvələr tərəfindən do humanitar hüquqa riayət olunmasını təmin etməlidir.

Beynəlxalq humanitar hüquq normaları daxili gərginlik hallan- na, daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara beynəlxalq insan hüquqları standartları şamil edilir.




  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin