Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq humanitar hüququn əsas normaları



Yüklə 0,96 Mb.
səhifə117/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   219
beynelxalq huquq

Beynəlxalq humanitar hüququn əsas normaları


Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən yığcam formada belə ifadə etmək olar:



    1. Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onlann həyatma və fiziki toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda onlarla heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.

    2. Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürmək və ya ona xəsarət yetirmək qadağandır.

    3. Yaralılar və xəstələr yerdən götürülməli və onlara lazımi yardım göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat

vasitələri də müdafiə altındadır. Qızıl xaç və qızıl aypara nişanına hörmət edilməlidir.

    1. Əsir götürülmüş döyüş iştirakçıları (kombatantlar) və düşmən tərəfin əlində olan mülki şəxslər onların həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququna malikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.

    2. Hər kəsin əsas məhkəmə təminatlanna hüququ vardır. Heç kəs törətmədiyi hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz qalmamalıdır.

    3. Münaqişənin tərəflərinin və onlann silahlı qüvvələrinin döyüş apanimasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahlann və döyüş apaniması metodlannm tətbiqi qadağandır.

    4. Münaqişənin tərəfləri, mülki əhalini və mülki obyektləri qorumaq məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayn-ayn mülki şəxslər hücuma məruz qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin