Silahlı münaqişənin iştirakçıları
Beynəlxalq humanitar hüquq üçün ən mühüm məsələlərdən biri mülki şəxslərlə vuruşan şəxslər, yəni komhatantlar arasında fərqin dəqiq müəyyən edilməsidir. Humanitar hüquq nonnalarına görə, yalnız komhatantlar döyüş əməliyyatlarında bilavasitə iştirak etmək hüququna malikdirlər və onlara qarşı silah işlədilməsi mümkün sayılır.
Kombatanlara və ya kombatant statusuna malik olanlara aşağıdakılar aiddir:
silahlı qüvvələrin tərkibinə daxil olan şəxslər (tibbi və ruhani heyətdən başqa);
ordunu müşayiət edən, lakin silahlı qüvvələrin tərkibinə bilavasitə daxil olmayan şəxslər: hərbi təyyarələrin ekipajına daxil edilmiş mülki şəxslər, hərbi müxbirlər, silahlı qüvvələrin məişət xidməti ilə məşğul olan və bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi heyət;
yığma qoşun, partizan və müqavimət dəstələrinin üzvləri olan şəxslər, bu şərtlə ki: 1) onların başında, tabeliyində olanlara görə məsuliyyət daşıyan bir şəxs durur; 2) uzaqdan aydın seçilən müəyyən fərqləndirmə nişanları olur; 3) açıq surətdə silah gəzdirirlər; 4) öz hərəkətlərində müharibənin qanun və adətlərinə riayət edirlər.
Xüsusi qeyd edilməlidir ki, muzdlu əsgərlər kombatant və ya hərbi əsir statusuna malik deyillər və beynəlxalq hüquq normaları
tərəfindən müdafiə olunmurlar. I Əlavə Protokolun 47-ci maddəsinə görə, muzdlu o şəxs sayılır ki:
silahlı münaqişədə vuruşmaq məqsədilə xüsusi olaraq cəlb edilmişdir;
hərbi əməliyyatlarda faktik olaraq bilavasitə iştirak edir;
e) əsasən, şəxsi qazanc əldə etmək arzusu ilə hərbi əməliyyatlarda bilavasitə iştirak edir;
nə münaqişədə olan tərəfin vətəndaşı, nə də münaqişədə olan tərəfin öz nəzarəti altında saxladığı ərazidə daimi yaşayan şəxs deyildir;
münaqişənin tərəfi olmayan dövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir.
Mülki şəxslər və kombalantlar arasında mövcud olan fərqli cəhətlər bunlardır:
/. Davranış:
mülki şəxs döyüş əməliyyatlarında iştirak etmir;
kombatant döyüş əməliyyatlarında iştirak edir.
//. Hüquqları:
1) əlinə silah götürmək və onu düşmənə qarşı işlətmək hüququ yoxdur;
1) beynəlxalq humanitar hüququn müddəaları çərçivəsində öldürmək hüququ var.
Dostları ilə paylaş: |