Dəniz məkanlarının təsnifatı
Beynəlxalq-hüquqi baxımdan bütün dəniz və okeanlar aşağıdakı iki növə aynlır: 1) ayn-ayn dövlətlərin suverenliyi altında olan və onların ərazisini təşkil edən məkanlar; 2) heç bir dövlətin suverenliyi altında olmayan məkanlar.
Dəniz sahili olan dövlətin suveren ərazisinin tərkibinə a) daxili sular və b) ərazi suları (ərazi dənizi) daxildir. Tamamilə bir və ya bir neçə arxipelaqdan ibarət olan dövlətlərin ərazisinə arxipelaqın içindəki adaların arasında yerləşən arxipelaq sulan da aiddir.
Dünya okeanının əksər hissəsi heç bir dövlətin suverenliyi altmda olmayan ərazidir. Burada öz hüquqi rejiminə görə bir-birindən fərqlənən dəniz məkanlan mövcuddur; məsələn, müstəsna iqtisadi zona, kontinental şclf, açıq dəniz və s. Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlətin ərazisinə daj^l olan daxili sulann və ərazi sulanmn bey- nəlxalq-hüquqi rejimi heç də eyni deyildir. Arxipelaq sulanmn hüquqi rejimində də müəyyən spesifik cəhətlər vardır.
Dostları ilə paylaş: |