Kontinental şelf
Kontinental şelf dedikdə, sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki başa düşülür.
Kontinental şelf sahilyanı dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O, adətən, 200 dəniz mili həddində olur. İstənilən halda, 1982-ci il Konvensiyasına görə, kontinental şelfın xarici sərhədi ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş başlanğıc xətlərdən hesablanmaqla, 350 dəniz milindən artıq olmamalıdır.
Sahilyanı dövlət təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə kontinental şelf üzərində suveren hüquqlar həyata keçirir. O, bu məqsədlə şelf üzərində qurğular düzəldə bilər və onlann ətrafında radiusu
500 m olan təhlükəsizlik zonalan yarada bilər. Bu qurğular sahilyanı dövlətin 3mrisdiksiyası altmda olur.
Kontinental şelfin kəşfiyyatı və istisman bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik və uçuşlann həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneələr yaratmamalıdır. İstənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada tədqiqatlann apaniması yalnız sahilyanı dövlətin razılığı ilə mümkündür.
Dostları ilə paylaş: |