Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə149/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   219
beynelxalq huquq

Açıq dəniz



Açıq dəniz - Dünya okeanının, heç bir dövlətin yurisdiksiya- sına aid olmayan bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə deyilir.

Tərifdən göründüyü kimi, dəniz və okeanlann dibi xüsusi hüquqi statusa malik olduğuna görə açıq dəniz anlayışına daxil dejdidir.

Heç bir dövlət açıq dənizin hər hansı hissəsini öz suverenliyinə tabe etdirə bilməz.

Açıq dəniz həm sahilyanı dövlətlər, həm də dənizə heç bir çıxışı olmayan dövlətlər üçün azaddır. Açıq dənizin hüquqi rejiminə aşağıdakı azadlıqlar daxildir; 1) gəmiçilik azadlığı; 2) uçuş azadlığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı;



  1. elmi tədqiqatlar azadlığı; 6) süni adalar qurğular yaratmaq azadlığu Bu azadlıqlar beynəbcalq hüquq normalarmm tələblərini və başqa dövlətlərin maraqlanm nəzərə almaqla həyata keçirilməlidir.

Gəmiçilik azadlığı o deməkdir ki, hər bir dövlətin gəmiləri, daha doğrusu, onun bayrağı altında gəmilər açıq dənizdə sərbəst üzə bilər. Açıq dənizdə gəmi həmin dövlətin müstəsna yurisdiksi- yasına tabe olur. Dövlət gəminin və onun ekipajının üzərində inzibati, texniki və sosial məsələlərdə öz yurisdiksiyasım və nəzarətini həyata keçirir. Gəminin kapitanına və ya ekipajın hər hansı digər üzvünə qarşı cinayət və ya inzibati məsuliyyət yalnız həmin gəminin, bayrağı altında üzdüyü dövlətin müvafiq orqanlan tərəfindən qaldmla bilər. Lakin bu prinsipdən bir sıra istisnalar mövcuddur; belə ki, hər hansı dövlətin hərbi dəniz və ya hava gəmisi əcnəbi gəmisini aşağıdakı hallarda (daha doğrusu, əgər bu əməllərin törədilməsi barədə şübhələnməyə kifayət qədər əsas vardırsa) saxlaya və yoxlaya bilər: a) əcnəbi gəmisi dəniz quldurluğu ilə məşğul olursa; b) qul alveri ilə məşğul olursa; c) narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olursa; ç) sualtı teleqraf kabellərini və boru kəmərlərini zədələmişsə; d) açıq dənizdən icazə verilməmiş radio və ya televiziya proqramları ötürürsə; e) sahilyanı dövlətin yurisdiksiyası altında olan sularda mövcud qaydalan pozmuşsa

{((qaynar izlər» üzrə təqib) və s.


Uçuş azadlığı o deməkdir ki, bütün dövlətlərin hava gəmiləri açıq dəniz üzərindəki hava məkanında uçuşlar həyata keçirə bilər. Dövlətlər öz hava gəmilərinin açıq dəniz üzərində uçuşlarının təhlükəsizliyini təmin etməlidirlər. Bu uçuşlar dəniz gəmiçiliyinə və dənizin digər məqsədlərlə istifadəsinə maneə törətməməlidir.

Balıqçılıq azadlığı təkeə bilavasitə balıqçılıq fəaliyyətini deyil, habelə digər eanlı ehtiyatların istismannı əhatə edir. Lakin bu azadlıq dövlətlərin öz beynəlxalq öhdəliklərini və sahilyanı dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir. Hər şeydən əvvəl dənizin eanlı ehtiyatları müəyyən səviyyədə qorunub saxlanmalıdır və bunun üçün dövlətlər əməkdaşlıq etməlidirlər.

Sualtı kabel və boru kəmərləri çəkmək azadlığı kontinental şelfın hüdudlarından kənarda açıq dənizin dibinə şamil olunur. Kabellər və boru kəmərləri çəkərkən dövlətlər açıq dənizin sərbəst istifadəsinə mane olmamalıdırlar.

Elmi tədqiqatlar azadlığı eoğrafi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərə, eləcə də səlahiyyətli beynəlxalq təşkilatlara məxsusdur. Dəniz elmi tədqiqatları müstəsna olaraq dinc məqsədlərlə həyata keçirilməlidir və dənizin başqa formalarda istifadəsinə maneə yaratmamalıdır.

Süni adalar qurğular yaratmaq azadlığı həm açıq dənizin su hissəsində, həm də onun dibində (faydalı qazıntılar hasil etmək üçün) həyata keçirilir.



    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin