Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BEYNƏLXALQ HAVA HÜQUQU Beynəlxalq hava hüququnun anlayışı və mənbələri



Yüklə 0,96 Mb.
səhifə157/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   219
beynelxalq huquq

BEYNƏLXALQ HAVA HÜQUQU



  1. Beynəlxalq hava hüququnun anlayışı və mənbələri




Beynobcalq hava hüququ - hava məkanının hüquqi statusu və ondan istifadə rejimi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan bcynəlxalq-hüquqi normaların məcmusuna deyilir.

Beynəlxalq hava hüququnun tətbiq sferasından danışarkən nəzərə almaq lazımdır ki, hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın sərhədinə qədər olan sahə) iki növə - dövlətlərin quru və su ərazisi üzərində yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda yerləşən açıq hava məkanına ayrılır. Dövlətin hava məkanının hüquqi rejimi milli qanunvericilik ilə nizama salınır. Lakin dövlət bu zaman beynəlxalq hava əlaqələrinə aid olan öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.

Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu sahədə ilk çoxtərəfli müqavilə 19I9-cu il Paris Konvensiyası olmuşdur. Konvensiyada dövlətlərin öz hava məkanı üzərində müstəsna suverenliyi birbaşa təsbit olunmuşdu. Eyni zamanda Konvensiya əcnəbi hava gəmilərinin başqa dövlətlərin hava məkanından «dinc uçub keçməsini» nəzərdə tuturdu. 1929-cu ildə ikinci çoxtərəfli müqavilə - Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.

Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada dövlətin öz hava məkanı üzərində tam və müstəsna suverenliyi prinsipi birmənalı şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci

hissosindo Beynəlxalq mülki aviasiya təşkilatının (İKAO) təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır.

Bunlardan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları, habelə ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycanın Rusiya Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş).

Beynəlxalq hava hüququ sahəsində beynəlxalq adətlər öz əhəmiyyətini saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bir sıra mühüm normalar, o cümlədən dövlətin öz hava məkanı üzərində suverenliyi prinsipi məhz adət «statusuna» malikdir. Bu sahədə digər adət nonnalan da mövcuddur: məsələn, dövlət istənilən hava məkanında onun reyestrinə daxil edilmiş hər bir hava gəmisi üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan xarici dövlətin hava ərazisinə daxil ola bilər və s.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin