stansiya prinsipi, yoni bərabərdayanma prinsipi əsasında ayırd edilə bilər. Qazaxıstan və Rusiya ilə bağladığı ikitərəfli müqavilələrində (müvafiq olaraq, 2001-ci il noyabnn 29-da və 2002-ci il sentyabrın 23-də) Azərbayean Respublikası Xəzərin dibinin deli- mitasiyasında məhz bu prinsipi əsas götünnüşdür.
Dənizə çıxışı olmayan dövlətlərin hüquqları
Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası dənizə heç bir təbii çıxışı olmayan dövlətlərin (qitədaxili dövlətlərin - məsələn, Avstriya, Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir:
dənizə çıxış hüququ (bu məsələ qitədaxili dövlət ilə dəniz sahilində yerloşon müvafiq dövlət arasında müqavilə əsasında həll olunur);
müstəsna iqtisadi zonaların canlı chtiyatlanmn bu və ya digər səbəbə görə sahilyanı dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək hüququ;
«bəşəriyyətin ümumi irsi»ndən, o cümlədən Beynəlxalq dəniz dibi rayonunun ehtiyatlarından faydalanmaq hüququ.
Dostları ilə paylaş: |