Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Dövlətlərin məsuliyyətini istisna edən hallar



Yüklə 0,96 Mb.
səhifə183/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   219
beynelxalq huquq

Dövlətlərin məsuliyyətini istisna edən hallar

Yuxarıda ümumi qayda kimi göstərdik ki, dövlətin istənilən beynəlxalq hüquqa zidd əməli onun beynəlxalq məsuliyyətini ortaya çıxanr. Lakin bəzən elə hallar baş verir ki, dövlət öz beynəlxalq öhdəliklərini lazımi qaydada və müddətdə yerinə yetirə bilmir və ya məcburən pozmalı olur. Bu zaman həmin dövlətin əməlində formal olaraq beynəlxalq hüquq pozuntusu tərkibi olsa da, o, beynəlxalq məsuliyyətdən azad edilir. Bu hallar aşağıdakılardır: razılıq; əks tədbirlər; fors-major vo qabaqcadan görünə bilməyən hadisə; fəlakət; son zərurət; özünümüdafiə.



Razılıq, Əgər bir dövlət başqa bir dövlətin formal olaraq beynəlxalq hüquq pozuntusu hesab edilən əməlinə özü razılıq vermişsə, bu halda ikinci dövlətin beynəlxalq məsuliyyəti istisna edilir. Məsələn, məlumdur ki, dövlətin öz qoşunlannı xarici dövlətin ərazisinə yeritməsi beynəlxalq hüququn ciddi pozuntusu kimi nəzərdən keçirilir. Lakin əgər qoşunların yeridilməsi həmin xarici dövlətin xahişi və ya razılığı ilə həyata keçirilirsə, onda göstərilən əməlin beynəlxalq hüquqa zidd olması istisna edilir. Əlavə edək ki, dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır, yəni belə bir razılıq səhv, şantaj və ya güc tətbiqi nəticəsində verilməməlidir.

Əks tədbirlərin hüquqi təbiəti barədə aşağıda ətraflı bəhs ediləcəkdir.

Fors-major və qabaqcadan görünə bilməyən hadisə. Əgər dövlətin öz beynəlxalq öhdəliyini pozmasına qarşısıalınmaz qüvvə («fors-major») vo ya qabaqcadan görünə bilməyən hadisə səbəb olubsa, həmin dövlət bu halda beynəlxalq məsuliyyət daşımayacaqdır. Məsələ burasındadır ki, fors-major halında (məsələn, zəlzələ, sel, yanğın və s.) dövlət başqa bir dövlətə vurulan zərərin qarşısını heç cür ala bilmir. Dövləti beynəlxalq məsuliyyətdən azad edən əsas kimi fors-major Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında (98-ci maddə). Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında (111-ci maddə) nəzərdə tutulmuşdur.

Fəlakət, Bu o hallardır ki, dövləti təmsil edən orqan və ya şəxslər təbiət qüvvələrinin və ya qəzaların təsiri altında, özlərinin və ya onlara etibar olunmuş adamların həyatını xilas etməyə başqa imkanları olmadığından, həmin dövlətin beynəlxalq öhdəliyini pozmuş olurlar. Fors-majordan fərqli olaraq, fəlakət halında, faciəvi nəticələrdən yan qaçmaq üçün beynəlxalq hüquq norması şüurlu surətdə, başa düşülərək pozulur (məsələn, fəlakətə uğrayan gəminin kapitanı icazəsiz xarici dövlətin limanına daxil olur; labüd qəzadan yan qaçmaq və sərnişinlərin həyatını xilas etmək üçün təyyarənin pilotu icazəsiz əcnəbi dövlətin ərazisinə enməli olur və s.) Bütün bu hallarda beynəlxalq hüquq pozulsa da, dövlətin məsuliyyəti istisna olunur.

Son zərurət. Dövlol son zorurot halına aşağıdakı şərtlər daxilində istinad edə bilər: dövlətin fonnal hüquq pozuntusu sayılan əməli onun həyati marağının qorunması zərurətindən doğmalıdır; dövlətin bu marağı ciddi və labüd təhlükəyə məruz qalmalıdır; dövlətin törətmiş olduğu əməl bu marağın müdafiəsi üçün yeganə mümkün vasitə olmalıdır; törədilmiş əməl başqa dövlətə ciddi zərər yetirməməlidir.

BMT Beynəlxalq Məhkəməsi Qabçikovo-Nagimaroş (Slovaki- ya/Macarıstan) işi üzrə 1997-ci ildə çıxardığı qərarında son zərurətin nə olduğunu şərh edərkən məhz bu şərtləri sadalamışdır.



Özünümüdafiə, Əgər dövlətin törətdiyi əməl BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə xarakteri daşıyırsa, bu əməlin beynəlxalq hüquqa zidd olması istisna edilir. Göstərilən maddəyə əsasən, silahlı basqına məruz qalan dövlətin fərdi və ya kollektiv özünümüdafiə hüququ vardır və deməli, bu məqsədlə o, istənilən tədbirə, o cümlədən hərbi gücə əl ata bilər.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin