Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti



Yüklə 0,96 Mb.
səhifə186/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   219
beynelxalq huquq

Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti



Yuxanda ümumi prinsip kimi qeyd etdik ki, dövlətlərin məsuliyyətinin yeganə faktik əsası beynəlxalq hüquq pozuntusudur. Lakin xüsusi sazişlərlə dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə, onun beynəlxalq hüquqa zidd olmayan əməli nəticəsində başqa dövlətə (dövlətlərə) vurulmuş zərəri ödəmək vəzifəsi qoyula bilər. Beynəlxalq müqavilələrdə belə məsuliyyət, əsas etibarilə, yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri (məsələn, kosmik fəaliyyət, atom enerjisindən istifadə və s.) ilə əlaqədar nəzərdə tutulur.

Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyətinə dair xüsusi konvensiya layihəsi üzərində çalışan BMT Beynəlxalq hüquq komissiyası vurğulamışdı ki, ətraf mühitə zərər, əsasən, beynəlxalq hüquqa zidd olmayan əməllərlə vurulur.

Göslorilon hallarda dövlot mülləq məsuliyyət daşıyır: dövlolin əməli nəticəsində -- bu əməl həmin dövlətin beynəlxalq öhdəliklərinə uyğun olsa da - əgər başqa dövlətlərə zərər dəymişsə, o, bu zərəri ödəməyə borcludur. Məsələn, Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasının 11-ci maddəsində dövlətlərin mütləq məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, kosmik obyekti buraxan dövlət bu obyektlə «yerin səthində və ya uçuşda olan hava gəmisinə vurulan zərərin müqabilində kompensasiya ödəməyə görə mütləq məsuliyyət daşıyır».

Beynəlxalq-hüquqi məsuliyyətin bu xüsusi növü, qeyd edildiyi kimi, yalnız müqavilə hüququna söykənir və hər hansı bir müqavilədə nəzərdə tutulmamış bütün digər hallara tətbiq oluna bilməz.





  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin