Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə205/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   219
beynelxalq huquq

BEYNƏLXALQ İQTİSADİ SOSİAL ƏMƏKDAŞLIQ
Maddə 55

Millətlər arasında, xalqlann hüquq bərabərliyi və öz müqəddəratını ləyin etməsi prinsipinə hörmət əsasında sülh və dostluq münasibətləri üçün zəruri olan sabitlik vo əmin-amanlıq şəraitini yaratmaq məqsədilə, Birləşmiş Millətlər;

  1. həyat səviyyəsinin artınimasına, əhalinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqi vo inkişaf şəraitinə;

  2. iqtisadi, sosial, səhiyyə və yanaşı sahələrdə beynəlxalq problemlərin həllinə; mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa və

e) irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas hüquq vo azadlıqlanna hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verirlər.

Maddə 56

Təşkilatın bütün Üzvləri öz üzərlərinə öhdəlik götürürlər ki, 55-ci maddədə göstərilmiş məqsədlərə nail olmaq üçün Təşkilatla əməkdaşlıqda birgə və müstəqil hərəkət etsinlər.

Maddə 57

  1. Dövlotlərarası sazişlər əsasında yaradılmış və üzərlərinə, onların təsis aktlannda müəyyən olunduğu kimi, iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə geniş beynəlxalq məsuliyyət qoyulmuş müxtəlif ixtisaslaşmış təsisatlar 63-cü maddəyə uyğun olaraq Birləşmiş Millətlərlə əlaqəyə gətirilir.

  2. Birləşmiş Millətlərlə bu cür əlaqəyə gətirilmiş belə təsisatlar bundan sonra «ixtisaslaşmış təsisatlar» adlanacaqdır.
Maddo 58

Təşkilat ixtisaslaşmış təsisatlann siyasətini və fəaliyyətini əlaqələndirmək üçün tövsiyələr edir.

Maddə 59


Təşkilat, əgər buna lüzum varsa, 55-ci maddədə göstərilmiş məqsədlərin həyata keçirilməsi üçün tələb olunan hər hansı yeni ixtisaslaşmış təsisatlann yaradılması barədə maraqlı dövlətlər arasında danışıq- lann başlanmasına təşəbbüs edir.

Maddə 60

Təşkilatın bu fəsildə göstərilmiş funksiyalannm icrasına görə məsuliyyət Baş Məclisin və onun rəhbərliyi altında, bu məqsədlə X fəsildə göstərilmiş səlahiyyətlərə malik olan İqtisadi vo Sosial Şuranın üzərinə qoyulur,


    1. FƏSİL İQTİSADİ VƏ SOSİAL ŞURA

Tərkibi
Maddə 61

  1. İqtisadi və Sosial Şura Birləşmiş Millətlərin Baş Məclis tərəfindən seçilən əlli dörd Üzvündən ibarətdir.

  2. 3-cü hissənin müddəalarını nəzərə almaqla, İqtisadi vo Sosial Şuranın on səkkiz üzvü hər il üç il müddətinə seçilir. Şuranın üzvlüyündən çıxan dövlətin dərhal yenidən seçilmək hüququ vardır.

  3. İqtisadi və Sosial Şuranın üzvlərinin sayı iyirmi yeddidən əlli dördə artdıqdan sonra keçirilən ilk seçkidə, səlahiyyət müddəti həmin ilin axırında bitən doqquz üzvün yerinə seçilən üzvlərə əlavə olaraq, daha iyirmi yeddi üzv seçilir. Həmin əlavə iyirmi yeddi üzvdən bu yolla seçilmiş doqquz üzvün səlahiyyət müddəti, Baş Məclisin qərarına müvafiq olaraq, bir ildən sonra, daha doqquz üzvün səlahiyyət müddəti isə iki ildən sonra bitir.

  4. İqtisadi və Sosial Şuranın hər bir üzvünün bir nümayəndəsi olur.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin