Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə202/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   219
beynelxalq huquq

Baş Məclis aşağıdakı məqsədlərlə tədqiqatlar təşkil edir tövsiyələr

edir;

  1. siyasi sahədə beynəlxalq əməkdaşlığa dəstək vermək beynəlxalq

hüququn mütərəqqi inkişafını onun məcəllələşdirilməsini həvəsləndirmək;

  1. iqtisadi, sosial, mədəni sahələrdə, təhsil səhiyyə sahələrində beynəlxalq əməkdaşlığa dəstək vermək və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas hüquq azadlıqlannın həyata keçirilməsinə yardım göstərmək.

  1. Baş Məclisin, yuxanda Ib bəndində göstərilmiş məsələlərlə bağlı daha sonrakı vəzifə, funksiya səlahiyyətləri IX və X fəsillərdə təsbit olunmuşdur.

Maddə 14



12-ci maddənin göstərişlərini nəzərə almaqla. Baş Məclis, mənşəyindən asılı olmayaraq, ümumi əmin-amanlığı millətlər arasmdakı dostluq münasibətlərini, onun fikrincə, poza bilən hər hansı bir situasiyanın, o cüm-

lədən bu Nizamnamonin, Birləşmiş Millətlərin məqsəd və prinsiplərini təsbit edən müddəalannm pozulması nəticəsində əmələ gələn situasiyaların dinc yolla nizama salınması üçün tədbirlər tövsiyə edə bilər.


Maddə 15

  1. Baş Məclis Təhlükəsizlik Şurasından illik və xüsusi məruzələr qəbul edir və onlara baxır; bu məruzələr beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədilə Təhlükəsizlik Şurası tərəfindən görülməsi qərara alınmış və ya görülmüş tədbirlər barəsində hesabatı özündə əks etdirməlidir.

  2. Baş Məclis Birləşmiş Millətlərin digər orqanlarından məruzələr qəbul edir və onlara baxır.

Maddə 16

Baş Məclis beynəlxalq qəyyumluq sistemi ilə əlaqədar ona XII və XIII fəsillər əsasında həvalə olunmuş funksiyaları, o cümlədən strateji ərazilər kimi müəyyən olunmamış ərazilər üçün qəyyumluq haqqında sazişlərin təsdiq edilməsi funksiyasını yerinə yetirir.
Maddə 17


  1. Baş Məclis Təşkilatın büdcəsini nəzərdən keçirir və təsdiq edir.

  2. Təşkilatın xərcləri onun Üzvləri tərəfindən Baş Məclisin müəyyən etdiyi kimi apanlır.

  3. Baş Məclis 57-ci maddədə nəzərdə tutulmuş ixtisaslaşmış təsisatlarla istənilən maliyyə və büdcə sazişlərini nəzərdən keçirir və təsdiq edir vo müvafiq ixtisaslaşmış təsisatlara tövsiyələr etmək məqsədilə onların inzibati büdcələrini yoxlayır.


Səsvermə

Maddə 18




  1. Baş Məclisin hər bir üzvü bir səsə malikdir.

  2. Baş Məclisin mühüm məsələlər üzrə qərarları onun sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq sülhün və təhlükəsizli

yin qorunub saxlanması ilə olaqodar tövsiyolər, Tohlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi, İqtisadi və Sosial Şuranın üzvlərinin seçilməsi, 86-cı maddənin Ic bəndinə uyğun olaraq Qəyyumluq Şurasının üzvlərinin seçilməsi, Birləşmiş Millətlərə yeni Üzvlərin qəbul olunması, Təşkilat Üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandınl- ması, Üzvlərin Təşkilatdan çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri.

  1. Digər məsələlər üzrə qərarlar, üçdə iki səs çoxluğu ilə qəbul olunmalı olan məsələlərin əlavə kateqoriyalarının müəyyən edilməsi daxil olmaqla, sessiyada və səsvermədə iştirak edən üzy dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir.


Maddə 19

Təşkilata öz üzvlük haqqını ödəməkdə borcu olan Üzv dövlət, əgər onun borcunun miqdarı iki bundan əvvəlki bütöv il üçün ödəməli olduğu üzvlük haqqına borabərdirsə və ya onlan çoxdursa, Baş Məclisdə səsvermə hüququndan məhrum edilir. Lakin Baş Məclis, üzvlük haqqının Üzv dövlətdən asılı olmayan hallara görə ödənilmədiyi qənaətinə gələrsə, həmin Üzv dövlətin səsvermədə iştirak etməsinə icazə verə bilər.


Prosedur
Maddə 20

Baş Məclis öz müntəzəm illik sessiyalarına və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara yığışır. Xüsusi sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya Təşkilatın Üzvlərinin əksər hissəsinin tələbi ilə çağırılır.

Maddə 21

Baş Məclis özünün prosedur qaydalarını müəyyən edir. O, hər sessiya üçün öz Sədrini seçir.

Maddə 22

Baş Məclisdə öz funksiyalarını yerinə yetirmək üçün zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər.

    1. FƏSIL

TƏHLÜKƏSİZLİK ŞURASI
Tərkibi
Maddo 23

  1. Təhlükəsizlik Şurası on beş Təşkilat Üzvündən ibarətdir. Çin Respublikası, Fransa, Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Baş Məclis Təşkilatın digər on Üzvünü Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçir; bu zaman ilk növbədə Təşkilatın Üzvlərinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına və Təşkilatın digər məqsədlərinə nail olunmasına verdiyi töhfəyə və habelə ədalətli coğrafi bölgüyə lazımi diqqət yetirilir.

  2. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri iki il müddətinə seçilir. Qeyri-daimi üzvlərin. Təhlükəsizlik Şurasının üzvlərinin sayı on birdən on beşə artdıqdan sonra keçirilən ilk seçkisində dörd əlavə üzvdən ikisi bir il müddətinə seçilir. Şuranın üzvlüyündən çıxan dövlətin dərhal yenidən seçilmək hüququ yoxdur.

  3. Təhlükəsizlik Şurasının hər bir üzvünün bir nümayəndəsi olur.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin