Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ



Yüklə 0,96 Mb.
səhifə200/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   219
beynelxalq huquq

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ



NİZAMNAMƏSİ
Biz, BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI,

goləcək nosilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək

əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət dəyərinə, kişi qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək

ədalətin və müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq

sosial tərəqqiyə daha artıq azadlıq şəraitində daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək,

BU MƏQSƏDLƏRIDƏ

mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək birlikdə, bir- biri ilə dine yaşamaq və

beynəlxalq sülhü təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək

prinsiplər qəbul etmək metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək

bütün xalqların iqtisadi sosial tərəqqisinə yardım göstərmək üçün beynəlxalq mexanizmdən istifadə etmək

OZMİNDƏ OLARAQ,

BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK.

Buna uyğun olaraq, bizim müvafiq hökumətlərimiz. San Fransisko şəhərində toplaşmış özlərinin, yaxşı lazımi formada olduğu müəyyən edilmiş səlahiyyətlərini təqdim etmiş nümayəndələr vasitəsilə. Birləşmiş Millətlərin hazırkı Nizamnaməsinə razılıq verdik bununla ((Birləşmiş Millətlər» adlanmalı olan beynəlxalq təşkilat yaradırıq.

    1. FƏSİL MƏQSƏD VƏ PRİNSİPLƏR

Maddə 1

Birləşmiş Millətlərin aşağıdakı məqsədləri vardır:

  1. Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bu məqsədlə: sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün və təcavüz aktlarım və digər sülhün pozulması hallarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər görmək sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə situasiyalann dinc vasitələrlə, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və ya həll olunmasına müvəffəq olmaq;

  2. Millətlər arasında, xalqların hüquq bərabərliyi öz müqəddəratını təyin etməsi prinsipinə hörmət əsasında dostluq münasibətləri inkişaf etdirmək, universal sülhün möhkəmləndirilməsi üçün digər müvafiq tədbirlər görmək;

  3. İqtisadi, sosial, mədəni ya humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq azadlıqlarına hörmətin dəstəklənməsində həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq

  4. Bu ümumi məqsədlərə çatmaq üçün millətlərin hərəkətlərini uzlaşdırmaq üçün mərkəz rolunu oynamaq.

Maddə 2




1-ci maddədə bəyan edilmiş məqsədlərə nail olmaq üçün Təşkilat və onun Üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər.

  1. Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır.

  2. Bütün Üzvlər, Təşkilata üzvlükdən irəli gələn hüquq üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər.

  3. Bütün Üzvlər öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada

həll edirlər ki, beynəlxalq sülh təhlükəsizlik ədalət təhlükəyə məruz qalmasın.

  1. Bütün Üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin

ərazi bütövlüyünə siyasi müstəqilliyinə qarşı ya Birləşmiş

Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər.



  1. Bütün Üzvlər Təşkilata, onun bu Nizamnaməyə uyğun olaraq gördüyü istənilən tədbirdə hər cür yardım göstərirlər və əleyhinə Birləşmiş Millətlər tərəfindən preventiv və ya məcburiyyət tədbiri görülən istənilən dövlətə yardım göstərməkdən çəkinirlər.

  2. Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər.

  3. Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasm- da olan məsələlərə müdaxilə elsin və ya Üzvlərdən tələb elmir ki, belə məsələləri bu Nizamnamədə müəyyən olunmuş qaydada həll olunmaq üçün təqdim etsinlər; lakin bu prinsip VII fəslə müvafiq olaraq məcburiyyət tədbirlərinin tətbiqinə xələl gətirmir.



    1. FƏSİL TƏŞKİLATA ÜZVLÜK

Maddə 3

Birləşmiş Millətlərin ilkin Üzvləri o dövlətlərdir ki, onlar San-Fransiskoda Beynəlxalq Təşkilatın yaradılması üzrə Birləşmiş Millətlərin Konfransında iştirak etmiş və ya bundan qabaq Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar tarixli Bəyannaməsini imzalamışlar və hazırda bu Nizamnaməni imzalayırlar və 110-cu maddəyə müvafiq olaraq onu ratifikasiya edirlər.
Maddə 4

1, Birləşmiş Millətlərdə üzvlük bu Niziimnamədə əks olunmuş öhdəlikləri qəbul edən və Təşkilatın mühakiməsinə görə, bu öhdəlikləri yerinə yetirməyə qabil və hazır olan bütün digər sülhsevər dövlətlərə açıqdır.

2. İstənilən belə bir dövlətin Birləşmiş Millətlərin üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclisin qərarı ilə həyata keçirilir.

Maddə 5
Birləşmiş Milləllorin Üzvünün əleyhinə Təhlükəsizlik Şurası tərəfindən preventiv ya məcburiyyət tədbiri görülmüşsə, Baş Məclis, Təhlükəsizlik Şurasının təqdimatı əsasında onun Təşkilatın üzvü kimi malik olduğu öz hüquq imtiyazlarım həyata keçirməsini müvəqqəti dayandıra bilər. Bu hüquq imtiyazların həyata keçirilməsi Təhlükəsizlik Şurası tərəfindən bərpa oluna bilər.


Maddə 6
Bu Nizamnamədə təsbit olunmuş prinsipləri sistematik qaydada pozan Birləşmiş Millətlərin Üzvü Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis tərəfindən Təşkilatdan çıxarıla bilər.


    1. FOSİL ORQANLAR



Maddə 7


  1. Birləşmiş Millətlərin əsas orqanları kimi aşağıdakılar yaradılır: Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə Katiblik.

  2. Zəruri hesab edilə bilən köməkçi orqanlar bu Nizamnaməyə uyğun olaraq yaradıla bilər.


Maddə 8
Birləşmiş Millətlər kişi qadınların hər hansı keyfiyyətdə hüquq bərabərliyi əsasında onun əsas və köməkçi orqanlarında iştirak etməsi hüququna heç bir məhdudiyyət qoymur.

    1. FƏSİL BAŞ MƏCLİS


Tərkibi
Maddə 9

  1. Baş Məclis Birləşmiş Millətlərin bütün Üzvlərindən ibarətdir.

  2. Hər bir Üzvün Baş Məclisdə beş nəfərdən artıq nümayəndəsi ola bilməz.


Funksiya səlahiyyətləri
Maddə 10

Baş Məclis bu Nizamnamənin tətbiq dairəsində olan və ya bu Nizamnamə ilə nəzərdə tutulmuş orqanlardan hər hansı birinin səlahiyyət və funksiyalarına aid olan istənilən məsələ və ya işləri müzakirə edə bilər və 12-ci maddə ilə nəzərdə tutulmuş hallardan başqa. Birləşmiş Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə hər hansı bu cür məsələ və ya işlər üzrə tövsiyələr edə bilər.


Maddə 11

1, Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması işində əməkdaşlığm ümumi prinsiplərini, o cümlədən tərksilah və silahlann tənzimlənməsi məsələlərini müəyyən edən prinsipləri nəzərdən keçirə bilər və Birləşmiş Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasma, yaxud onların hər ikisinə bu prinsiplərlə bağh tövsiyələr edə bilər.



  1. Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid olan. Birləşmiş Millətlərin hər hansı Üzvü və ya Təhlükəsizlik Şurası və ya, 35-ci maddənin 2-ci bəndinin əsasında. Birləşmiş Millətlərin Üzvü olmayan dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni müzakirə edə bilər və 12-ci maddə ilə nəzərdə tutulmuş hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı dövlətə və ya dövlətlərə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə tövsiyələr edə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə məsələ Baş Məclis tərəfindən ya müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik Şurasına verilir.


  2. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin