Ante hoc razılıq - xüsusi bəyanat vasitəsilə.
Statutun 36-cı maddəsinin 2-ci hissəsinə görə, dövlətlər qabaqcadan Məhkəmənin yurisdiksiyasını tanıya bilər. Bu barədə dövlət Qəbuletmə haqqında xüsusi bəyanat qəbul edir və onu BMT-nin Baş Katibinə saxlanmağa verir. Bundan sonra hesab edilir ki, həmin dövlət, Beynəlxalq Məhkəmənin yurisdiksiyasını bu andan əvvəl və ya sonra qəbul etmiş bütün digər dövlətlərə münasibətdə Məhkəmənin məcburi yurisdiksiyasını tanımışdır. Bu, beynəlxalq məhkəmələr üçün səciyyəvi olan seçmə sistem adlanır (op- tional sistem). İndiyə qədər Beynəlxalq Məhkəmənin yurisdiksiya- sını bu qaydada cəmi 60-dan çox dövlət (keçmiş sovet respublikalarından Estoniya və Gürcüstan) tanımışdır.
Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında bəyanat şərtsiz və müəyyən qeyd-şərtlə verilə bilər. Qeyd-şərtlər müxtəlif cür olur:
müəyyən məsələ ilə, məsələn, quru və ya dəniz sərhədləri ilə bağlı mübahisələrə Məhkəmə baxa bilməz (məsələn, Filippin öz kontinental şelfi ilə bağlı mümkün mübahisələri Məhkəmənin yurisdiksiyasından kənarda saxlamışdır.).
ratione temporis qeyd-şərtlər - bəyanatda müəyyən müddət göstərilir ki, yalnız bu müddət ərzində Məhkəmə yurisdiksiyaya malik olur.
Bu müddot (3-5 il) hor dofə ycnidon təzolonə bilor (məsolən, Danimarka belo qeyd-şort etmişdir).
«avtomatik» vo ya «dövlotin öz mühakimosino osaslanan» qeyd şortlor.
Bəzi dövlətlər öz bəyanatlarında belə bir qeyd-şərt etmişlər ki, dövlətdaxili məsələlərdən irəli gələn mübahisələr məhkəmənin yurisdiksiyasına aid deyildir və üstəlik, dövlətdaxili məsələnin nə olduğunu dövlət hər bir halda özü müəyyən edəcəkdir. Məsələn, Fransa öz bəyanatında belə bir qeyd-şərt etmişdir ki, «Fransa Respublikası Hökumətinin özü başa düşdüyü kimi, əsas etibarilə, milli yurisdiksiya çərçivəsində olan məsələlərə aid bütün mübahisələn> Məhkəmənin yurisdiksiyasına tabe olmayacaqdır.
Bu cür qeyd-şərtlər binnənalı şəkildə qəbul edilə bilməz və haqlı olaraq bir sıra işlərdə ayrı-ayrı hakimlər tərəfindən qanunsuz və etibarsız hesab edilmişdir. Əsas kimi burada Statutun 36-cı maddəsinin 6-cı hissəsi göstərilir; burada deyilir ki, «Məhkəmə öz yurisdiksiyasının hədlərini özü müəyyən cdir».
Məhkəmənin yurisdiksiyası ilə bağlı daha bir məsələni bilmək lazımdır. Statutun 62-ci vo 63-cü maddələrinə uyğun olaraq, hər hansı üçüncü dövlət iki dövlət arasındakı icraata müdaxilə edə bilər. 63-cü maddəyə görə, üçüncü dövlət, əgər mübahisə onun iştirakçısı olduğu müqavilənin təfsiri ilə bağlıdırsa, məhkəmə icraatına müdaxilə etmək hüququna malikdir (məsələn, IJaya de la Torre işində (1951-ci il) belə olmuşdu).
ci maddədə isə göstərilir ki, üçüncü dövlət, əgər onun Məhkəmə tərəfindən baxılan mübahisədə hüquqi xarakterli marağı vardırsa, müdaxilə etmək üçün icazə istəyə bilər (məsələn. Quru, ada və dəniz sərhədləri mübahisəsi işində (1992-ci il) Məhkəmə Nikaraqua dövlətinə, Salvador və Honduras arasındakı mübahisənin müəyyən aspektləri ilə bağlı müdaxilə etməyə icazə vermişdi).
İcraata müdaxilə etmək istəyən dövlət sübut etməlidir ki, konkret mübahisə onun hüquqi xarakterli marağına toxuna bilər. Üçüncü dövlətin müdaxiləsi mübahisənin tərəflərinin razılığından asılı deyildir. Bu barədə qərarı Məhkəmə özü çıxarır. Müdaxilə edən dövlət icraatın iştirakçısı olmur və Məhkəmənin son qərarı onun üçün məcburi deyildir.
Mohkəmonin məsləhət xarakterli rəyləri. BMT Nizamnaməsinin 96-cı maddəsinə və Beynəlxalq Məhkəmənin Statutunun IV fəslinə uyğun olaraq, Beynəlxalq Məhkəmə BMT Baş Məclisinin, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şuranın, Beynəlxalq Atom Enerjisi Agentliyinin və ixtisaslaşmış təsisatlann (Ümumdünya Poçt İttifaqından başqa) xahişi ilə istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verə bilər. Dövlətlər məsləhət xarakterli rəy xahiş edə bilməzlər, lakin onlar beynəlxalq orqan və ya təşkilatlarla yanaşı bu cür icraatda iştirak edə bilərlər. Məsləhət xarakterli rəylər hüquqi cəhətdən məcburi xarakter daşımır. Bımunla belə, Beynəlxalq Məhkəmənin çıxardığı bir sıra məsləhət xarakterli rəylər beynəlxalq hüquq elmi və təcrübəsi üçün böyük əhəmiyyət daşıyır. Bunlar aşağıdakılardır: Soyqırım cinayətinm qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya qeyd-şərtlər haqqında iş (1951-ci il); Birləşmiş Millətlərin müəyyən xərcləri haqqında iş (1962-ci il); Namibiya işi (1971-ci il), Qərbi Sahara işi (1975-ci il). Nüvə silahı ilə hədələməyin və onun tətbiqinin qanuniliyi haqqında iş (1996-cı il).
Dostları ilə paylaş: |