Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyası
Dövlətlərin konstitusiya praktikasından irəli gələrək, beynəlxalq
hüquq normalarının dövlətdaxili implcmentasiyasınm iki əsas üsulunu göstərmək olar:
1. İnkorporasiya («daxiletmə»).
Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən müvafiq qaydada tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normalan kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: «beynəlxalq hüquq milli hüququn tərkib hissəsidin). Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında bu üsuldan istifadə olunur.
2.Transformasiya («çevirmə»).
Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi sayılmır.
Beynəlxalq hüquq milli hüquqa ayrı-ayrı qanunvericilikaktları vasitəsilə daxil edilir (yəni beynəlxalq hüquq milli hüquqa cevrilir
Dostları ilə paylaş: |