FƏSİL
BEYNƏLXALQ HÜQUQ VƏ DÖVLƏTDAXİLİ HÜQUQ
Yuxanda biz qeyd etmişdik ki, beynəlxalq hüquq vo dövlətdaxili (milli) hüquq avtonom fəaliyyət göstərən, lakin bir-birilə əlaqədə olan və bir-birinə qarşılıqlı təsir göstərən hüquq sistemləridir. Lakin bu fikir beynəlxalq hüquq elmində və praktikasında heç də birmənalı qəbul olunmur. Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətini izah edən aşağıdakı nəzəriyyələr mövcuddur:
L Monizm nəzəriyyəsi.
Bu nəzəriyyənin nümayəndələri (əsas nümayəndəsi görkəmli hüquqşünas alim f f.Kelzendir) belə hesab edirlər ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq «hüquq» adlanan vahid sistemin iki komponentidir. Hər iki normalar sistemi bir mühitdə fəaliyyət göstərir və eyni məsələni nizama salır. Eyni zamanda eyni məsələ ilə bağlı olduqlarına görə, iki sistem arasında ziddiyyət ola bilər. Bu zaman beynəlxalq hüquq üstünlüyə malik olur. Praktik baxımdan bu o deməkdir ki, dövlətin qanunverici orqanı və məhkəmələri daxili hüququn beynəlxalq hüquqa uyğun olmasını təmin etməlidir. Əgər belə bir uyğunluq yoxdursa, milli məhkəmə beynəlxalq hüquq normasını tətbiq etməlidir.
Monizm nəzəriyyəsində bir cərəyan mövcuddur ki, onun əsasını alman filosofu Hcgcl qoymuşdur. Bəzi mənbələrdə «tərsinə mo- nizm» adlanan bu doktrinaya görə, milli hüquq beynəlxalq hüquq üzərində üstünlüyə malikdir. Burada beynəlxalq hüquq milli hüquq
sisteminin torkib hissəsi, onun sahələrindən biri kimi götürülür; beynəlxalq hüquq xarici dövlət hüququ kimi səciyyələndirilir.
Dostları ilə paylaş: |