Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr



Yüklə 36,74 Kb.
səhifə1/4
tarix26.04.2022
ölçüsü36,74 Kb.
#56392
  1   2   3   4
MUHAZIRE 12



MULTİKULTURALİZMƏ GİRİŞ



Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür. Onlardan geniş yayılmışlarını nəzərdən keçirək.

1. Sekulyarlaşma nəzəriyyəsi



Sekulyarlaşma” termini latın dilində “dünyəvi” mənasına gələn “saecularis” sözündən yaranmışdır. Tarixdə ilk dəfə “sekulyarlaşma” termini XVII əsrdə istifadə olunmuşdur. İlk vaxtlar, bu termin kilsənin torpaq mülkiyyətinin dünyəvi hakimiyyətin idarəçiliyi altına keçməsi anlamında işlədilirdi. Zamanla sekulyarlaşma anlayışı daha geniş mənalar qazandı.

Sosiologiya elmində sekulyarlaşma dedikdə, cəmiyyət və fərdlərin dinin təsirində azad olunması nəzərdə tutulur. Sekulyarlaşma nəzəriyyəsinə görə, elm və texnologiyanın inkişafı, bəşəriyyətin tərəqqisi nəticəsində yer üzündə dünyəviləşmə prosesləri get-gedə güclənəcək, nəticədə din bir dünyagörüşü kimi tamamilə yoxa çıxacaqdır. Hələ Ogüst Kont (1798-1857), Karl Marks (1818-

MÜASİR DÖVRDƏ DİN

1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber (1864-1920) kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.

XX əsrdə bu nəzəriyyə TolkottParsons (1902-1979), BrayanRonald Vilson (1926-2004), Tomas Lukman (1927-2016) kimi Qərb sosioloqları tərəfindən inkişaf etdirilmişdir. Onlardan Brayan Ronald Vilson sekulyarizasiyanı “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. Onun fikrincə, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir.

Sosioloqların fikrincə, sekulyarlaşma üç səviyyədə baş vermişdir:

  1. Makro səviyyə. Bu tarixi mərhələdə cəmiyyətin siyasi həyatı dini təşkilatların və ideyaların təsirindən azad olunmuş, yəni dövlət ilə din bir- birindən ayrılmış, dini etiqad və vicdan azadlığı elan olunmuşdur. Dini idealların yerini demokratik prinsiplər və ümumbəşəri dəyərlər tutmuşdur;


  2. Yüklə 36,74 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin