Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr


Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi



Yüklə 36,74 Kb.
səhifə4/4
tarix26.04.2022
ölçüsü36,74 Kb.
#56392
1   2   3   4
MUHAZIRE 12

Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsi

Bu nəzəriyyəyə görə, dünyəviləşmə konsepsiyasını təsdiqləyən heç bir ciddi elmi dəlil yoxdur və bu mülahizə daha çox ideoloji səbəblərlə irəli

MULTİKULTURALİZMƏ GİRİŞ

sürülmüşdür. Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner kimi bəzi sosioloqlar dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandırmışlar. Müasir amerikalı sosioloq Rodni Uilyam Stark isə daha dərinə gedərək “sekulyarlaşmanı təsdiqlənməmiş nəzəriyyələr məzarlığına atmağı” təklif etmişdir.

Dünyəviləşmə nəzəriyyəsinin bir uydurma olduğunu bildirən alimlər vurğulayırlar ki, müasir dünyada həm gündəlik, həm də ictimai-siyasi həyatda dinin rolu getdikcə artır. Günümüzdə dini təşkilatlar sosial həyatla bağlı məsələlərin müzakirəsində aktiv iştirak edir, ictimai rəyin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. X.Kazanova “Müasir dünyada ictimai dinlər” adlı kitabında dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin fəal rol oynadığını sübuta yetirmək üçün aşağıdakı 4 arqumenti gətirir:

  1. 1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İran İslam inqilabı;

  2. 1980-1981-ci illərdə geniş vüsət alan Polşa “Həmrəyliyi” hərəkatında Katolikliyin böyük rol oynaması;

  3. 1979-cu ildə Nikaraquada Antastasio Somosanın siyasi rejiminin devrilməsi ilə nəticələnən Sandinista inqilabında katolikliyin əhəmiyyətli rol oynaması;

  4. ABŞ-da bir siyasi güc kimi protestant fundamentalizminin nüfuzunun artması.

Əvvəllər sekulyarlaşma nəzəriyyəsinin məşhur müdafiəçilərindən olan avstriyalı sosioloq PBerger də sonradan “Dünyanın desakralizasiyası”“Sekulyarizmin çöküşü” adlı əsərlərində dünyəviləşmə tezisinin əsaslandığı dəlillərin dünyanın əksər regionlarında özünü doğrultmadığını, əksinə, din amilinin getdikçə gücləndiyini etiraf etmişdir. O, qeyd edir ki, dünyəviləşmə qlobal bir fenomeni kimi görünsə də, hər cəmiyyətdə fərqli şəkildə təzahür etmişdir. Berger öz mülahizəsini əsaslandırmaq üçün müsəlman dünyasını misal göstərir. Onun fikrincə, əksər müsəlman ölkələrində təhsil, səhiyyə, sosial müdafiə kimi sahələrdə dövlət təminatı aşağı səviyyədədir. Odur ki, həmin sahələrdə əhalinin tələbatını əsasən İslam təmayüllü dini təşkilatlar ödəməyə çalışır. Bu isə İslam dinin ictimai-siyasi həyatda nüfuzunun artmasına səbəb olur.

Dünyanın fərqli regionlarında dünyəviləşmə proseslərinin eyni səviyyədə cərəyan etmədiyinə dair başqa nümunə göstərmək mümkündür. Avropa dövlətlərindən fərqli olaraq, ABŞ-da dinin nüfuzu istər fərdi, istər isə ictimai-

MÜASİR DÖVRDƏ DİN

siyasi müstəvidə xeyli güclüdür.

Ateizmin sərt buxovlarından qurtulan keçmiş sovet respublikalarında baş verən dinə qayıdış prosesi, bir sıra müsəlman ölkələrində yaşanan islami oyanış, həmçinin dünyanın müxtəlif regionlarında din və məzhəb zəminində münaqişələrin artması onu göstərir ki, bəşəriyyətin elmi-texnoloji tərəqqisi fonunda din amili əhəmiyyətini itirməyib.

Gördüyümüz kimi, dinin müasir cəmiyyətdə yeri və rolu ilə bağlı irəli sürülən nəzəriyyələrin hər birinin güclü və zəif tərəfləri var. Onların əsaslandığı dəlilləri nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlmək mümkündür ki, elmi- texnoloji tərəqqiyə və dünyada geniş vüsət almış sekulyarlaşma proseslərinə baxmayaraq, din bir dünyagörüşü tərzi kimi hər zaman varlığını qoruyacaqdır. Doğrudur, orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar dünyəviləşmişdir. Dövlət idarəçiliyi, təhsil, ailə və başqa ictimai institutlar dindən ayrılaraq müstəqillik qazanmışdır. Buna baxmayaraq, “Mən nə üçün varam?”, “Həyatımın mənası nədir?”, “Ölümdən sonra həyat varmı” kimi suallar bəşər övladını daim narahat edəcəkdir. Din isə həyatın mənası ilə bağlı əbədi suallara qəti cavab verməyə çalışan inanclar sistemidir. Bu isə o deməkdir ki, fərdi müstəvidə dini dünyagörüşü tərzi daim əhəmiyyətini saxlayacaqdır.
Yüklə 36,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin