Müasir Avstriya sosioloqu Piter Berger “Sekulyarizmin tənəzzülü” adlı məqaləsində dinin fərdi müstəvidə əhəmiyyətini qoruduğunu belə ifadə etmişdir: “Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Amma modernləşmənin dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür. Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur...”. ”