Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə52/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   219
beynelxalq huquq

Anlayışı növləri

Beynəlxalq hüquqda geniş mənada «ərazi» dedikdə, yer kürəsinin quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada yerləşən göy cisimləri başa düşülür. Öz hüquqi rejiminə görə bütün bu ərazi üç növə ayrılır:



  1. dövlət ərazisi;

  2. beynəlxalq rejimi olan ərazi;

  3. qarışıq rejimi olan ərazi.

Dövlət ərazisi - hər hansı dövlətin suverenliyi altında olan əraziyə deyilir. Həmin ərazi çərçivəsində dövlət öz ərazi üstünlüyünü həyata keçirir.

Beynəlxalq rejimi olan ərazilərə heç bir dövlətin suverenliyi altında olmayan və bütün dünya dövlətlərinin beynəlxalq hüquq normalarına müvafiq olaraq ümumi istifadəsində olan ərazilər aiddir. Bu ərazilər aşağıdakılardır: açıq dəniz, onun üzərindəki hava məkanı, kontinental şelfin hüdudlarından kənarda yerləşən dəniz və okeanlann dibi, Ay və digər göy cisimləri də daxil olmaqla kosmik fəza, Antarktika və onun üzərindəki hava məkanı.

Qarışıq rejimi olan ərazilərə kontinental şelf və müstəsna iqtisadi zona aiddir. Bu ərazilər, bir tərəfdən, heç bir dövlətin suverenliyi altında deyildir, lakin digər tərəfdən, hər bir sahilyanı dövlət öz kontinental şelfınin və müstəsna iqtisadi zonasının təbii ehtiyatları üzərində suveren hüquqlara malikdir; həmin ehtiyatların kəşfiyyatı və emalı hüququ müstəsna olaraq müvafiq sahilyanı dövlətə məxsusdur.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin