Dövlət sərhədləri
Dövlət sərhədi dedikdə^ dövlətin ərazisinin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür. Analoji tərif «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» J991~ci il 9 dekabr tarixli Qanunun 1-ci maddəsində öz əksini tapmışdır: «Azorbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur».
Dövlət sərhədlərinin aşağıdakı növləri vardır: 1) quru sərhədləri; 2) su
sərhədləri və 3) hava sərhədləri.
Quru sərhədləri, adətən, relyefə əsasən (dağlar və s.) müəyyən olunur. Lakin düz xətt üzrə (məsələn, bir sıra Afrika dövlətlərində olduğu kimi) və ya meridianlar üzrə (Cənubi və Şimali Koreya arasında) bölünən sərhədlər də mövcuddur.
İki dövləti ayıran su hövzələrində sərhədlərin (su sərhədlərinin) müəyyən olunması aşağıdakı prinsiplərə əsaslanır: gəmiçilik üçün yararlı çaylarda sərhəd kimi ya talveq (çayın ən dərin yerlərini birləşdirən xətt), ya da farvaterin ortası, digər çaylarda isə çayın ortası götürülür; göllərdə sərhəd dövlətlərin quru sərhədinin gölün sahillərinə çıxış nöqtələrini birləşdirən düz xətt üzrə müəy
yən olunur; dövlətin dəniz sərhədi onun ərazi sularının kənar hədləri sayılır. Bu hədləri hər bir dövlət özü müəyyən edir. Lakin beynəlxalq hüquqa görə, ərazi dənizinin eni 12 mildən artıq olmamalıdır, Üzbəüz və ya yan-yana yerləşmiş dövlətlərin ərazi dənizinin sərhədi qarşılıqlı razılaşma əsasında orta xətt üzrə müəyyən olunur (bərabərdayanma prinsipi).
«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunda Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi qaydaları öz əksini tapmışdır. Qanunun 3-cü maddəsində deyilir: «Azərbaycan Respublikasının bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir:
quruda - relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə;
Xəzər dənizində - Azərbaycan Respublikasının ərazi sularının xarici sərhədi üzrə;
çaylarda (kiçik çaylarda) - onların ortası və ya çayın əsas qolunun ortası üzrə; göllərdə və başqa sututarlarda - Azərbaycan Respublikası sərhədinin bu gölün və ya başqa sututarın sahillərinə yanaşdığı iki nöqtəni birləşdirən düz xətt üzrə.
Azərbaycan Respublikasının çay (kiçik çay), göl və ya başqa sututar boyunca uzanan dövlət sərhədi bunların sahillərinin konfiqurasiyası dəyişdikdə və ya çayın (kiçik çayın) yatağı yerini dəyişdikdə dəyişmir;
çaylann (kiçik çayların) sorhədboyu hissələrində salınmış dəmir yolu və avtomobil yolu körpülərində, bəndlərdə və başqa qurğularda - Azərbaycan Respublikasının dövlət sərhədinin suyun harasından keçməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə». Dövlət sərhədinin müəyyən olunması prosesi iki mərhələdən ibarətdir: 1) delimitasiya və demarkasiya. Delimitasiya zamanı sərhədin keçmə xətti dövlətlərarası müqavilədə ətraflı təsvir olunur və müqaviləyə əlavə olunan xəritədə öz qrafik əksini tapır. Demarkasiya razılaşdırılmış sərhəd xəttinin xüsusi sərhəd nişanları vasitəsilə yerdə müəyyən olunmasıdır. İki dövlət arasında demarkasiyanı həyata keçirmək üçün,
adətən, qanşıq komissiya yaradılır.
Hor bir dövlət öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün müvafiq hüquqi rejim müəyyən edir; bu rejim beynəlxalq müqavilələrə və daxili qanunvericiliyə əsaslanır. Məsələn, «Azər- baycan Respublikasının dövlət sərhədi haqqmda» Qanunun II fəsli bütövlükdə bu məsələyə həsr olunmuşdur. Sərhəd rejimi aşağıdakı məsələləri əhatə edir: 1) dövlət sərhədinin lazımi vəziyyətdə saxlanması; 2) dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçmə qaydası (o cümlədən quru sərhədində keçid məntəqələrinin və hava sərhədində uçuş koridorlannm müəyyən olunması);
dövlət sərhədindən mallann və yüklərin buraxılması qaydası; 4) dövlət sərhədində təsərrüfat və ya digər fəaliyyətin (ov, balıqçılıq, dağ- mədən işləri və s.) həyata keçirilməsi qaydası; 5) sərhəd rejiminin pozulması ilə bağlı insidentlərin müvafiq dövlətlərlə birgə həll olunması qaydası.
Sərhəd rejiminə riayət olunmasına nəzarət etmək və sərhəd insidentlərini həll etmək üçün müvafiq dövlətlər, adətən, sərhəd komissarları (sərhəd nümayəndələri) təyin edirlər.
((Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 21-ci maddəsinə əsasən:
((Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhəd qoşunlarının zabitləri sırasmıian Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir.
Azərbaycan Respublikası dövlət sərhədinin Azərbaycan Respublikasının xüsusi təyin edilmiş sərhəd nümayəndələri olmayan hissələrində onların funksiyalannı sərhəd qoşunlarının müvafiq hissələrinin komandirləri yerinə yetirirlər.
Azərbaycan Respublikasının sərhəd nümayəndələri Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının döv- lətlərarası müqavilələrini, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.
Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir».
Dövlot sorhodinin hüquqi rejimi özündo sərhədhoyu rejimi ehtiva edir. Bu rejim sərhədboyu zonada vo sərhədboyıı zolaqda mü- əyyon olunur.
Bu məsələlər «Azərbaycan Respublikasının dövlət sərhədi haqqmda» Qanunda öz geniş həllini tapmışdır. Məsələn, Qanunun 22-ci maddəsində deyilir:
«... Sərhədboyu zonanın hüdudlannı Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhədyanı rayonların ərazisində, yerli şəraitdən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.
... Eni 1 kilometrədək olan sərhədboyu zolaq vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya sərhədboyu çaylann, göllərin və başqa sututarlann Salıilləri boyunca müəyyən edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yollann, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlannm müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudlarından kənarda 30-50 metr enində lazımi torpaq zolaqlan, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq vcrİD>.
Qanunun 23-cü maddəsinə müvafiq olaraq, «sərhədboyu rejim... Azərbaycan Respublikası vətəndaşlannm və başqa şəxslərin gəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi, motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanması, Azərbaycan Respublikasımn ərazi və daxili sulannda onların üzməsi və hərəkət etməsi qaydalannı tənzimləyin).
Dövlət sərhədləri haqqında müqavilələr olduqca mühüm bir xüsusiyyətə malikdir: onlar daimi müqavilələr sayılır. Belə ki, bu müqavilələr: a) müvəqqəti müddətə bağlanmır (onların məqsədi iki dövlət arasında sərhədin tam və qəti müəyyən olunmasıdır); b) dc- nonsasiya olunmur, çünki belə müqavilələrdə denonsasiya haqqında müddəalar nəzərdə tutulmur; e) müharibənin başlanması ilə öz qüvvəsini dayandırmır; ç) müqavilənin subyektinin yox olması nəticəsində xitam olunmur; d) birtərəfli qaydada, - hətta şəraitin köklü dəyişməsi prinsipi əsasında belə, - ləğv oluna bilməz; e) dövlətlərin varisliyi zamanı toxunulmamış qalır.
Dostları ilə paylaş: |