Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Əcnəbilərin hüquqi rejimi



Yüklə 0,96 Mb.
səhifə62/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   219
beynelxalq huquq

Əcnəbilərin hüquqi rejimi



Əcnəbilər - müəyyən dövlətin ərazisində yerləşən^ lakin həmin dövlətin vətəndaşları olmayan başqa bir dövlətin vətəndaşları olan şəxslərdir,

((Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə,

«əcnəbilər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir».

Hər bir dövlət öz ərazisinə əcnəbilərin gəlməsi, onlann bu ərazidə müvəqqəti və ya daimi yaşaması və fəaliyyəti ilə bağlı bütün məsələləri müstəqil həll edir. Bununla belə, dövlət bu zaman öz beynəlxalq öhdəliklərini, xüsusilə insan hüquqları sahəsindəki müqavilələri nəzərə almaya bilməz. Dövlətin əcnəbilər üçün müəyyən etdiyi hüquq və vəzifələrin məcmusu aəcnəbilə- rin rejimi» termini ilə ifadə olunur. Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur:



  1. milli rejim - əcnəbilərə, müəyyən məhdudiyyətlərlə, dövlətin öz vətəndaşları ilə bərabər status verilməsi.

Məsələn, «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, əcnəbilər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola bilməzlər (20-ci maddə); dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq səsvermələrində (referendumlarda) iştirak edə bilməzlər (21-ci maddə); hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə).

  1. ən əlverişli rejim - bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən üçüncü dövlətin vətəndaşlarına verilən hüquqlar verilir.

Belə rejimdə əcnəbilərin hüquq vo vəzifələrinin məcmusu bütün əcnəbi dövlətlər üçün eynidir, lakin əksər hallarda o, milli rejimdə olduğundan azdır.

  1. xüsusi rejim - əcnəbilərə hər hansı bir sahədə dövlətin öz vətəndaşları üçün həmin sahədə nəzərdə tutulduğundan fərqli hüquqların verilməsi (habelə vəzifələrin nəzərdə tutulması). Məsələn, müqavilə əsasında bir dövlətin ərazisində yerləşdirilmiş başqa bir dövlətin hərbi qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur.

Heç bir dövlətdə əcnəbilərin rejiminin hər hansı bir növü mövcud deyildir. Adətən, bir sahədə milli rejim, digər bir sahədə isə xüsusi rejim və

s. nəzərdə tutulur.

Çox hallarda dövlətin ərazisində əcnəbilərin xüsusi kateqoriyaları da olur; bunlar miqrant işçilər, qaçqınlar və sığınacaq almış şəxslərdir.


  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin