Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə63/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   219
beynelxalq huquq

Miqrant işçilər

Miqrant işçilər - iqtisadi səbəblər üzündən könüllü olaraq başqa dövlətin ərazisinə golmiş vo orada ödonişli fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar bir sıra ölkələrin iqtisadiyyatında və xidmət sferasında olduqca mühüm rol oynayırlar

Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Beynəlxalq Əmək Təşkilatı çərçivəsində iki konvensiya - l949-cu ildə qəbul edilmiş 97 nömrəli Konvensiya və 1975-ci ildə qəbul edilmiş 143 nömrəli Konvensiya mövcuddur. Avropa Şurasının üzvləri 1977-ci ildə Miqrant işçilərin hüquqi statusu haqqında Avropa Konvensiyasım imzalamışlar. Nəhayət, məsələnin aktuallığını nəzərə alaraq, 1990-cı ildə BMT Baş Məclisinin 45/158 nömrəli qətnaməsi ilə Bütün miqrant işçilərin onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Konvensiya 2003-cü ildə qüvvəyə minmişdir, onu bu günə

kimi ratifikasiya cdonlor iso, əsason, inkişaf etməkdə olan ölkələrdir (Azərbaycan Respublikası, Bosniya-Herseqovina, Misir, Mərakeş, Uqanda, Şri Lanka və b.).

Konvensiyanın əsas ideyası ondan ibarətdir ki, müvafiq dövlətlər miqrant işçilərə və onların ailə üzvlərinə beynəlxalq səviyyədə tanınmış əsas insan hüquqlarını təmin etməlidirlər. Onlann öz əvvəlki ölkələri ilə mədəni əlaqələr saxlamasına maneə törədilməməlidir. Konvensiya qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə şamil olunmur.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin