Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə61/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   219
beynelxalq huquq

c) ikili vətəndaşlıq



İkili vətəndaşlıq (hipatrizm) - şəxsin iki və ya artıq vətəndaşlığının olmasıdır.

İkili vətəndaşlıq naturalizasiya zamanı və ya «qan hüququ» prinsipi tətbiq edən dövlətin vətəndaşlarının «torpaq hüququ» tətbiq edən dövlətin ərazisində uşağı doğularkən ortaya çıxa bilər.

İkili vətəndaşlıq şəxs üçün əlavə çətinliklər yarada bilər (məsələn, hər iki dövlətdə hərbi xidmət; hər iki dövlətə vergi ödənilməsi və s.). Digər tərəfdən, ikili vətəndaşlıq müvafiq iki dövlət üçün də mənfi nəticələr ortaya çıxarır; bu, əsasən, həmin şəxsə diplomatik müdafiənin hansı dövlət tərəfindən təmin edil

məsi ilə bağlıdır. Bu səbəbdən, habelə dövlət suverenliyindən irəli gələrək, ikili vətəndaşlığı olan şəxsi, dövlət, bir qayda olaraq, öz vətəndaşı kimi tanıyır. Mübahisəli məsələ olduqda beynəlxalq məhkəmə təcrübəsində



«effektiv vdtəndaşlıq» prinsipindən istifadə olunur: ikili vətəndaşlığı olan şəxs daimi yaşadığı, işlədiyi, daşınmaz əmlakının yerləşdiyi dövlətin vətəndaşı sayılır.

Azərbaycan Republikasınm vətəndaşı olan şəxsin başqa dövlətin vətəndaşlığına mənsubiyyəti prinsip ebarilə tanınmır. Faktik olaraq bu, yalnız Azərbaycan Republikasınm beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda mümkündür (bax: «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 10-cu maddəsi).



İkili vətəndaşlığa həsr olunmuş iki cür beynəlxalq müqavilələr vardır:

  1. ikili vətəndaşlığın nəticələrinin aradan qaldırılmasına yönəl^ miş müqavilələr. Bu müqavilələr ikili vətəndaşlığın özünü aradan qaldırmır. Onlara misal olaraq Vətəndaşlıq haqqında qanunların kolliziyasına aid olan bəzi məsələlər haqqında 1930-cu il Haaqa Konvensiyasını, Çoxqat vətəndaşlıq haqqında 1963-cü il Strasburq Konvensiyasını və xüsusi olaraq bağlanmış ikitərəfli müqavilələri göstərmək olar.

  2. bilavasitə ikili vətəndaşlığın ləğvinə yönəlmiş müqavilələr.

Bu müqavilələrin əsasına, adətən, o prinsip qoyulur ki: a) ikili vətəndaşlığı olan şəxsə müəyyən müddət ərzində iki vətəndaşlıqdan birini seçmək imkanı verilir; şəxs heç bir qərara gəlmədikdə, o, ərazisində daimi yaşadığı dövlətin vətəndaşlığını saxlamış olur; b) dövlət onun vətəndaşı olmaq istəyən şəxsi yalnız müvafiq dövlətdən icazə təqdim etdiyi halda öz vətəndaşlığına qəbul edir.

ç) vətəndaşsızlıq

Vətəndaşsızlıq (apatrizm) - şəxsin, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə səciyyələnən hüquqi vəziyyətidir. Bu

şəxslərin heç bir dövlətlə hüquqi əlaqəsi olmur və heç bir dövlət tərəfindən onlara diplomatik müdafiə göstərilmir.

«Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikasının 1996-cı il 13 mart tarixli

Qanununda göstərilir ki, «vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir» (2-ci maddə).

Vətəndaşsızlıq, əsasən, aşağıdakı hallarda meydana gələ bilər: şəxs öz dövlətinin vətəndaşlığından çıxıb, hələ başqa bir dövlətin vətəndaşlığım əldə etməyibsə; əcnəbi ilə nikaha daxil olan qadın öz dövlətinin qanunvericiliyinə görə vətəndaşlığını avtomatik olaraq itirib, lakin ərinin vətəndaşlığının əldə etməyibsə.

Vətəndaşlığı olmayan şəxslərin statusu əksər ölkələrdə, mahiyyət etibarilə, əcnəbilərə bərabər götürülür.

Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsində deyilir: «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yctirməlidirlər».

Vətəndaşlığı olmayan şəxslərə iki beynəlxalq müqavilə həsr olunmuşdur: Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası. 1954-cü il Konvensiyası iştirakçı dövlətlərdən tələb edir ki, öz qanunvericiliyində vətəndaşlığı olmayan şəxslor üçün müəyyən rejim nəzərdə tutsunlar. Konvensiyada apatridlərin şəxsi statusu, əmlak hüquqlan qorunur, onlar üçün təhsil alma, işədüzəlmə və s. sahələrdə bir sıra güzəştlər müəyyən olunur. 1961-ci il Konvensiyasına görə, iştirakçı dövlət ərazisində doğulmuş və başqa cür vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını vennəlidir.

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 12-ci maddəsinə müvafiq olaraq, «vətəndaşhğı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının votondaşıdır». Qanunun 13-cü maddəsində isə müəyyən olunmuşdur ki,

«Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaş ıdır».

Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər QRU- punu irqi, etnik, dini və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə bilməz. Apatridlər Konvensiyanın iştirakçı dövlətlər tərəfindən pozulmasına dair şikayətlərlə Qaçqınların işi üzrə BMT Ali Komissarına müraciət edə bilərlər.



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin