Tanımanın yeni dövlət üçün hansı əhəmiyyət daşıması ilə bağlı iki bir-birinə zidd nəzəriyyə mövcuddur: konstitutiv nəzəriyyə və deklarativ nəzəriyyə.
Konstitutiv nəzəriyyəyə görə dövlət yalnız tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir. Tanıma dövləti və ya hökuməti «yaradir>. Konstitutiv nəzəriyyəye gore, yeni qurumun beynəlxalq-hüquqi subyektliyi üçüncü tərəflərin subyektiv mövqeyindən asılıdır.
Deklarativ nəzəriyyə əksinə, mövcud olan beynəlxalq- hüquqi subyektliyi yalnız bəyan edir. Yeni yaranmış dövlətin beynəlxalq hüququn subyekti olması onun başqa dövlətlər tərəfindən tanınmasından qətiyyən asılı deyildir. Deklarativ nəzəriyyə beynəlxalq praktikaya uyğun gəlir. Bu nəzəriyyə Avropa İttifaqının Yuqoslaviya üzrə Arbitraj Komissiyasının qərarında əsas götürülmüşdür.
Tanımanın forma və növləri
Tanımanın iki forması mövcuddur: de-fakto və de- yure. Dövlət yeni dövləti o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyildir. De-fakto tanıma zamanı müvafiq dövlətlər arasında, adətən, yalnız konsulluq münasibətləri qurulur. De-yure tanıma tam, qəti tanımadır. Bu halda tanıyan dövlət tanımanın obyekti ilə diplomatik münasibətlər qunnağa hazır olduğunu bəyan edir; istənilən halda, diplomatik münasibətlərin qurulması de-yure tanıma hesab olunur.
Bezen, bir-birini tanımayan iki dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu qeyri-rəsmi tanıma ad hoc tanıma adlanır
Tanımanın destinatorundan (obyektindən) asılı olaraq onun aşağıdakı növlərim ayırırlar: dövlətin tanınması; hökumətin tanınması; milli-azadlıq hərəkatının tanınması; vuruşan tərəfin tanınması, mühacirətdə olan hökumətin tanınması.
Dostları ilə paylaş: |