Fordin beynəlxalq-hüquqi subycktliyi haqqında məsələ beynəlxalq hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər alimlərin mövqeyinə və müasir beynəlxalq təcrübəyə istinad edərək fərdin məhdud beynəlxalq-hüquqi subyektli- yə malik olması barədə nəticə çıxarmaq olar. Məhdud beynəlxalq hüquqi subycktlik o deməkdir ki:
fərd beynəlxalq hüquq nonnalannın yaradılmasında iştirak etmir;
~ fərdin beynəlxalq-hüquqi subycktliyi bütünlüklə dövlətlərin razılığından asılıdır;
fərd birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır;
əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər.
Fərdin beynəlxalq hüququn subyekti kimi çıxış etməsinə başlıca dəlillərdən biri ondan ibarətdir ki, müəyyən beynəlxalq cinayətlərin törədilməsinə görə (təcavüz, soyqınm, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normalan əsasında, dövlətdaxili hüququn bu əməli krimi- nallaşdırmaması faktından asılı olmayaraq, məsuliyyətə cəlb oluna bilər. Fərdin birbaşa beynəlxalq hüquqdan irəli gələn vəzifələr daşıması prinsipi bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Nümberq, 'fokio, Yuqoslaviya və Ruanda beynəlxalq tribunallan- nın Nizamnamə və hökmlərində, Beynəlxlaq Cinayət Məhkəməsinin Statutunda və s. təsbit olunmuşdur. Yuxanda göstərilmiş bu prinsip beynəlxalq adət norması kimi tanınmışdır və öz mənbəyini hələ klassik beynəlxalq hüquqda dəniz quldurlanmn hostis humani generis (bütün bəşəriyyətin düşməni) kimi nəzərdən keçirilməsindən götürür.
Yuxanda biz qeyd etmişdik ki, yalnız dövlətlər beynəlxalq məhkəmələr qarşısında prosesual hüquq qabiliyyətinə malikdir.
Lakin bəzi, xüsusi müəyyən olunmuş hallarda bu hüquqlar fərdlərə də verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə orqanı qarşısında dayanmaq və həUa məhkəmə icraatını başlamaq hüququ olur. Məsələn, Avropa İnsan Hüquqları Konvensiyası (34-cü maddə), Avropa İqtisadi Birliyi haqqında müqavilə (173-cü maddə) müvafiq olaraq Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Birlikləri Məhkəməsi qarşısında şəxsin bilavasitə prosesi başlamaq və prosesdə müstəqil tərəf (iddiaçı) kimi iştirak etmək hüququnu təsbit etmişdir.
Dostları ilə paylaş: |