Daimi əhali o demək deyil ki, müəyyən ərazidən kənara adamla- nn miqrasiyası olmur, yaxud bu və ya digər ərazidə yaşayan adamlarm dəqiq müəyyənləşdirilmiş sayı olmalıdır. Hər halda bu meyar müəy-
yon adamlar qrupunun konkret bir oraziyo müəyyon bağlılığını tələb edir. Məsələn, QərbiSaharaişiüzrə verdiyi məsləhət xarakterli rəyində
BMT Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, Qərbi Saha- ranın ərazisi torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o tərəf- bu tərəfə keçən köçəri tayfalarla məskunlaşmışdır: lakin həmin köçəri tayfalann bu ərazisi ilə əlaqəsi elədir ki, onlar ümumən Qərbi Saharanın «əhalisi» kimi nəzərdən keçirilə bilər.
MüəyyənəraziHər hansı bir qurumun dövlət kimi fiziki möv- eudluğu və fəaliyyət göstərməsi üçün onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olması lazımdır. Bu yenə də o demək deyil ki, ərazinin ölçüləri və sərhədlərlə bağlı tam müəyyənlik olmalıdır. Hazırda dövlətlər arasında xeyli sayda sərhəd mübahisələri möveud- dur, lakin bu, onlann dövlətçiliyinə heç eür xələl gətirmir.
HökumətDövlətin fiziki mövcudluğu üçün ərazi, siyasi-hüquqi mövcudluğu üçün hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə məsuliyyət daşıyan hökumətdən (geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması üçün, hər hansı bir qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində olan daimi əhali üzərində nəzarət həyata keçirən hakimiyyət aparatının olması zəruridir. Lakin qeyd edilməlidir ki, artıq mövcud olan dövlətin öz effektiv hökumətini itirməsi və ya iki hökumətə malik olması (1980-ci illərdə Livanda, 1990-cı illərdə Sudanda və Əfqanıstanda olduğu kimi) onun öz dövlətçiliyini itirməsi demək deyildir.
HüquqimünasibətlərəgirməkqabiliyyətiBu meyar hüquqi müstəqilliyin ön plana çəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren hakimiyyəti altında olan ərazi «dövlət» sayıla bilməz. Məsələn, məlum olduğu kimi, Honq Konq çox yüksək faktik muxtariyyətə malikdir, lakin Çinin suverenliyi altında olduğuna görə (1997-ci il İ3mlun l-don) dövlət deyildir. Digər tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və ya maliyyə baxımından asılılığı, məsələn, Mərkəzi Amerika ölkələrinin ABŞ-dan, bir sıra MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkolərin suveren dövlət olmasına xələl gətirmir.