BEYNƏLXALQ HÜQUQUN SUBYEKTLƏRİ
Beynəlxalq hüquq subyektinin anlayışı
Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda - şəxsə) beynəlxalq hüququn subyekti deyilir.
Beynəlxalq-hüquqi subycktliyin əsas ünsürləri aşağıdakılardır:
beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
beynəlxalq hüquqdan irəli gələn hüquqlann bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldınnaq hüququ;
beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
ç) digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq.
Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər subyektləri isə, Aşağıda göstərəcəyimiz kimi, bu hüquqi keyfiyyətlərdən bəzilərinə malikdir və ya onlann hamısından cüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar;
İlkin subyektlik. Bu, yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto beynəlxalq hüququn subyektidir.
Törəmə suhyektlik. Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektiik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanımasından sonra ortaya çıxır.
Mosəlon, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır; fərdlərin və ya transmilli korporasiyaların beynəlxalq hüquq münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha doğrusu, dövlətlərin müvafiq beynəlxalq sazişlərdə onlar üçün belə bir imkan nəzərdə tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər döv- lətdirsə, deməli, o, beynəlxalq-hüquqi subyektliyə malikdir. Lakin fərd və ya şirkət öz-özlüyündə beynəlxalq hüququn subyekti sayılmır.
Dostları ilə paylaş: |